Durğu işarələri

Durğu işarələri — dilin ümumi qrafik sistemində xüsusi yer tutan işarələr sistemidir ki, bunlar hərflər və digər yazı vasitələri ilə (rəqəmlər, bərabərlik işarəsi, bənzərlik işarəsi və s.) ifadə etmək mümkün olmayan cəhətləri bildirmək üçün işlədilir. Durğu işarələrinin vəzifəsi danışıq aktının məna daşıyan parçalara üzvlənməsini (mənalı hissələrini) göstərməkdən və onların tanınmasını təmin etməkdən, habelə danışıqda reallaşan sintaktik strukturun ritmik-melodik xüsusiyyətlərini əks etdirməkdən ibarətdir. Nöqtə, sual işarəsi, nida işarəsi, vergül, nöqtəli vergül, iki nöqtə, tire, çox nöqtə və s. durğu işarəsi adlanır.[1]

,
Durğu işarələri
Punktuasiya
apostrof(’ ')
mötərizə ([ ], ( ), { },  )
iki nöqtə(:)
vergül(,)
tire (, –, —, ―)
nöqtələr (…, ..., . . .)
nida işarəsi(!)
nöqtə(.)
guillemets(« )-->
defis()
defis-minus(-)
sual işarəsi(?)
dırnaq işarəsi ( ”, ‘ ’, « », ‹ )
nöqtəli vergül(;)
əyri xətt (sleş, drob)(/,   )
Sözayırıcılar
mötərizə ( ) () ()
interpunkt(·)
Əsas tipoqrafika
ampersand(&)
ticari at(@)
ulduz (asterisk)(*)
tərsinə əyri xətt(\)
siyahı markeri (bullit)()
sirkumfleks(^)
xaç (†, ‡)
dərəcə(°)
çevrilmiş nida işarəsi(¡)
çevrilmiş sual işarəsi(¿)
oktotorp (şəbəkə, xeş)(#)
nömrə işarəsi ()
bölmə işarəsi(÷)
sıra indikatoru (º, ª)
faiz, promille, milyonda bir (%, ‰, )
abzas()
ştrix(′, ″, ‴)
paraqraf işarəsi(§)
tilda(~)
altdan xətt(_)
şaquli xətt(¦, |)
Zehni mülkiyyət
müəllif hüquqlarının qorunması işarəsi(©)
əlaqəli hüquqların qorunması işarəsi(®)
xidmət işarəsinin simvolu()
fonoqram üçün
əlaqəli hüquqların qorunması işarəsi
()
əmtəə nişanı()
Valyuta işarələri
valyuta işarəsi (ümumi) (¤)
valyuta işarələri (konkret)
( ฿ ¢ $ ƒ £ ¥ )
Müstəsna tipoqrafika
asterizm()
interrobanq()
ironiya işarəsi(؟)
Digər
Diakritik işarələr
Şpasiya
Digər yazılarda
Çin punktuasiyası

Durğu işarələri iki funksiya yerinə yetirir. Buna görə də iki qrupa ayrılır:

  1. ayırıcı işarələr;
  2. fərqləndirici işarələr.

Ayırıcı durğu işarələrinin əsas funksiyası cümlələri, cümlənin həmcins üzvlərini, mürəkkəb cümlənin komponentlərini və sairi ayırmaqdır. Bu qrupa nöqtə, sual və nida işarələri, qoşa nöqtə, nöqtəli vergül, çox nöqtə daxildir. Fərqləndirici durğu işarələri cütüzvlüdür, vasitəsiz nitqi, sitatları, ara cümlə və əlavə konstruksiyaları fərqləndirmək üçün işlədilən iki vergül, iki tire, mötərizələr və dırnaqlardan ibarətdir.

Durğu işarələrinin yazıda işlənməsi

Durğu işarələri yazılı nitqin formalaşmasında mühüm bir vasitədir və kommunikativ funksiyaya malikdir. Həmçinin yazılı dilin məzmun dolğunluğunun yaranmasında, fikrin dəqiq və emosional təsir gücünün üzə çıxmasında və aydın, ifadəli tələffüzündə durğu işarələrinin rolu böyükdür. Durğu işarələri yazılı nitqi mənalı hissələrə bölür. Məsələn, nöqtə işarəsi cümlədə fikrin bitdiyini bildirir, həmcins üzvlər arasında vergül qoyulması bu üzvlərin cümlədə bərabərhüquqlu olduğunu göstərir.

Yazılı nitqdə sözlər, yaxud söz qrupları arasında qoyulan işarələr durğu işarələri, durğu işarələrinin qoyulması haqqında qaydalar isə punktuasiya adlanır. Durğu işarələrinin yazıda səhv işlədilməsi, ya da qoyulmaması orfoqrafik normanın pozulması hesab olunur.

Cümlədə fonetik ritmik qrupun yaranmasında pauza - durğu xüsusi rol oynayır. Pauza şifahi nitqdə xüsusi rol oynayır. Fasilə etmədən normal kommunikativ münasibət yarada bilməzlər. Şifahi nitqdəki fasiləni, həyəcanı, emosiyanı, sualı yazıda durğu işarələri əvəz edir. Durğu işarələri müxtəlif dillərdə eyni cür olsa da, vəzifələri və işlənmə yerləri müxtəlifdir. Müasir Azərbaycan dilində nöqtə (.), vergül (,), nöqtəli vergül (;), iki nöqtə (:), sual (?), nida (!), tire (-), üç nöqtə (...), mötərizə [ ( )], dırnaqlar ( "") ən çox işlənən durğu işarələridir.

İstinadlar

  1. "Qəzənfər Kazımov. Durğu işarələri". 2013-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-19.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.