Dunay knyazlıqları

Dunay knyazlıqları (rum. Principatele Dunărene (Молдо-Валахия[1][2][3], yun. Μολδοβλαχία) XIVXIX əsrlərdə mövcud olmuş Moldavia knyazlığıValaxiya knyazlığı dövlətlərini adlandırmaq üçün istifadə edilən termin. Knyazlıqların mövcudluğu dövründə istifadə edilməyib. 1774-cü ildə Kiçik Qaynarca sülh müqaviləsi imzalanandan sonra Avstriya imperiyasında işlədilib.

Tarixi dövlət
Dunay knyazlıqları
Bayraq Gerb
Bayraq Gerb
 
 

Rəsmi dilləri rumunca

Tarixi

Dunay knyazlıqları bir çox tarixi hadisələrə şahidlik edib.1774-cü ildə Osmanlı dövləti ilə Rusiya arasında Bolqarıstanın Kiçik Qaynarca kəndində sülh bağlandı. Buq və Dnepr arasındakı ərazilər, Krımdakı Kerc, Yeniqala, Kubana qədər olan torpaqlar Rusiyaya keçdi.Krım xanlığı Osmanlı asılılığından çıxaraq müstəqil oldu.(sonralar 1783-cü ildə Rusiya tərəfindən işğal olundu. Kiçik Qaynarca sülhü Krım xanlığının işğalını asanlaşdırdı. Kırım xanlığı xeyli zəiflədiyindən Osmanlı da ona hərbi yardım edə bilmədi).

Rusiya Azov qalasını möhkəmləndirmək hüququ aldı. Rus ticarət gəmiləri Bosfor və Dardanel boğazlarından sərbəst keçə bilərdi.Rus gəmilərinə ilk dəfə Qara dənizdə üzmək hüququ verildi.Osmanlı 4,5 milyon rubl təzminat ödəməli idi.Valaxiya və Moldova Rusiya "himayəsinə" verilirdi.Osmanlı bu knyazlıqların idarə olunması haqqında şərtlərə əməl etməli idi.

Bolqarıstan milli hərəkatının münayəndələri – Dunay knyazlıqları və Rusiyanın cənubundaki mühacirlər rus dövlətinin hərbi-siyasi addımları ilə öz çıxışlarını birləşdirməyə cəhd göstərirdilər. Hətta bolqar mühacirləri ilə bərabər xalqın bir hissəsi rus ordusuna kömək məqsədilə könüllülərdən ibarət xüsusi hərbi dəstələr təşkil edirdilər.

İri burjuaziya nümayəndələri rəsmi Rusiyanın bolqar məsələsi ilə maraqlanmasına daha çox can atırdılar. Onların məqsədi gələcək müstəqil bolqar dövlətində öz siniflərinin siyasi ağalığını təmin etmək idi. Lakin müharibə çar Rusiyasının məğlubiyyəti ilə başa çatır [4] Məğlub olmasına baxmayaraq demək olar ki, mü-haribə illərində bolqar milli-azadlıq mübarizəsi daha fəal olmuşdu. Lakin bolqar vətənpərvərləri geniş xalq çıxışlarını yerlərdə lazımi səviyyədə hazırlaya bilməmişdilər. Hansı ki, müharibə illərində Bolqarıstandakı Baş qərargahda rus ordusu komandanlığı ilə bolqar icması nümayəndələrinin birgə gizli mübarizə planı hazırlanmışdı. Rusiya-nın müharibədəki uğursuzluğu bolqar hərəkatını, onların qarşısında qoyulan yeni planları, həmçinin bolqar-rus münasibətlərini mürəkkəbləşdirdi [5]

XIX əsrin 50-ci illərinin əvvəllərində azadlıq uğrunda ümummilli miqyasda kütləvi mübarizəyə rəhbərlik üçün qabaqcıl vətənpərvərlərin gücü ilə bolqar siyasi mərkəzi yaratmağa cəhd göstərdilər. Bu cəhd bolqar inqilabı milli azadlıq hərəkatının tanınmış, görkəmli xadimi Georgi Rakovskinin adı ilə bağlıdır. Həyat təcrübəsi onu belə bir nəticəyə gətirib çıxarmışdı ki, bolqar xalqının milli azadlığı uğrunda mübari-zədə silahlı mübarizə yolu zəruridir. O, 50-ci illərin əvvəllərində xalqı rus ordusu ilə birlikdə mübarizəyə hazırlamaq məqsədilə gizli cəmiyyət yaradır. Buna cavab olaraq bir çox yerlərdə belə cəmiyyətlər təşkil olunur. Rakovskinin yaxın silahdaşlarından olan A.Konkoviçin rəhbərliyi ilə mərkəzi Sviştov şəhəri ol-maqla tacirlər dəstəsinin təsiri ilə üsyana ciddi hazırlıq görülürdü. Bu barədə rus or-dusuna da ətraflı xəbər verilirdi. Rus komandanlığı da öz növbəsində müxtəlif yollar-la bolqar silahlılarından məlumat alırdı.

Siyasi özbaşınalığın artmasına qarşı azadlıq hərəkatının nümayəndələri bütün istiqamətlərdə çıxışlar edirdilər. 50-ci illərin sonlarından həm kilsə uğrunda, həm in-qilabi mübarizədə G.Rakovski və onun tərəfdarları bolqar milli siyasi özünüdərkin möhkəmləndirilməsinin açıq (leqal) formasını yaymaqla bərabər, həm də inqilabi çıxışların ideoloji hazırlığını irəli sürürdülər. Milli özünüdərkin inkişafı ictimai-si-yasi hərəkatın yüksəlişinə təkan verməklə yanaşı, Rusiya xalqlarının inqilabi təcrübə-sindən bəhrələnən və getdikcə fəallaşan inqilabi ideoloqlar bolqar xalqına müraciətlər səsləndirirdilər.

Milli-azadlıq hərəkatının yüksəlişi, Şərq böhranının kəskinləşməsi Dunay knyazlıqları və Rusiyanın cənubunda yaşayan bolqar burjuaziyasının daha da fəallaşmasına səbəb oldu. Onlar rus ordusu komandanlığı ilə bolqar xalqı arasında əlaqəni gücləndirmək məqsədilə müstəqil təşkilatlar yaratmaq üçün tədbirlər görürdülər. 1854-cü ilin əvvəllərində Buxarest bolqar ticarət burjuaziyasının varlı təbəqələrini birləşdirən Bolqar Mərkəzi Komitəsi (Epitropiya) yaradılır. Əsas məqsəd vətən uğrunda özünü könüllü qurban verənlərə və fədai dəstələrinin yaradılıb formalaşdırılma-sına kömək göstərməkdən ibarət idi.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.