Dumtinxu
Dumtinxu (çin. 洞庭湖) — böyük ərazini əhatə edən göl. Göl Çinin şimal-şərqindəki Xunan əyalətində yerləşir. Yanszı çayı hövzəsində yerləşən göl daşqınlar sayəsində sahəsini genişləndirə bilir. Göl ətrafında yerləşən Xubey və Xunan əyalətlərinin adı göllə bağlıdır. Hubei çincə "gölün şimalı", Hunan isə "gölün cənubu" mənasını verir. Gölün ətrafında inkişaf etmiş İyan, Yoeyan və Çande kimi iri şəhərlər vardır.
Dumtinxu gölü | |
---|---|
çin. 洞庭湖 | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 33 m |
Eni | 40 km |
Uzunluğu | 100 km |
Sahəsi | 2820 — 20000 km² |
Həcmi | 18 km³ |
Dərin yeri | 38 m |
Yerləşməsi | |
29°18′38″ şm. e. 112°57′05″ ş. u. | |
Ölkə | ÇXR |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Duntin gölü Çin mədəniyyətində əjdaha qayıqları bayramı kimi bayramın yarandığı yer kimi daxil olmuşdur. Üstəlik, göldə Çinin və dünyanın nadir dəniz donuzları yaşayır.
Coğrafiyası
Hazırda Dumtinxu gölü Çinin şirinsulu gölləri arasında Poyanxu gölündən sonra ikincidir. İyun ayından sentyabr ayına qədər Yanszı çayının daşdığı dövr olur. Bu isə gölün quraq dövrdəki səviyəsindən (2820 km²) birdən-birə 20 min. km² qədər artır. Bundan əlavə gölə daha iri çaylar tökülür: Lumui, Yoan, Szi və Syanszyan. Okean gəmiləri sərbəst şəkildə Çanşa şəhərinə yan ala bilirlər. Bu şəhər Syanszyan çayında yerləşir.
İncəsənət və mifologiya
Gölətrafı ərazilərin tez-tez Çin tarixi və ədəbiyyatında adı çəkilir. Belə düşünülür ki, ilk dəfə əjdaha qayıqları ilə yarışlar bayramı gölün şərqində şair Syoy Yoanın şərəfinə (340—278 b.ə) keçirilmişdir.
Gölün mərkəzində Szyoşan (çin. 君山) adası yerləşir. Maraqlı cəhət odur ki, adada Sarı çay növü yetişir.
Syo və Syan çaylarının dağ gözəllikləri Çin poeziyasında tərənnüm edilir. Sun imperiyası dönəmində bu ərazilərin peyzajları 8 rənglə təsvir edilir. Bu Syo və Syan çaylarının səkkiz növü(瀟湘八景) adı ilə məşhurdur[1]. Bu ənənə hətta yapon məktəbinə də öz təsirini göstərmişdir.
Ekologiya
Gölün ekologiyasında ciddi problemlər vardır. Onun ətrafında fəaliyyət göstərən 101 kağız emalı fabriki əsas kirlənmə mənbəyidir.[2] Gölün ekosistemində baş verən güclü kirlənmə səbəbindən onun suyunda olan minerallaşma artmışdır. İlbəil gölə yan alan quşların sayı azalır, balıqlar isə tələf olurlar.
2007-ci ildə göldə yaşayan tüksüz dəniz donuzu və Çin çay delfininin xilas edilməsinə başlanıldı. Səbəb isə bu canlıların nadir olması və saylarının azalması idi. Çində cəmi 1400 baş dəniz donuzu qalıb ki, onların da 700-900 başı Yansızı çayı hövzəsində müşahidə edilir. Yerdə qalan hissəsi isə Poyanxu və Duntin çaylarının payına düşür. Növün sayı 2007-ci ildə iki dəfə azalmışdır. Dəniz donuzlarının azalmasının digər səbəblərindən biri də gölün gəmiçiliyə və balıq ovuna intensiv cəlb olunmasıdır.[3]
2007-ci ildə Yanszı çayında baş verən güçlü daşqın nəticəsində gölün adalarında yaşayan 2 milyard sıçovul oranı tərk etmişlər. Sıçovullar ətraf ərazilərə yayılaraq kəndlərə böyük zərər yerirmişlər[4]
2005-ci ildə gölün biosfer təbəqəsini bərpa etmək məqsədi ilə çin-norveç proqramı işə düşmüşdür. Çin hökumətinin verdiyi məlumata əsasən gölün bərpası üçün ən azı 5-10 il vaxt lazımdır.[5]
İstinadlar
- "Yaponiyanın vəhşi təbiət təvirləri məktəbi". 2008-09-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-04.
- "Göldə baş vermiş ekoloji böhran". 2007-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-04.
- Dəniz donuzlarının xolası Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (ing.)
- "www.physorg.com — 2 Billion Chinese Mice Overrun Lake Area". 2007-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-04.
- «Lake back to health in 5 to 10 years» (ing.)
Mənbə
- Dumtinxu. (ing.)
- Dongting Hu
- Pictures from Dongting, Yueyang Arxivləşdirilib 2015-06-21 at the Wayback Machine
- Saving the finless porpoise