Edvard Andrade

Edvard Andrade (27 dekabr 1887[2], London[3]6 iyun 1971[2]) – İngilis fizik.

Edvard Andrade
Edvard Andrade Nevil da Kosta
Doğum tarixi
Doğum yeri İngiltərə, London
Vəfat tarixi (83 yaşında)
Vətəndaşlığı İngiltərə İngiltərə
Milliyyəti ingilis
Elm sahəsi fizika
Elmi dərəcəsi professor
İş yerləri
Təhsili London Universiteti (1907)
Tanınır ingilis fiziki, professor
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

London Kral Cəmiyyətinin üzvü (1935). London Universitetini bitirmişdir (1907). Vulviç Artilleriya Kollecinin (1920– 28) və London Universitetinin (1928–50) professoru, Kral Universitetinin və Devi-Faradey laboratoriyasının direktoru (1950–52) olmuşdur.

Fəaliyyəti

Elmi işləri mayelər fizikasına, metallar fizikasına, spektro skopiyaya, atom fizikasına, akustikaya, fizika tarixinə aiddir. Mayenin özlüklüyünün temperaturdan asılılıq düsturunu almış və ərimə nöqtəsində mayenin özlüklüyünün atom çəkisinin, sıxlığın və temperaturun funksiyası olduğunu göstərən düstur vermişdir. Metalların sürüncəkliyini tədqiq edərək sürüncəklik qanununu irəli sürmüşdür. Metalların monokristallarını almaq üsulunu tapmışdır. Metalların səthinin vəziyyətinin onların xassələrinə təsirini sübut etmişdir. 1914-cü ildə E.Rezerfordla birlikdə izotopların rentgen spektrlərinin eyni olduğunu isbat etmiş və bununla da elementin izotoplarının sıra nömrələrinin eyni olduğunu təsdiqləmişdir. Həmin ildə A. və E.Rezerford qamma-şüalarının difraksiyasını aşkar etmiş və bununla onların elektromaqnit təbiəti isbat olunmuşdur. [4]

İstinadlar

  1. https://www.academie-sciences.fr/fr/Liste-des-membres-depuis-la-creation-de-l-Academie-des-sciences/les-membres-du-passe-dont-le-nom-commence-par-a.html.
  2. Edward Neville da Costa Andrade // Annuaire prosopographique : la France savante.
  3. Deutsche Nationalbibliothek Record #116306939 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A  Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 491. ISBN 978-9952-441-02-4.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.