Edvard Norton Lorenz
Edvard Norton Lorenz (ing. Edward Norton Lorenz; d. 23 may 1917, Qərbi Hartford, Konnektikut, ABŞ – ö. 16 aprel 2008, Kembric, Massaçusets, ABŞ) — amerika riyaziyyatçısı, Xaos nəzəriyyəsinin banisi.
Edvard Norton Lorenz | |
---|---|
ing. Edward Norton Lorenz | |
Doğum tarixi | 23 may 1917[1][2][…] |
Vəfat tarixi | 16 aprel 2008[3][1][…] (90 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi[1] |
Elm sahələri | xaos nəzəriyyəsi[1] |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü |
Həyatı
Edvard Lorenz Qərbi Hartford, Konnektikut ştatında anadan olmuşdur. O, riyaziyyatı Dartmut kollecində, daha sonra isə Kembric şəhəri Harvard Universitetində almışdır. İkinci dünya müharibəsi zamanı, Edvard Amerika Birləşmiş Ştatlarının Ordu Hava Korpusu üçün hava proqnozunda işləmişdir. Müharibədən qayıtdıqdan sonra o, meteorologiya öyrənmək qərarına gəlib. Lorenz ömrünün axrına kimi işlədiyi Massaçusets Texlonoji universtitetində iki dərəcə almışdır.
1991-ci ildə Basic elmləri sahəsində Kioto mükafatı almışdır.
Edvard Lorenz zaman ilə ayaqlaşmağı bacarır və həyatının sonuna kimi fəal elm adamı sayılıb. O, öz elmi məqaləsin qutardıqdan bir həftə sonra, 90 yaşında Kembricdə yerləşən evində xərcəng xəstəliyindən vəfat etmişdir.
İş dünyası
1946-ci ildən Masaçusets Texnoloqiya instititunda professor kimi işləmişdir. Edvard Lorenz Amerika Meteorologiya Cəmiyyəti və Amerika Birləşmiş Ştatlarının Milli Elmlər Akademiyası, Amerika Akademiyasının üzvü idi. Rusiya ilə əlaqələr üzrə 27 dekabr 1988-ci ildə Edvard Lorenz Rusiya EA-nın okeanologiya, atmosfer fizikası və coğrafiya bölməsinin xarici üzvü seçilmişdir.
2004-cü ildə Lomonosov adına Böyük Qızıl medalla təltif etmişdir.
İstinadlar
- Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- Edward Lorenz // Encyclopædia Britannica (ing.).
- http://web.mit.edu/newsoffice/2008/obit-lorenz-0416.html.
- Emanuel K. Edward Norton Lorenz, 1917-2008 (ing.). NAS, 2011.