Dyoqon
Dyoqon[3] (lat. Dugong dugon) — su məməlisi olaraq, Dyoqonlar fəsiləsinə daxil olan növ. Bu canlı dəniz inəyinin ən yaxın qohumudur. Dyoqon sözü Malay dilində "Su pərisi" mənasını verir.
Dyoqon | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Dyoqon |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Xariçi görünüş
Ölçü baxımından sirenlərin ən kiçik nümayəndəsidir. Uzunluğu 2,5–4 metr olub, 600 kq təşkil . Maksimal uzunluğu 5,8 metr erkək Qırmızı dəniz sularında aşkarlanmışdır. Dişilər əsasən erkəklərdən kiçik olurlar.
Quyruqları Lamantinlərdən fərqli olaraq, Balinakimilərdə olduğu kimidir. Ön ətrafları 35–45 sm uzunluğa malikdirlər. Dərisi sərtdir, qalınlığı 2–2,5 sm təşkil edir. Üzərində tək-tək tüklərə rast gəlinir. Rəngi yaşdan asılı olaraq tündləşir. Rəngləri qonur olur, qarın nahiyəsi isə nisbətən parlaqdır.
Başı balaçadır və yumrudur. Burun dəlikləri nisbətən iridir. Suyun altında dəliklər qapanır. Sərt damağa malikdir. 26 dişə malik olub və 2 azı və 4–7 köpək dişinə malikdir.
Burun sümüklərindən məhrumdurlar. Berin qutusu olduqca kiçikdir.
Yayılması
Keçmişdə arialı daha geniş sahəyə malik olmuşdur. Onlara hətta Qərbi Avropa sahillərində belə rast gəkinirdi. Hətta su pərilərinin bu canlılarla bağlanması ehtimal edilir. Hazırda Hind okeanı və Sakit okean sularında rast gəlinir. Qərbdə Qırmızı dəniz və Afrikanın şərq sahulləri boyunca, Fars körfəzi, Hindustan yarımadası sahillərində və Avstraliya, Yeni Qvineya ətrafı ərazilərdə yayılmışlar. Onlar 140 000 km sahil zolağında yayılmışdır.
Hazırda Böyük Sədd rifi və Torres boğazı ərazilərində 10 000 baş dyoqon yaşayır. Onlar Keniya və Mozambik sahillərində bu canlıların sayı 1970-ci illərdən etibarən azalmışdır. Tanzaniya sahillərində sonuncu dəfə bu canlılar 2003-cü ilin 22 sentyabrda müşahidə edilmişdir. Az miqdarda olsa belə Mikroneziyada, Okinava adası, Malayziya və Sinqapur sahillərində rast gəlinir.
Həyat tərzi
Dyoqonlar əsasən dayaz körfəz, estuari və laqunlarda yaşayırlar. Onların yaşadığı ərazinin dərinliyi 1–5 metr arasında dəyişir. Onlar əsasən yosunlarla qidalanırlar. Bununla belə bəzən onların mədələrindən yengəclər belə aşkarlanır. Qidalanarkən vaxtlarının 98 % suyun altında keçir. 1–3 dəqiqə nəfəs almadan suyun altında üzə bilirlər. Maksimal olaraq isə 10–15 dəqiqə nəfəs almadan dura bilirlər. Gün ərzində 40 kq yemək yeyirlər.
Onlar əsasən qrup halında yaşayırlar. Hər qrupda 3–6 baş canlı olur. Əvvəllər isə onların hətta bir necə yük başdan ibarət dəstədən ibarət olmaları qeydə alənırdı. Ehtiyac yarandıqda bir necə min km məsafəyə miqrasiya edirlər (1). Adətən onların sürəti 10 km/s təşkil edir. Bəzən isə sürət 18 km/s təşkil edə bilir. Səs çıxarmırlar. Bəzən müəyyən fit səsi çıxara bilirlər. Balalar isə nisbətən səs-küylüdürlər. Görmələri nisbədən zəif olsada eşitmə orqanları yaxşı inkişaf etmişdir.
Çoxalması
Dyoqonlar il boyu çütləşə bilirlər. Erkəklər dişilər uğrunda mübarizə aparırdılar. Boğazlıq 1 il davam edir. Bir və ya nadir halda iki bala verir. Balalar 1–1,2 metr uzunluğa və 20–35 kq çəkiyə malik olurlar. Suyun dibinə enərkən analarının bellərində olurlar. Balaların bəslənməsində erkəklər iştirak etmirlər. Günorta vaxtı balalar dayazlıq ərazilərə toplaşırlar.
Südlə bəslənmə 12–18 ay davam edir. Bununla belə üç ayından etibarən onlar yosunlarla qidalana bilirlər. Yetkinlik yaşına 9–10 ilində çatırlar. Balalara əsasən iri Köpək balığı, Osa və Duzlu su timsahı[4]. 70 il yaşaya bilirlər.
Statusu
Dyoqunlar əsasən ətinə görə ovlanır. Bu canlıların əti dana ətini xatırladır. Onların yağı və sümüyü qiymətlədir. Sümükləri hətta Fil sümüyü kimi qiymətlidir. Bir çox Asiya xalqlarının inancında xüsusi yer tutur. 200–300 kiloqramlıq canlıdan 24–56 l yağ əldə edilir. Son zamanlar areal olduqca kiçilmişdir. Sayları 1962–1999 illər ərzində 72 mindən 4 220 başa qədər azalmışdır.(2) Arxivləşdirilib 2008-04-12 at the Wayback Machine
Hazırda bu canlıların torla ovlanması qadağandır. Onları qarpunla ovlamağa icazə verilir. Ovlanma, ancaq aborigenlərə icazə verilir.
Ədəbiyyatda
Jül Vern "Sirli ada" romanında dyoqonların adı çəkilir. Burada kolonistlərlin sadiq iti ilə dyoqon Qrant gölündə döyümürlər. Jül Vernin digər "20 000 lye su altında" romanında Ned Lend Çad gölündə dyoqonla rastlaşır.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 1996.
- Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- Соколов В. Е. Систематика млекопитающих. Том 3 (китообразные, хищные, ластоногие, трубкозубые, хоботные, даманы, сирены, парнокопытные, мозоленогие, непарнокопытные). — М.: Высш. школа, 1979. — С. 330. — 528 с.
- "Dugong (Seacow)". members.optusnet.com.au. 2015-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
Xarici keçidlər
- Dyoqon heyvanlar aləmi saytında
- Animal Diversity Web
- Dyoqon Arxivləşdirilib 2011-01-23 at the Wayback Machine
- Beynəlxalq Qırmızı kitab Arxivləşdirilib 2008-04-12 at the Wayback Machine
- Дюгони, которых дает море
- Nə səbəbdən dyoqonlar gedirlər?
- Marsh et al. 2002. Dugong : status reports and action plans for countries and territories. Arxivləşdirilib 2007-05-08 at the Wayback Machine IUCN