Edvard Munk
Edvard Munk (12 dekabr 1863– 23 yanvar 1944)[3] norveçli simvolist, rəssam və ekspessionizmin görkəmli sələfi olub. Onun ən məşhur əsəri olan "Qışqırıq" şəkli Munk tərəfindən həyat, məhəbbət, qorxu, ölüm, melanxoliya və həyəcan mövzuları araşdırıldığı "Həyatın frizi" seriyasına daxildir.
Edvard Munk | |
---|---|
nyunorsk Edvard Munch | |
Doğum adı | Edvard Munch |
Doğum tarixi | |
Doğum yeri | Ådalsbruk,Löten, Norveç |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Oslo, Norveç |
Dəfn yeri | |
Vətəndaşlığı | Norveç |
Fəaliyyəti | rəssam, qrafika ustası[d], rəssam-qravüraçı[d], boyakar[d], memarlıq çertyojçusu[d] |
Təhsili |
|
Janrlar | portret, ekspressionizm, janr rəssamlığı[2], peyzaj[2], avtoportret[2] |
Stil | Ekspressionizm |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
Uşaqlıq
Edvard Munk Norveçin Löten vilayətində olan Ådalsbruk kəndində anadan olmuşdur. Atası Kristian Munk keşişin oğlu olub, özü isə həkim və tibbi xidmətçi olub. Kristian onun yaşından iki qat gənc olan Katerine Byölstad ilə 1861-ci ildə evlənilib. Edvardın böyük bacısı Yoanna Sofi (1862-ci ildə a.o.) və üç kiçik bacı-qardaş var idi: Peter Andreas (1865), Laura Katerine (1867) və İnger Mari (1868). Həm Sofidə həm də Edvarda anadan irsən alınmış incəsənət istedadı aşkar olunub. Edvard Munk rəssam Yakob Munk (1776–1839) və tarixçi Peter Andreas Munch (1810–1863) ilə əlaqədə olmuşdur.
1864-cü ildə Kristian Munk Akerhüs qalasında tibbi xidmətçi kimi təyin olunduğu zaman ailə Kristianiaya (bugünkü Oslo) keçir. Edvardın anası 1868-ci, çox sevilən bacı Yoanna Sofi isə 1877-ci ildə vərəm xəstəliyindən vəfat edir.[4]. Ananın ölümündən sonra Munk bacı-qardaşları ata və bibi Karen tərəfindən böyütülüblər. Qışlarda tez-tez xəstə olan və ona görə məktəbə getməyən Edvar özünü məşğul etmək üçün rəsm etməyə başladı, və öz məktəb yoldaşlarından və bibisindən məsləhət alırdı. Krisitian Munk özü də oğlunu tarixi və ədəbiyyatı öyrədirdi və uşaqları Edgar Alan Ponun qarabasma hekayələrilə əyləndirirdi.[5]
Kristianın uşağlarına müsbət təsiri hər-halda qeyri-normal pietizm dindarlığı ilə zay olunurdu. Munk yazırdı: " Mənim atam coşğunluqla əsəbi və dəlicəsinə dindar olub – psixonevroz vəziyyətinə qədər. Ondan mən dəliliyə meyli irsən aldım. Qorxu, qəm, və ölümün mələkləri doğum günümdən üstümdə dururdular."[6] Kristian öz uşağlarını tənqid edərkən deyirdi ki, onların anası göydən baxıb onlar göstərdiyi tərbiyəsizlikdən dilxor olurdu. Sərt dindar mühit, Edvardın pis sağlamlığı və qarabasma həkayələri onun ölüm ilə bağlı görünüşlərinə və qorxulu yuxularına səbəb olub. Edvard hiss edirdi ki, ölüm həmişə ona yaxınlaşır.[7] Munkun kiçik bacılarının birisində az yaşda ruhi xəstəlik aşkar olunub.Beş bacı-qardaşdan ancaq Andreas evli idi, amma o toydan 5 ay keçərkən vəfat edir. Munk sonra yazırdı: "Mən bəşəriyyatın iki ən qorxulu düşmənləri irsən almışam: istehlakı və dəliliyi."[8]
Kristian Munkun maaşı çox aşağı idi və onun fərdi işi açmaq təşəbbüsləri müvəffəqiyyətsiz olub, və ailəsi daimi yoxsulluğa məruz qalıb.[4] Onlar bir dilənçi səviyyəsində olan məzildən digərə tez-tez köçürürdülər. Munk ilk şəkillərdə bu interyerləri, tibbi şüşələr və rəsm alətləri kimi şəxsi şeyləri və bəzi mənzərələri təsvir edirdi. Yeniyetmə yaşında incəsənət Munkun bütün marağını cəlb edirdi.[9] On üç yaşında olan Munk birinci dəfə digər rəssəmlarla təzəcə yaranmış İncəsənət İttifaqında tanış olub, və orada mənzərələr üzrə norveç rəsm məktəbinin əsərləri ilə heyran olub. O, yağlı boyalar ilə rəsm etməyə başlandığı zaman həmin şəkilləri köçürməyə qayıdıb.[10]
Oxumalar və təsirlər
1879-cu ildə Munk texnoloji kollecə mühəndisliyi oxumaq üçün daxil olub, və orada fizikada, kimyada və riyaziyyatda yüksək nəticələr göstərib. O, miqyaslı və perspektiv rəssamlığı öyrənirdi, lakin tez-tez xəstə olduğundan öz dərslərini buraxırdı.[11] Növbəti ildə öz atasının narazıqlığına kolleci atıb rəssam olmaq qərarını aldı. Onun atası incəsənəti "günahlı al-ver" kimi hesab edirdi, və hətta bununla narazı qonşular ona anonim məktubları yazırdılar.[12] Atasının dindar pietizminə əks olaraq, Munk incəsənətə qeyri-doqmatik baxışı qəbul edib gündəlikdə asan bir məqsəd təyin etdi: "Incəsənətimdə mən həyatı və onun mənasını özümə izah etmək çalışıram".[11] 1881-ci ildə Munk Kristianiada Kral İncəsənət Məktəbinə daxil oldu. Məktəbin banilərinin biri də onun uzaq qoğumu Yakub Munk olub. Onun müəlləmlərindən isə heykəltaraş Yulius Middelthün və naturalist rəssəm Kristian Krohg var idi.[13] Eyni ildə Munk ilk portretlər üzrə akademiyadaki fiqura təlimində yüksək mənimsəmə bacarığını nümayiş edib, atasının və onun özünün portretləri daxil etməklə. 1883-cü ildə Munk öz həyatında birinci ictimai sərgidə iştirak etdi və digər tələbələrlə studiya ilə bölüşürdü.[14] O rəsm etdiyi şəhər bohemasından olan Kral Jensen-Hjellin bütov portreti tənqidçilərdən saymazcasına rəy alıb: "Bu son dərəcədə olan impressionizmdir. Bu incəsənətin parodiyasıdır."[15] Həmin müddətdə Munkun lüt şəkilləri ancaq eskiz halında qalır, "Ayaq üstə duran lüt qız" (1887) şəkli istisna olaraq, çünki ola bilsin ata tərəfindən müsadirə edilib.[16] Bu ilk karyera illərində Munk müxtəlif üslublarla işləyir, onların içərisində də naturalizm və impressionalizm olub. Bəzi ilk əsərlər Mone şəkillərini yada salır. Bu təşəbbüslərin çoxusu ona mətbuatdan mənfi tənqid gətirib və ata tərəfindən məzəmmət olunurdu. Amma hər halda atası onun yaşamağına kiçik məbləğlərdə pul ayrılırdı.[15] Bir dəfə isə Munkun atası, bəlki Munkun əmioğlusu olan sabit və ənənəvi rəssam Edvard Diriksin mənfi fikri təsiri altında olarkən, ən azı bir şəkli məhv edir (yəqin lüt olanı) və maliyyə dəstəyi göstərməyə imtina edib.[17] "Məhv etməyə ehtiras da yaradıcı bir ehtirasdır" prinsipi ilə yaşayan və intiharı sərbəstliyə son yol kimi hesab edən yerli nihilist Hans Yəgerin Munk ilə əlaqəsi atanın qəzəbinə səbəb olub.[18] Munk Yəgerin acıqlı və qeyri-təşkilati sehrin altınına düşüb. "İdeyalarım bohema nümayəndələri və ya daha çox Hans Yəger təsiri altında inkişaf olmuşdu. Adamların çoxusu səhv edərək deyirdi ki, ideyalarım Strindberg və almanlar təsiri ilə formalaşdı, amma bu doğru deyil. Onlar o vaxtdan əvvəl formalaşdı."[19] Bu vaxta gədər, digər bohemaçılara zidd olaraq, Munk hələ qadınlara hörmət göstərirdi, təmkinli və vicdanlı olub, lakin içkilərə və öz mühiti içərisində dalaşmalara yol verməyə başlayıb. O, həmin vaxtda gedən şəhvani inqilabdan və onun ətrafında olan müstəqil qadınlardan çaşıb qalırdı. Sonralar o cinsi məsələlərinə həyasız şəkildə yanaşmağa başladı, və bunu ancaq öz davranışında yox, həm də şəkillərində ifadə edirdi. Misal üçün uzun bir "Azad məhəbbət Şəhəri" poemasında.[20] Ailəsindən hələ asılı olan Munkun öz atası ilə münasibət onun bohema həyatına görə gərgin vəziyyətdə qalıb.
Bir sıra eksperimentlərdən sonra Munk qərara gəldi ki, impressionizm üslubu kifayət qədər ifadəyə imkan vermir. O, onu səthi və elmi təcrübəyə çox yaxın hesab edirdi. O daha dərin getməyə həvəs hiss edirdi və həyəcanla dolu şəraitləri öyrənmək istəyirdi. Yəger Munka "öz həyatını yazmaq" tapşırığı verib, yəni ki Munkun öz həyəcan və psixoloji vəziyyəti araşdırmağını istəyirdi. Munk özü tədqiq etmə və əks etmənin dövrü başlayıb və fikirləri "canın gündəliyinə" yazırdı.[21] Bu dərin tədqiqat ona incəsənət haqqında təzə bir nöqteyi-nəzərə keçmək kömək etdi. Öz bacısının ölümü ilə bağlı ilk "can şəkli" və impressionizmə son qoyan "Xəstə uşaq" (1886) olub. Şəkil tənqidçilərdən və onun ailəsindən mənfi rəy aldı və cəmiyyətin digər "mənəvi qeyzlənmənin kəskin partlayışına" səbəb oldu.[22] Ancaq onun dostu olan Kristian Krohg onu müdafiə edirdi:
O şeyləri başqa rəssamlardan ayrı olaraq yazır və ya hesab edir. O ancaq mahiyyəti görür, və o rəsm etdiyi məhz budur. Bu səbəbdən Munkun şəkilləri "natamam" kimi görünür, camaat özünə həzzlə kəşf etdiyi kimi. Bəli, onlar tamamdılar. Onun qurtarılmış əl işi. Əsər o halda hazır olur ki, rəssam doğrudan da fikrində olan hər şeyi söyləyə bilib. Məhz bu Munkun başqa nəslin rəssamlarından üstünlüyüdür ki, o həqiqətən də öz hisslərini bizə necə ifa etməliyini bilir. Və əgər nə isə onu tutursa, o hər şeyi ona tabe etdirir.[23]
1880-ci və 1890-ci illərin əvvəlində Munk müxtəlif kist yaxmaları və palitra rənglərini istifadə etməyə davam edib öz üslubu təyin etmək üçün səyini qoyurdu.[24] Onun üslubu naturalizm ("Hans Yəgerin Portreti"ndə kimi) və impressionizm (Rue Lafayette kimi) arasında yellənirdi. İctimaiyyəti yenə pərt edən mübahisəli "İnger sahildə" (1889) şəklində istifadə olunmuş sadə formalar, ağır çevrələr, dəqiq kontrastlar və həyəcanlı məzmun rəssamın yetişmiş üslubunun gəlməsini bildirir.[25] O gərginliyi və həyəcanı yaratmaq üçün öz əsərlərin üzərində diqqətlə işləməyə başlayıb. Post-impressionizm üslubu ilə təsir olunaraq, əhval-ruhiyyəni nəinki xarici reallığı təsvir edən simvolik mövzular ortaya çıxdılar. 1889-cu ildə Munk ilk dəfə olaraq təxminən bütün əsərlərini tək sərgidə tamaşaya buraxıb. Bu sərginin tanınması Parijdə fransalı rəssam Léon Bonnatın yanında oxumaq üçün iki illik dövlət təqaüdü ilə nəticələndi.[26]
Qışqırıq
1893-cü ildə rəsm olunmuş "Qışqırıq" Munkun ən məşhur əsəri və bütün rəssamlıqda ən tanınan şəkillərdən biridir. O, müasir insanın ümumi təşvişin ifadəsi kimi izah olunur.[27] Gözqamaşdırıcı rənglərin geniş zolaqları ilə və çox sadələşdirilmiş formalar ilə yazılan əzab çəkən şəxs həyəcan böhranı keçirən geyimli kəllə kimi ifadə olunur. Bu şəkil ilə Munk "canı araşdırmaq, yəni özümü araşdırmaq" məqsədini yerinə yetirib.[28] Munk bu şəkil necə həyata gəldiyi haqqında yazırdı:
Mən qürub olan zaman iki dostlarım ilə yolda gəzirdim. Birdən səma qan kimi qırmızı rəngə dönüb. Mən dayandım və özümü inanılmaz yorğun hiss edib çəpərə söykəndim. Atəşin dilləri və qan göyümtül qara fiord üzərində yayılırdılar. Dostlarım qabağa getdilər, mən isə dalda qaldım, qorxudan titrəyərək. O an mən təbiətin nəhəng və nəhayətsiz qışqırığını eşitdim.[29]
Sonra o bu şəklin əsasında olan şəxsi əzabı təsvir edib: "Illər boyunca mən dəliliyə yaxın idim…Siz mənim "Qışqırıq" şəklimi tanıyırsız? Mən son dərəcədə gərgin vəziyyətdə idim, təbiət qanımda qışqırırdı…Bundan sonra mən bir daha sevmək arzusunu itirdim."[30] Şəklin təsiri haqqında yekun vuran müəllif Marta Tedeşi qeyd edirdi:
Vistlerin anası, Vudun Amerikan Qotik, Leonardo da Vinçinin Mona Liza və Edvard Munkun "Qışqırıq" şəkillərin hamısı bir nəyəsə nail olublar ki, şəkillərin çoxusu öz tarixi vacibliyi, gözəlləyi və ya maddi qiymətindən asılı olmayaraq buna nail ola bilmədilər: onlar xüsusi bir məna daşıyıb təxminən hər bir tamaşaçıya dərhal bildirirlər. Bu bir neçə əsərlər muzeyə gələn elita mühitindən nəhəng olan xalq məkanına keçidi uğurla həyata keçirtdilər.[31]
Qalereya
- Qışqırıq. 1893. Yağ, tempera, and kartonda pastel. Nasjonalgalleriet, Oslo.
- Ölüm xəstənin otağında. c. 1895. Parusində yağlı boya. 59 x 66 in. Nasjonalgalleriet, Oslo.
- Dənizdən xanım (hissə). 1896. Parusində yağlı boya. 39½ x 126 in.
- Marat I-nin ölümü (1907)
- Avqust Strindberq. 1892. Parusində yağlı boya, 120 x 90 cm. Müasir İncəsənətin Muzeyi, Stokqolm, İsveç
Əlavə materiallar
- Peter Black and Magne Bruteig, Edvard Munch: Prints. Catalogue of exhibition at Hunterian, Glasgow and National Gallery of Ireland, Dublin 2009. (Philip Wilson, London 2009)
- Sue Prideaux, Behind The Scream (New Haven: Yale University Press, 2006) Winner of the James Tait Black Memorial Prize for Biography, 2006
- Reinhold Heller, Munch. His life and work (London: Murray, 1984).
- Gustav Schiefler, Verzeichnis des graphischen Werks Edvard Munchs bis 1906 (Berlin: Bruno Cassirer, 1907).
- Gustav Schiefler, Edvard Munch. Das graphische Werk 1906–1926 (Berlin: Euphorion, 1928).
- J. Gill Holland The Private Journals of Edvard Munch: We Are Flames Which Pour out of the Earth (University of Wisconsin Press 2005)
- Edward Dolnick The Rescue Artist: A True Story of Art, Thieves, and the Hunt for a Missing Masterpiece (HarperCollins, 2005) (Recounts the 1994 theft of The Scream from Norway's National Gallery in Oslo, and its eventual recovery.)
- Gerd Woll, Edvard Munch: Complete Paintings, 2009.(4 Volume catalogue raisonné slipcased: Volume I: 1880–1897, Volume II: 1898–1908, Volume III: 1909–1920, Volume IV: 1921–1944). ISBN 9788204140005, ISBN 0500093458.[32]
İstinadlar
- Begravde i Oslo. Gravferdsetaten i Oslo kommune.
- RKDartists (nid.).
- Arxivləşdirilib 2009-02-18 at the Wayback Machine Biography from Munch Museum
- Eggum, 1984, p. 16
- Prideaux, Sue, Edvard Munch: Behind the Scream, New Haven: Yale University Press, 2005, səh. 17, ISBN 0300110243.
- Prideaux, 2005, p. 2
- Prideaux, 2005, p. 19
- Eggum, 1984, p. 137
- Eggum, 1984, p. 22
- Prideaux, 2005, pp. 22–3
- Prideaux, 2005, p. 35
- Prideaux, 2005, p. 40
- Prideaux, 2005, p. 41
- Eggum, 1984, p. 34
- Prideaux, 2005, p. 34
- Eggum, 1984, p. 41
- Eggum, 1984, p. 43
- Prideaux, 2005, p. 71, 74
- Prideaux, 2005, p. 71
- Prideaux, 2005, p. 72
- Prideaux, 2005, p. 83
- Prideaux, 2005, p. 88
- Eggum, 1984, pp. 52–3
- Eggum, 1984, p. 46
- Eggum, 1984, p. 59
- Eggum, 1984, p. 55
- Eggum, 1984, p. 10
- José María Faerna, Munch, Harry N. Abrams, New York, 1995, p. 16, ISBN 0-8109-4694-7
- Faerna, 1995, p. 17
- Prideaux, 2005, p. 152
- Margaret F. MacDonald, ed., Whistler’s Mother: An American Icon, Lund Humphries, Burlington, Vt., 2003, p.80, ISBN 0-85331-856-5
- Catalogue_raisonné published in Norwegian by Cappelen Damm Arxivləşdirilib 2010-01-25 at the Wayback Machine and in English by Thames and Hudson