Ebbi-Roud

Ebbi-Roud (ing. Abbey Road) — Londonun Kamden və Vestminister hissələrində yerləşən gur küçələrdən biri, B507 şossesinin bir hissəsidir.

Ebbi-Roud
Ümumi məlumatlar
Ölkə
Şəhər Vestminster borosu, Kamden[d]
Uzunluğu
  • 1.448,4096 m

Küçənin cənub-şərq hissəsində Ebbi-Roud 3 ünvanında məşhur "Ebbi-Roud" səsyazma studiyası yerləşir. Burada The Beatles və digər qruplar öz mahnılarını yazdırırdılar. The Beatles son albomunu da məhz Abbey-Road adlandırmışdır. Bu albomun üz qabığında qrupun üzvləri, yoldan təsadüfən keçən piyada təsvir olunmuşdur. Bundan sonra küçənin adı The Beatles-la assosiasiya olunmağa başladı və turistlərin kütləvi ziyarət yerinə çevrildi, orada yerləşən piyada keçidi isə fotoçəkilişlər üçün ən populyar yerə çevrildi.

Küçənin adı yaılan dəmir lövhə bu yaxınlarda yığışdırılmışdır, belə ki onu tez-tez oğurlayır və ya müxtəlif yazılarla korlayırdılrar. Hal-hazırda bu lövhə yüksəkdən vurulmuşdur. Hər üç aydan bir icra orqanları tərəfindən keçidin yanında yerləşən binanın divarını rəngləməli olur. Belə ki bu divarda liverpullu dörtlüyün pərəstişkarları tərəfindən tez-tez qraffitilər çəkilir.

Maraqlı faktlar

The Beatles qrupunun eyniadlı albomunun üz qabığının foto çəkilişi 8 avqust 1969-cu ildə baş tutmuşdur. Üz qabığında qrupun üzvü olan dörd nəfərdən başqa bir nəfər də var idi, bu, Floridada yaşayan və həmin vaxt Londonda məzuniyyətdə olan və təsadüfən kadra düşən Pol Kouldur. Albom satışa çıxandan sonra həyat yoldaşı üz qabığında Polu tanımışdır.

İstinadlar

The Beatles' Abbey Road Photo Outtakes & Paul Cole

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.