Dunay körpüsü

Dunay körpüsü (daha çox Dostluq körpüsü adı ilə məşhurdur; bolq. Мост на дружбата, Дунав Mост; rum. Podul Prieteniei,Podul de la Giurgiu) — Ruse və Curcu şəhərlərindən şimalda yerləşən, Rumıniya sahilinin cənubu ilə Bolqarıstan sahillərini birləşdirən, Dunay çayı üzərində yerləşən polad qəfəslər şəklində inşa olunmuş körpüdür. Körpü Rumıniya ilə Bolqarıstanı birləşdirən iki körpüdən biridir. Onlardan ikincisi isə Yeni Avropa körpüsüdür. Körpü Vidin və Kalafat şəhərlərinin arasında yerləşir.

Tarixi

Layihələşdirilən körpü 1948-ci il poçt markasında

Körpü 20 iyun 1954-cü ildə istifadəyə verilmişdir.[1] Sovet mühəndisləri olan V. Andreyev və N. Rudomazin tərəfindən hazırlanmışdır.[2] Körpünün uzunluğu 2223 metrə bərabərdir. Vaxtı ilə bu körpü Dunay vasitəsilə BolqarıstanRumıniyanı birləşdirən yeganə körpü idi. Körpüdən bundan başqa nəqliyyat bərələri və quru yolları üçün də istifadə edilirdi. Körpünün dekor elementləri bolqar memarı Qeorqi Ovçarov tərəfindən layihələşdirilmişdir. Körpü iki yarusa malikdir: ikizolaqlı avtomagistral və dəmir yolu. Burada piyadalar üçün səki də mövcuddur. Körpünün (85 m) mərkəzi hissəsi hərəkətlidir və iri həcmli gəmilərin keçidi üçün vaxtaşırı aralanır. Hərəkətli hissənin əsas hissəsi Rumıniyaya qoyulmuşdur. Körpü yarı məsləhətçilərin və Sovet İttifaqının resurslarının köməyi ilə iki dəfə təmir olunmuşdur.

Sovetlər İttifaqı bu layihəni "Dostluq körpüsü" adlandırdılar. Amma hər iki ölkədə kommunist rejimləri ləğv edildikdən sonra tikili funksional adı olan "Dunay körpüsü" adını aldı.[3][4].

Sərhəd zonasının postları körpüdə yerləşmişdir. Körpü hər iki ölkə arasında sərhəd rolunu çıxış edir. 2007-ci ilin yanvar ayından burada gömrük nəzarəti yoxdur və şəxsiyyət vəsiqəsi ilə digər ölkəyə keçmək mümkündür. Bu xidmət yalnız bolqarlara və rumınlara şamil edilir. Körpü Avropa İttifaqı çərçivəsində "daxili sərhəd" rolunu daşıyır. Bolqarıstan və Rumıniya arasında Şengen razılaşması əldə edildikdən sonra sərhəd nəzarəti tamamilə ləğv olunacaq.

İki ay təmir işlərindən sonra 3 sentyabr 2011-ci ildə yenidən körpünün bolqar hissəsi istismara verilmişdir.

Dunay körpüsünün panoramı

Qalereya

Həmçinin bax

İstinadlar

  1. The history of "The Danube" bridge Arxivləşdirilib 2011-09-01 at the Wayback Machine  (rum.)
  2. "Лужнецкий мост, г. Москва". sprintinfo.ru. sprintinfo.ru. 2009. 2013-04-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-01.
  3. Bousfield, Jonathan. Rough guide to Bulgaria (4). Rough Guides. 2002. səh. 203. ISBN 1-85828-882-7.
  4. Watkins, Richard. Bulgaria (3). Lonely Planet Publications. 2008. səh. 271. ISBN 978-1-74104-474-4.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.