Duroplast

Duroplast — yüksək səviyyəli sıxlıqlı struktura malik polimer materialdır. Aldığı formada bərkidikdən sonra bu material deformasiya edilə bilmir. Xarici təsirə çat və dağılma ilə reaksiya verir. Duroplast heç bir mayedə həll olunmur, bəzi hallarda əridilə bilir. Bu materialın növləri kimi aminoplastı, penoplastı və polyesteri göstərmək olar. Aşağı maya dəyəri, yüksək sıxlığı onun təkcə avtomobil və elektrotexnika sənayesində yox, həmçinin bir çox sahələrdə həm dizayn, həm də qoruyucu rolunda örtük kimi tətbiq etməyə imkan verir.

Mənbə

  • Şükürov R.İ. Metalşünaslıq. Dərslik. Bakı. “Çaşıoğlu”, 2002. 484s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.