EM-14
EM-14 — Azərbaycan istehsalı ilk NATO kalibrlı avtomat. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən hazırlanmış EM-14 indeksli avtomat Abu Dabidə keçirilən İDEX-2015 sərgisində nümayişə çıxarılıb.
EM-14 | |
---|---|
Tipi | Avtomat |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 2016 |
İstehsal tarixçəsi | |
Konstruktor | Emin Əhmədov |
Konstruksiya tarixi | 2014 |
İstehsalçı | MSN |
İstehsal illəri | 2016 |
Xüsusiyyətləri | |
Ağırlığı | 3.8 kq |
Məsafə | 1000m |
Uzunluğu | 900/920/945/965/990 mm |
Eni | 75 mm |
Hündürlüyü | 260mm,kalimator ilə 295 mm |
Kalibr | 5.56×45 mm |
Effektiv məsafə | 1000m |
Maksimum məsafə | 1000 m |
Texniki xüsusiyyətləri
NATO 5.56×45 mm çaplı avtomat 6 pilləli tənzimlənən qundağa,kollimatora, lülə üzərində pikatinni relsinə və şəffaf darağa malikdir. MSN mütəxəssislərinin sözlərinə görə, avtomatın atış tempi dəqiqədə 660 atəş, güllənin lülədən çıxış sürəti 860 m/saniyə, nişanalma məsafəsi 1000 metr, çəkisi 3.8 kq-dır. Avtomatın iş prinsipi qaz təpməsi və çaxmağın fırlanmasına əsaslanır.[1]
İstehsalı
Nazirin sözlərinə görə, yerli mühəndislər tərəfindən hazırlanmış EM-14 avtomat tüfənginin seriyalı istehsalına başlanacaq. Müsahibəsində Müdafiə Sənayesi naziri Yavər Camalov deyib: “Biz NATO kalibrli avtomat tüfəngin ilk nümunəsini yaratmışıq. İndi sınaqları gedir. Yəqin ki, növbəti ildən bu silahın seriyalı istehsalına başlayacağıq. Hazırkı dövrdə EM-14 ixracat üçün nəzərdə tutulur. Əgər daxildə ehtiyac olarsa, bunu yerli qurumlara da verəcəyik”.[2]
İstinadlar
- "Arxivlənmiş surət". 2016-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-22.
- "Arxivlənmiş surət". 2015-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-22.
4. http://az.azeridefence.com/azerbaycanin-yeni-avtomatinin-video-teqdimati/ Arxivləşdirilib 2016-08-05 at the Wayback Machine