Eötvöş Lorand Universiteti

Eötvöş Lorand Universiteti (ing. Eötvös Loránd University, mac. Eötvös Loránd Tudományegyetem) və ya qısaca ELTEMacarıstanın ən böyük universitetidir.[3] 1950-ci ildə universitet hal-hazırkı adını qəbul etdi. Universitetə dünya şöhrətli alim fizik Lorand Eötvöşün (Loránd Eötvös) adı verildi. Hal-hazırda universitetin səkkiz fakültəsi var: Təhsil və Psixologiya, Humanitar elmlər, İnformatika, Hüquq, Orta və məktəbdən əvvəl təhsil, Təbii elmlər, Sosial elmlər və Barçi Qustav adına Xüsusi təhsil fakültəsi. ELTE, beynəlxalq səviyyədə tanınan və qəbul edilən universitetdir və onun proqramları Macarıstan Akkreditasiya Heyəti tərəfindən akkeditasiya alıb. Universitet tərəfindən verilən diplomlar dünyada qəbul edilir və tanınır, onun kurs kreditləri Avropa Birliyi və ondan kənarda olan ölkələrdə hesablana bilir. Son yüz ildə ELTE-nin müəllimləri və keçmiş məzunları arasında dünyaca məşhur alimləri və Nobel mükafatı laureatları olub. Universitetdə təhsil alan tələbələrin sayı təxminən 28 minə çatır, müəllim-professor akademik heyətinin və tədqiqatçılarının sayı isə 1800 təşkil edir[4]

Eötvöş Lorand Universiteti
ELTE
Eötvös Loránd Tudományegyetem[1]
Loqonun şəkli
47°29′26″ şm. e. 19°03′30″ ş. u.
Əsası qoyulub 1635
Tip Dövlət
Rektor Barna Mezey, Prof. Dr
Tələbə sayı təxminən 28 min
Şəhər Budapeşt
Ölkə
Ünvan 1053 Egyetem tér 1-3.
Sayt elte.hu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ali məktəbin Humanitar elmlər fakültəsi

Tarixi

ELTE-nin Lacmanyoşi (Lágymányosi) kampusunda Elm və İnformatika fakültələri yerləşir
  • 1635 - Kardinal Peter Pazman (Péter Pázmány), Nadsombatda (indiki Trnava, Slovakiya) universitetin əsasını qoyan sənədləri imzalayır. İlk iki fakültələr bunlar olur: Humanitar elmlər və Teologiya fakültəsi.
  • 1667 - Hüquq fakültəsinin əsası qoyuldu
  • 1769 - Tibb fakültəsinin əsası qoyuldu
  • 1777 - Universitet Budaya köçdü
  • 1784 - Alman dili Latın dilini kölgədə qoyaraq əsas təhsil dilinə çevrilir
  • 1872 - Avropada ilk Müəllim Hazırlıq Məktəbinin əsası qoyuldu. İndiki adı ELTE Trefort Agoston Müəllimlik hazırlıq məktəbi.
  • 1900 - Dünyada ilk Xüsusi Təhsil Müəllim Hazırlıq kursunun əsası qoyuldu. İndiki adı Barçı Qustav adına Xüsusi təhsil fakültəsi.
  • 1905 - ELTE məzunu Fülöp Lenard (Fülöp Lénárd) fizika üzrə Nobel mükafatına layiq görüldü
  • 1937 - ELTE məzunu Albert Sent-Dyordi (Albert Szent-Györgyi) psixologiya və tibb üzrə Nobel mükafatına layiq görüldü
  • 1943 - ELTE məzunu Dyordi Heveşi (György Hevesy) kimya üzrə Nobel mükafatına layiq görüldü
  • 1949 - Təbii elmlər fakültəsi, Humanitar elmlər fakültəsindən ayrıldı
  • 1950 - Universitetə dünyaca məşhur alim fizik Lorand Eötvöşün adı verildi. Teologiya fakültəsi müstəqil ali təhsil instututu kimi fəaliyyətə başladı
  • 1951 - Tibb fakültəsi (indiki Şemelveys (Semmelweis) Universiteti) müstəqil ali təhsil instututu kimi fəaliyyətə başladı
  • 1961 - ELTE məzunu Dyordi Bekeşi (György Békésy) psixologiya və tibb üzrə Nobel mükafatına layiq görüldü
  • 1994 - ELTE məzunu Yanoş Harşani (János Harsányi) iqtisadi elmlər üzrə Nobel mükafatına layiq görüldü
  • 2010 - ELTE, "tədqiqat universiteti" adını qazandı
  • 2012 - ELTE, Beynəlxalq əməkdaşlığa görə Keyfiyyət mükafatına layiq görüldü [5]
Ali məktəbin 1880-ci ildəki möhürü

Fakültələr

Bakalavr

  • Politologiya
  • Əmək və Sosiyal sığorta idarəetməsi
  • Hüquqi idarəetmə

Master

  • Kriminologiya
  • Maliyyə hüququ meneceri
  • İnformatika və kommunikasiya hüququ (Kommunikasiya hüququ, Mediyaşunaslıq və İnformasiya cəmiyyəti)
  • Politologiya

Doktorantura PhD məktəbləri

  • PHD Hüquq məktəbi
  • PHD Siyasi elmlər məktəbi [6]

Barçı Qustav adına Xüsusi təhsil fakültəsi

1935-ci ildə Hüquq fakültəsinin görünüşü - bu fakültə hələ də bu kampusda yerləşir

Bakalavr

  • Xüsusi ehtiyyaclar üşün müəllimlik

Master

  • Xüsusi ehtiyyaclar üşün müəllimlik [7]

Bakalavr

  • İngilis və amerkinaşünaslıq
  • Almanşünaslıq
  • Şərq dilləri və mədəniyyəti
  • Kommunikasiya və mediyaşünaslıq
  • Macarşünaslıq
  • Etnoqrafiya
  • Qədim dillər və mədəniyyət
  • Romanşünaslıq
  • Liberal incəsənət
  • Slavyanşünaslıq
  • Tarix

Master

Master Müəllimlik kursları

Doktorantura PhD məktəbləri

PhD proqramları üzrə təhsil alan təxminən min tələbə var və dərslər, çox vaxt Macarıstan Elmlər Akademiyasının üzvləri olan yüksək keyfiyyətli akademik, doktor heyəti tərəfindən tədris olunur.[8]

Bakalavr

  • Kompüter proqramlaşdırması üzrə informatika

Master

  • Kartoqrafiya
  • Geoinformatika
  • Kompüter proqramlaşdırması üzrə informatika

Doktorantura PhD məktəbi

  • PhD Kompüterşünaslıq məktəbi
  • PhD Proqramlar məktəbi
    • İnformasiya sistemləri
    • Rəqəmsal və simvolik hesablama
    • İnformatikanın əsasları və metodologiyası[9]

Bakalavr

  • Androqogika
  • Pedaqogika
  • Psixologiya
  • Əyləncə, həyat tərzi və fitness

Master

  • Andraqogika
  • Mədəniyyətlərarası psixologiya və təhsil
  • Təhsil
  • Təşkilatı kommunikator
  • Pedaqogika
  • Psixologiya
  • Əyləncə və istirahət
  • Müəllimlik

Doktorantura PhD məktəbləri

  • PhD Təhsil məktəbi
  • PhD Psixologiya məktəbi [10]

Bakalavr proqramları

  • Tədbiqi iqtisadiyyat
  • Beynəlxalq münasibətlər
  • Sosiyal elmlər
  • Sosiyal iş
  • Sosiologiya

Magistr proqramları

  • Vətəndaş cəmiyyəti inkişafı elmləri
  • İqtisadi analiz
  • Etnik və azlıq elmləri (ingilis dilində)
  • Səhiyyə siyasəti, planlaşdırma və maliyuələşdirmə (ingilis dilində)
  • Humanitar ekologiya
  • Beynəlxalq münasibətlər
  • Sosiyal siyasət
  • Sosiyal iş
  • Sorğu statistikası
  • Sosiologiya
  • Mədəni antropologiya

Doktorantura proqramları

  • Fənlərarası Sosiual tədqiqat
  • Sosiologiya (ingilis dilində)
  • Sosiyal siyasət [11]

Departamentlər

  • Mahnı və musiqi departamenti
  • Əcnəbi dil və ədəbiyyat departamenti
  • Təhsildə informasiya kommunikasiya texnologiyası departamenti
  • Macar dili və ədəbiyyatı departamenti
  • Riyaziyyat departamenti
  • Təhsil departamenti
  • Təbii elmlər departamenti
  • Fiziki hazırlıq departamenti
  • Sosiyal elmlər departamenti
  • Vizual təhsil departamenti[12]

Bakalavr

  • Biologiya
  • Kimya
  • Yer kürəsi elmləri
  • Ətraf mühit elmləri
  • Coğrafiya
  • Riyaziyyat
  • Fizika

Master

Doktorantura PhD məktəbləri

Kitabxananın çöldən görünüşü
  • PhD Biologiya məktəbi
  • PhD Kimya məktəbi
  • PhD Yer kürəsi məktəbi
  • PhD Ətraf mühiti elmləri məktəbi
  • PhD Riyaziyyat məktəbi
  • PhD Fizika məktəbi [13]

Kitabxanası

Ali məktəbin kitabxanası

Təhsil və tədqiqat, universitetin kitabxana şəbəkəsi tərəfindən dəstəklənir. Kitabxanının əsası 1561-ci ildə iezuit əmri ilə qoyuldu. Bu, ölkənin ən qədim kitabxanasıdır və 1876-cı ildə bütün vətəndaşlar üçün açıq oldu [14] Kitabxanada bu kolleksiya yer alıb: 185 kodekslər, 1150 inkunabula və 1711-ci ildən əvvəl nəşr edilən 2600 köhnə macar kitabı, XVI-cı əsrə aid 7000 cildlər, VIII-ci əsrə aid olan ən qədim manuskript Beda fraqmenti - Macarıstan mədəniyyət irsinin hissəsi. Hal-hazırda Universitet Kitabxanasında iki milyona yaxın əlyazmalar, 200 mindən çox jurnallar, 600 onlayn həftəlik qəzetlər var. Kitabxananın databazası 230 min yazılı qeydlərdən, 175 min biblioqrafik qeydlərdən, 225 min dövlət qeydlərindən ibarətdir. Ənənəvi kitabxana xidmətindən əlavə, kitabxana, e-tekstlər arxivi, print olunmuş sənədlərin onlayn kopyaları, elektronik materiallar və CD-ROM materiallarını təmin edir. Kitabxana, "Macarıstan Onlayn Kitabxanaçı" təşkilatının üzvüdür.

Reytinqi

  • 2013-2014 illərində QS World University Rankings-ə görə ELTE 551-600-cü yerlər arasında qərarlaşmışdı.
  • Academic Ranking of World Universities, ELTE-ni ən yaxşı 301-400 universitet arasında görür [15]
  • 4International Colleges and Universities-ə görə, ELTE dünyada 158-ci yerdədir.
  • Centre for World université rankings (CWUR) [16] görə, ELTE Macarıstanda 1-ci, dünyada isə 458-ci yerdədir.

Tələbə həyatı

Universitetin Atletik Klubu

Universitetin Atletik Klubunun (BEAC)[17] 1898-ci ildə əsası qoyulub və ilk macar idman klublarından biridir. Dünyaca məşhur alim və dövlət adamı Lorand Eötvöş klubun ilk prezidenti seçilib. BEAC-ın əsas məqsədi, ELTE tələbələrinə və Budapeştin gənclərinə keyfiyyətli, peşəkar idman imkanlarını yaratmaq. BEAC-ın yarandığı gündən, Klubun beş Olimpiya və 400 Macarıstan çempionluq titulları var. BEAC-da bu idman bölmələri var: atletika, badminton, basketbol, şahmat, futbol, həndbol, dağa qalxma, karate, idman orientasiyası,stolüstü tennis, su polosu.

Eötvöş İncəsənət Ansamblı

İncəsənət Ansamblı üç qrupdan ibarətdir [18]:

  • Bela Bartok adına Universitet xoru
  • Universitet orkestri
  • Universitet Xalq rəqsi ansamblı

Ansambblın rəhbəri, Dr. Qabor Baroşdur. O, Ferenç List mükafatı qalibidir, əməkdar artıst adını daşıyır, xor və orkestrin də rəhbəridir. Xorun əsası 1948-ci ildə, orkestrin isə 1957-ci ildə qoyulub. Məqsəd, tələbələri musiqi aləminə cəlb etmək, konsertlər, görüşlər, festivallar, iş yarmarkaları təşkil etməklə beynəlxalq əlqaələr yaratmaq, maliyyə cəhətdən bu tədbirləri dəstəkləmək, milli mədəniyyət və ənənəni Macarıstanda təbliğ etmək

ELTE Avropa Təhsil Mərkəzi (EEC)

ELTE Avropa Təhsil Mərkəzinin (EEC)[19] məqsədi, artıq fəaliyyət göstərən çox tərəfli Avropa Birliyi Treyninq və tədqiqat fəaliyyətini maliyyə və infrastruktur cəhətdən gücləndirmək.

Məşhur məzunları

Nobel mükafatı laureatları

  • Qeorq fon Bekeşi (Georg von Békésy) - biofizik, psixologiya və tibb üzrə Nobel mükafatçısı (1961)
  • Albert Sent-Dyord (Albert Szent-Györgyi) - psixologiya və tibb üzrə Nobel mükafatçısı (1937), vitamin C-nin ixtiraçısı
  • Con Harşani (John Harsanyi) - iqtisadiyyat üzrə Nobel mükafatçısı (1994)

Digər məşhur məzunlar

  • Albert-Laslo Barabaşı (Albert-László Barabási) - fizik, miqyassız şəbəkələr konseptinin müəllifi, C&C mükafatı laureatı (2008)
  • Tamaş Frönd (Tamás Freund) - neyroalim, ilk Danimarka Brain 2011 mükafatının üç macar qalibindən biri
  • Karl Keren (Karl Kerényi) - yunan mifologiyasının müasir araşdırma və tədqiqatlarının əsasını qoyanlardan biri
  • Rado fon Köveşliqeti (Radó von Kövesligethy) - astro və geofizik (astro-and geo-) physicist, Köveşliqeti spektral tənlikin banisi (1885)
  • Ferenç Kraus (Ferenc Krausz) - fizik, attofizikanın banisi, Maks Plank Qvantum Optik İnstitutunun direktoru (2003)
  • Mikloş Kaçkoviç (Miklós Laczkovich) - riyaziyyatçı
  • Korneliyus Lançoş (Cornelius Lanczos) - riyaziyyatçı
  • Laslo Lovas (László Lovász) - riyaziyyatçı, Knuth mükafatçısı (1999), Bolyai mükafatçısı (2007), Kyoto mükafatçısı (2010)
  • Viktor Orban (Viktor Orbán) - Macarıstanın baş naziri, 1998–2002, 2010–hal-hazırda
  • Mixael Polan (Michael Polanyi) - alim, kimya üzrə Nobel laureatı Con Polaninin atası
  • Endre Semered (Endre Szemerédi) - Abel mükafatçısı (2012)
  • Eva Tardoş (Éva Tardos) - Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü
  • Şandor Vekerle (Sándor Wekerle) - üç dəfə baş nazir seçilən dövlət adamı
  • Frans Vitman (Franz Wittmann) - Vitman osciloqrafının konstruktoru

Kampus

Universitet binaları

Universitet kampuslarının çox hissəsi, Deak Ferenç meydanının cənubunda yerləşir, Dunay çayının bulvarına yaxın olan ərazisində və çayın hər iki tərəfində.

  • Universiterin əsas binasında mərkəzi ofislər və rektorun ofisi var, həmçinin burada Hüquq fakültəsi də fəaliyyət göstərir.
  • Múzeum körút-də yerləşən binada Təbii elmlər fakültəsi yerləşir.
  • Budadakı Lágymányos kampusu İnformatika fakültəsi, Sosiyal elmlərfakültəsi və Təbii elmlər fakültəsini birləşdirir.
  • Kazinczy küçəsindəki bina, köhnə yəhudi məhəlləsindədir və Budapeştin sinqoqasına yaxındı. Burada Psixologiya və Pedaqogika fakültəsi fəaliyyət göstərir.
  • Ecser küçəsində yerləşən bina, şəhərin cənubunda Ferencváros meydanındadır. Burada Qustav Baraçı fakültəsinin proqramları tədris olunur.
  • Budada János Kiss küçəsindəki bina, Dali dəmiryol vağzalına yaxındır. Burada Orta və məktəbən əvvəl təhsil fakültəsi yerləşir.

Tələbə yataqxanaları

ELTE-nin 28 mindən çox tələbəsi və təxminən 3100 yataqxana yeri var.[20] Yataqxanalar şəhərin müxtəlif yerlərindədir.

  • Kőrösi Csoma Sándor yataqxanası
  • Nándorfejérvári küçəsindəki yataqxana
  • Ajtósi Dürer Sor yataqxanası
  • Nagytétényi küçəsindəki yataqxana

Yataqxanalar müasir tikililərdir və oradalazım olan hər şey var: internet, stolüstü tennis, yeməkxana, TV zalı, ümumi yerlər, idman zalı və s. ELTE-nin həmçinin Qonağ Evi də var - Pereginus Oteli. Üç ulduzlu olan bu otel, Budapeştin mərkəzində Vaci küçəsindədir.[21]

Botanika bağı

İlk macar Botanika Bağının əsası 1771-ci ildə qoyulub [22] Bağ, Jakab Qinterl və Pal Kitabel tərəfində inkişaf olunub və genişlənib. İndiki ərazisinə 150 il əvvəl köçürülüb və 1960-cı ildə milli təbii rezerv adı alıb. Botanika Bağında təxminən 7 minə yaxın bitki növləri var. Dendrarisində 800 ağac və kol növü və 500 gül növü saxlanılır

Geoloji Tata muzeyi

Bu xüsusi geoloji təbii rezerv 3.5 akr sahəsində Kálvária təpəsində Tatada 1953-cü ildən bəri yerləşir. 1991-ci ildən bəri açıq səmalı geoloji muzey kimi də fəaliyyət göstərir [23]. Təbii rezerv geoloji epizodlardan, milyonlarla ilin flora və fauna nümunələrindən ibarətdir, burada həmçinin botanika, mədəniyyət və tarixi nümunələr də var.

Observatoriya

Universitetin Observatoriyasının əsas 1881-ci ildə qoyulub və ən müasir tədqiqat və təhsil bazasına malikdir [24]. Observatriyanın təsisçisi Yeno Qotardın (Jenő Gothard) orijinal işləri və alətləri və XIX əsrdə bu sahədə olan inkişafın və göstəricilərin nümunələri ilə tanış olmaq olar.

Biologiya və paentologiya muzeyi

Muzey Cənubi Budada Təbii elmlər fakültəsinin binasında yerləşir və piramid formasındadır [25]. Macarıstanda unikal hesab edilən bu muzeydə universitetin kolleksiyası, bəşəriyyətin və faunanın müvafiq paleontoloji meteriallarla təkamülünü göstərir

Mineral və qaya kolleksiyası

Kolleksiyanın əsası 1774-cü qoyulub. Bu, universitetin ən qədim elmi artefakt kolleksiyasıdır və Macarıstanda ən böyük bu növ mineral və qaya kolleksiyasıdır [26]. XVIII-ci əsrin sonunda bu, Avropada ən böyük sistemləşdirilmiş təhsil məqsədli kolleksiya idi. Sərgi üçün olan əşyalar 1880-ci illərdə istehsal olunub və onlar qoruma altındadılar. Kolleksiyanın tərkibində 1000 mineral növü və demək olar bütün növ qayalar görmək olar.

Həmçinin bax

İstinadlar

  1. http://en.study-hungary.com/universities/elte.
  2. Directory of Open Access Journals. 2003.
  3. "Study in Hungary: ELTE". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  4. "History". 2016-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  5. "Brief History of ELTE". 2016-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  6. "Faculty of Law". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  7. "Bárczi Gusztáv Faculty of Special Education". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  8. "Faculty of Humanities". 2009-11-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  9. "Faculty of Informatics". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  10. "Faculty of Education and Psychology". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  11. "Faculty of Social Sciences". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  12. "Eötvös Loránd University Faculty of Primary and Pre-School Education". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  13. "Faculty of Science". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  14. "University Library". 2016-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  15. "ELTE Ranking". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  16. "CWUR ELTE". 2015-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  17. "University Athletics CLub". 2016-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  18. "Eötvös Art Ensamble". 2016-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  19. "EEC". 2016-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  20. "Student Residence Halls". 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  21. "Guest House Hotel". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  22. "Botanical Garden". 2016-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  23. "Geological Museum". 2016-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  24. "Astrophysical Observatorty". 2016-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  25. "Biological and Paleontological Museum". 2016-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  26. "Mineral and Rock Collection". 2016-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.