Duqlas Makartur

Duqlas Makartur (26 yanvar 1880[1][2][…], Litl-Rok[3]5 aprel 1964[3][1][…], Vaşinqton[3]) — İkinci Dünya müharibəsində Pasifik cəbhəsindəki Müttəfiq qüvvələrə başçılıq edən Amerikalı marşal. Müharibədən sonra Yaponiyadakı Müttəfiq işğal qüvvələrinin komandiri olaraq bu ölkəni idarə etmiş və Koreya müharibəsinin ilk doqquz ayında Birləşmiş Millətlər qüvvələrinin komandanlığını etmişdir.

Duqlas Makartur
ing. Douglas MacArthur
Şəxsi məlumatlar
Doğum tarixi 26 yanvar 1880(1880-01-26)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 5 aprel 1964(1964-04-05)[3][1][…] (84 yaşında)
Vəfat yeri
Vəfat səbəbi böyrək çatışmazlığı[d]
Vətəndaşlığı
Təhsili
  • ABŞ Hərbi Akademiyası[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Amerika Birləşmiş Ştatları, Filippin
Qoşun növü Filippin ordusu[d], Amerika Birləşmiş Ştatları Quru Qoşunları[d]
Xidmət illəri 1903-cü ildən
Rütbəsi General
Döyüşlər
Təltifləri ‎Şərəf medalı Distinguished Service Cross "Görkəmli xidmətə görə" medalı Navy Distinguished Service Medal Silver Star Distinguished Flying Cross "Bürünc ulduz" medalı Purpur Ürək Air Medal American Defense Service Medal İkinci dünya müharibəsi Zəfər medalı Army of Occupation Medal National Defense Service Medal Korean Service Medal Philippine Legion of Honor Hərbi medal (Fransa) 1914–1918 hərbi xaçı Croix de Guerre "Ağ qartal" ordeni Philippine Campaign Medal Order of the Crown "Fəxri legion" ordeninin Böyük xaçı Knight Grand Cross of the Order of the Bath Order of the Rising Sun with Paulownia Flowers, 1st class "Doğan günəş" ordeni "Ağ şir" ordeni World War I Victory Medal Army of Occupation of Germany Medal Grand Cross of the Order of the Crown Grand Cross of the Order of Polonia Restituta Silver Cross of the Virtuti Militari Military Order of Italy Meksika Xidmət Medalı Asiatic-Pacific Campaign Medal United Nations Korea Medal Qələbə medalı Order of Merit for National Foundation
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gəncliyi

Yüksək rütbəli bir zabit olan Douglas MacArthur Hardy MacArthur′un üçüncü oğlu idi. Hirsli bir qadın olan anasından böyük ölçüdə təsirləndi. 1903-cü ildə West Pointdəki ABŞ Hərbi Akademiyasını sinif birincisi olaraq bitirib. On il ərzində əmr zabiti və istehkam zabiti kimi xidmət etdikdən sonra dörd il Baş Qərargahda çalışıb. 1917-1919-cu illər arasında 42-ci Diviziya komandanlığına tapşırılaraq Fransadakı toqquşmalarda iştirak edib və çayı işğalı zamanı qərargah rəhbərliyi və briqada komandanlığı edib.1918-ci ildə general olmasının ardından rütbəsi davamlı yüksələrək 1930 da quru qoşunları qərargah başçılığına gətirildi.Böyük Böhranın təsirlərinin görüldüyü illərdə quru qüvvələrinin gücünü qorumağa çalışd

II.Dünya müharibəsi

1941-ci ilin İyul ayında yenidən aktiv vəzifəyə çağırılan Macarthur dekabrda müharibə başlayanda Filippində Yaponlara uğurlu bir gecikdirmə hərəkatını idarə etdi. Yapon ordusu qarşısında, Filippin qoşunları ilə birlikdə geri çəkilərkən dediyi "I shall return" (Geri qayıdacağam) sözü ilə şöhrət qazanıb.1942-ci ilin Mart ayında Avstraliyadakı Cənub-qərb Sakit Okean Cəbhəsində Müttəfiq qüvvələrin komandanlığına gətirildi. Qısa müddətdə Yeni Qvineyada bir hücuma başlayaraq, 1943-cü ilin Yanvar ayında Yaponları Papuadan çıxartdı.1943-1944-cü illərdə girişdiyi bir sıra hərəkat nəticəsində Yeni Qvineyada Laedan Sansapora qədər strateji məntəqələri ələ keçirdi; Həmçinin Admiralty Namizədləri New Britain Adasının qərbini aldı.Ən böyük hərəkatlarını 1945-ci ildə yeddi aylıq Luzon səfərində həyata keçirib. Həmçinin həmin ilin yazında Cənubi Filippin ilə Borneoyu da yenidən ələ keçirdi. Bu arada Yeni Qvineyada və Solomon Adalarında çətinliklə aparılan təmizlik hərəkatının yeridilməsini Avstraliya ordusuna buraxdı.1945-ci ilin Aprel ayında ABŞ-nin Sakit Okean ordusunun komandanlığına təyin edildi.1945-ci il 2 Sentyabr tarixində Tokio Körfəzində komandanlıq gəmisi olan USS Missuri zirehində keçirilən və Yapon İmperatorunun Yaponiya tarixində ilk dəfə evindən çıxaraq gəldiyi Yaponiyanın təslim mərasimini düzənlədi.[4]

Koreya müharibəsi

1950-ci ildə Koreya müharibəsi başlayanda buradakı Birləşmiş Millətlər qüvvələrinin komandanlığına gətirildi. Şimali Koreyanın hücumlarının qarşısını Pusan adlı yerdə aldıqdan sonra, Sentyabrda Koreya yarımadasının orta Şərqindəki İnçon limanına mərd bir hərbi təxliyə etdi. Oktyabrda Şimali Koreya içlərinə hətta Çin sərhədinə qədər irəliləyərək Şimali Koreya ordusunu tezliklə məhv etdi. Lakin Noyabrda Çin Qoşunlarının 38-ci paralelin şimalındakı qüvvələrinə hücum etməsi üzərinə Seulun cənubuna çəkilmək məcburiyyətində qaldı. İki ay sonra isə hücuma keçərək yenidən Şimali Koreyaya girdi. 1951-ci ilin Fevral ayında Türk Briqadasının qərargahını ziyarət edərək, qəhrəmanlıqlarını gördüyü Türk zabitlərinə Birləşmiş Millətlər Ləyaqət Medallarını şəxsən özü təltif etdi.Bundan başqa, uğurlu müharibələrinə görə Türk Briqadasına Amerika Konqresində verilən Mümtaz Birlik Ordəeni və patentini Türk Briqada Komandiri General-mayor Tahsin Yazıçıya təslim etdi. Bu münasibətlə çıxışında, 20 il əvvəl Ankaraya gəlib Atatürk ilə tanış olduğunu söylədi. 1951-ci il 11 Aprel tarixində Amerika Birləşmiş Ştatlarının Prezidenti Trumen əmrlərinə riayət etməməsi və müharibəni Çin torpaqlarına genişləndirməyə üz tutması səbəbindən MacArthur S.Trumen tərəfindən komandanlıq vəzifəsindən çıxarılıb. II. Dünya Müharibəsi öncəsindən bəri ilk dəfə ABŞ-yə qayıdarkən geniş xalq dəstəyi ilə qarşılanıb. Amma vəzifədən azad olması ilə bağlı, dövlətə açıq olaraq aparılan bir Senat araşdırmasının ardından da dəstəyini itirdi.

Onun üçün söylənənlər

Nazim Hikmət Doğum adlı şeirində Mak-Arturdan belə bəhs edir. „ ″...

     Mənim oğlum
Dünyaya gəldiyi zaman,
Uşaqlar doğulub Koreyada,
Sarı ay çiçəyinə bənzəyirdilər.
Makartır kəsdi onları,
Getdilər, ana südünə də doymadan
        ..."

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. James D. C. Douglas MacArthur // Encyclopædia Britannica (ing.).
  3. Макартур Дуглас // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Rice, 2004. səh. 36—39
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.