Duvaryan

DuvaryanAzərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.

Duvaryan
40°54′ şm. e. 48°25′ ş. u.
Ölkə  Azərbaycan
Rayon İsmayıllı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 33 nəfər
Digər
[http:// ]
Duvaryan xəritədə
Duvaryan
Duvaryan

Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Əhalisi 33 nəfər 12 kişi, 21 qadındir. Əhali əsasən heyvandarlıq və arıçılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 8 km yolu piyada və ya atla getmək olar.[1]

Etimologyası

Toponim tat dilindəki duvar (yoxuş, yamac) və an (burada “yer” deməkdir) sözlərindən ibarət olub, “yoxuşlu yer”, “maili yer” mənasını verir. Toponim yerləşdiyi coğrafi ərazini əks etdirir.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.