Ea

Ea, Enki- (şum. en-KI 𒀭 𒂗 𒆠), Babil-assur inamlarına əsasən səma sularının (Yağış və Tufan) ilahisi, Adaya qarşı qoyulan yer üzü və yeraltı suların ilahisi, Yerin sahibi, müdriklik tanrısı, şirin su dəryasının-Apsunun sahibi.[1]. Onu sənətkarların tanrısı da hesab edirlər.

Qədim Şərq Tanrıları
Ea
Ea
Ea

Ea
MifologiyaŞumer, Akkad, Babil
Əlaqədar personajlarMarduk
Əlaqədar hadisələrEnuma eliş

Haqqında

Şumer mifologiyasına əsasən Dəclə çayı Ea ilahəsi tərəfindən yaradılmışdır. Ea ilahəsi şumer ilahəsi Enkaya müvafiqdir. Ona sitayişin mərkəzi Fars körfəzi sahilində yerləşən Eridu şəhərində idi. Əfsanələrdə Ea, insanlara müxtəlif sənətlər, incəsənət növləri və biliklər öyrədən müdriklik ilahəsi kimi təmsil edilir. O, kanalları və arxları dolduran, süni suvarmanın (irriqasiyanın) hamisi hesab olunurdu. Balıq quyruqlu insan şəklində təsvir olunurdu. Babil ilahilər panteonuna Ea Anu və Enlil-Bel ilə birlikdə ali ilahilər üçlüyünə daxil idi.

Mənbə

Xarici keçid

  • Ea ilahəsi.

İstinad

  1. "Электронная библиотека Библиотекарь.Ру — книги и альбомы по истории, искусству, культуре, религии. Справочники, словари, энциклопедии, художественные галереи, музеи и коллекци …". 2012-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-10.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.