EPROM

EPROM (erasable programmable read-only memory ~ silinəbilən proqramlaşdırılabilən daimi yaddaş) – enerji mənbəyindən asılı olmayan, hazırlandıqdan sonra proqramlaşdırılan yaddaş mikrosxemi. Enerji mənbəyindən asılı olmayan yaddaşda saxlanılan verilənlərdə və ya mikroproqramlarda dəyişiklik etmək lazım gəldikdə yeni PROM modulları hazırlamaqdansa, EPROM mikrosxemini yenidən proqramlaşdırmaq daha faydalı ola bilər. PROM-dan fərqli olaraq, EPROM mikrosxeminin tərkibini silmək olar; adətən, bunun üçün mikrosxemdən qoruyucu qapaq çıxardılır və mikrosxem ultrabənövşəyi işıqla şüalandırılır, bundan sonra onu yenidən proqramlaşdırmaq olar. EPROM yaddaşının PROM-dan baha olmasına baxmayaraq, son nəticədə o, daha qazanclı ola bilər (xüsusən, tez-tez dəyişikliklər gərəkli olduqda).

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.