Earendil
Earéndil ya da dənizçi Earendil (kv. Eärendil; /ɛaˈrɛndil/ | ing. Eärendil the Mariner)[1] — C. R. R. Tolkinin legendariumunda personaj, bəşər övladının ən böyük dənizçisi. "Silmarillion" əsərində daha geniş təsvir edilir. "Üzüklərin hökmdarında" da adı çəkilir[2].
Earendil | |
---|---|
Eärendil | |
Yaradan | Con Tolkin |
Əsər |
Silmarillion İtirilən Hekayələr Kitabı |
Məlumat | |
Digər adları | Ardamire, Azrubel |
Ləqəbi | Dənizçi |
Növü | yarı-elf |
Cinsi | kişi |
Doğum tarixi | Birinci Dövr |
Ölüm tarixi | elf taleyini seçib |
Yaşayış yeri | Qondolin, Sirion limanı, İlmen (Qəzəb Müharibəsindən sonra) |
Silahı | yay-ox |
Ailəsi | |
Atası | Tuor |
Anası | İdril |
Həyat yoldaşı | Elvinq |
Uşaqları | Elrond, Elros |
Earendil professor Tolkinin legendariumunda ilk peyda olan personajlardan biri olub. İlk dəfə 1916-cı ildə Tolkin tərəfindən "İtirilmiş Hekayələr Kitabının" "Qondolinin süqutu" bölməsində təsvir edilmişdir.
Bioqrafiyası
Earendil Birinci Dövrün 503-cü ilində Qondolində Hador nəslindən olan insan Tuorun və Turqonun qızı şahzadə elf İdril Kelebrindalin ailəsində anadan olub. Uşaqlıqda Earendil Qondolinin lordları Salqant və Ektelionla çox yaxşı münasibətdə olub. Earendil hələ on yaşında olanda Qondolinin kralı Turqonun bacısı Aredel Ar-Feiniel və Qara Elf Eolun oğlu Maeqlini Morqot əsir etdi. Morqot Qondolinin hakimliyini üstəlik həmişə sevdiyi İdrili ona vəd edərək əvəzinə Qondolinin yerini öyrəndi. Beləliklə Maeqlinin xəyanətinə görə Morqot Qondolinin yerini aşkarlayaraq şəhərə hücüm edir. Hücum zamanı Maeqlin uşağ Earendili öldürməyə və anasını yaxalamağa cəhd edir, lakin onun özü Tuor tərəfindən öldürülür. Earendil və valideynləri gizli keçid vasitəsilə məğlub olan Qondolindən qaçırlar. Onlar qaçaraq Sirion Limanlarında sığınacaq tapırlar, Earendil gələcək həyat yoldaşı Elvinqlə burada tanış olur.
Ədəbiyyat
Tolkin, C. R. R. "Silmarillion". Allen & Unwin. 1977. ISBN 0-04-823139-8.
İstinadlar
- Hostetter, Carl F. "Over Middle-earth Sent Unto Men: On the Philological Origins of Tolkien's Eärendel Myth". Mythlore. 17 (3). 1991. Article 1. 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-17.
- Shippey, Tom. The Road to Middle-Earth. Grafton (HarperCollins). 2005 [1982]. 217–220, 277–281. ISBN 0261102753.