Efemer bitkilər
Efemer bitkilər
Efemerlər - müxtəlif fəsilələrdən olan birillik çöl və səhra bitkiləridir. Onların bütün həyat tsikli çox qısa dövr ərzində bitir. Erkən yazda Orta Asiya səhralarının gilli torpaqlarında rütubət yetərincə olduğu vaxtda efemerlər çox cəld böyüyür və 5-6 həftə ərzində çiçəkləyib toxumda əmələ gətirirlər. Bu bitkilər "quraqlıqdan" qaçırlar. 400 minə yaxın efemer bitki məlumdur. Onlar çox kiçik boyu, kiçik yarpaqları, zəif inkişaf etmiş kök sistemi ilə fərqlənirlər. Onlarin bəziləri 1-2 sm ölçüdə olduqda toxum verir. Yağıntılar çox olan illərdə efemerlərin hündürlüyü 25-30 sm-ə, xaççiçəklilərdə isə - 50 sm çatır. Orta Asiyanin səhraları üçün efemerlərin əhəmiyyəti böyükdür - onlarla vəhşi və ev heyvanları - otyeyən heyvanlar qidalanır. Efemerlər çox sürətlə artır və yazda çəmənlərdə bitkilərin inkişafına imkan verməyən sıx ot örtüyünü əmələ gətirirlər. Yayda torpaq quruyur, bütün efemerlər məhv olur, onların toxumları isə torpaqda yaza qədər qalır.
İstinadlar
Рогожкин А.Г. Энциклопедический словарь юного натуралиста.