Edqar Rays Berrouz
Edqar Rays Berrouz (ing. Edgar Rice Burroughs; 1 sentyabr 1875 - 19 mart 1950)—ABŞ yazıçısı.
Edqar Rays Berrouz | |
---|---|
ing. Edgar Rice Burroughs | |
Doğum tarixi | |
Doğum yeri | ABŞ, İllinoys, Çikaqo |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | ABŞ, Kaliforniya, Ensino |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | roman yazıçısı, ssenarist, fantastika yazıçısı[d], nasir, uşaq ədəbiyyatı yazıçısı, yazıçı |
Fəaliyyət illəri | 1912–1950 |
Əsərlərinin dili | ingilis dili |
Janrlar | elmi fantastika, fantaziya |
edgarriceburroughs.com | |
Edqar Rays Berrouz Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1 sentyabr 1875-ci ildə Çikaqoda anadan olan yazıçı 1895-ci ildə Miçiqan hərbi akademiyasını bitirmiş, gənclik illərini Amerikanın uzaq qərbində keçirmiş, kovboy və qızılaxtaran olmuşdur. Berrouz klerk işlədiyi vaxt macəra hekayələri çap edən bayağı jurnallardakı elanları gözdən keçirir, eyni zamanda hekayələri oxumaq imkanını da əldən vermirdi. Oxuduqlarından ruhlanmış E.R.Beroouz həmin hekayələrə bənzər bir əsər yazmaq qərarına gəlir və 1912-ci ildə "Norman Bin" təxəllüsü ilə “Marsın Ayları altında” hekayəsini, Con Karterin Marsdakı sərgüzəştləri silsiləsindən ilk romanını çap etdirir. Daha sonra yaradıcılığının ən uca zirvəsi hesab edilən “Tarzan” silsiləsini qələmə almağa başlayır. Tarzan haqqında ümumilikdə iyirmidən çox kitab yazır.
E.R.Berrouzun əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuş, dəfələrlə ekranlaşdırılmışdır.