Dukak

Dukak — Məliknamə ənənəsinə görə Səlcuq sülaləsinin əcdadı hesab edilir. Dövlət xadimi və hərbçi olmuşdur. Oğuz dövlətində böyük nüfuzu olan Dukaka hərbi nəaliyyətlərinə görə "dəmir yaylı" ləqəbi verilmişdi. Oxyayın oğuzların mədəniyyətində hakimiyyət rəmzi olması səbəbindən bəzi tarixçilər onun subaşı olduğunu düşünürlər. Böyük Səlcuq imperiyasının qurucusu olan Toğrul bəyin babası olan Dukak, Səlcuq sülaləsinin də babası sayılır.[1]

Dukak
Vəfat tarixi 1009
Uşağı

Qaynaqlar

Məliknamə

Dukakın soyundan gələn Sultan Alp Arslan (1063-1072) dövründə şifahi qaynaqların toplanması nəticəsində yazılmış qaynaqdır. Bu əsərin Səlcuqların erkən dövr tarixi və Dukakln şəxsiyyəti barədə məlumat əldə etmək üçün əsas qaynaq olduğu ehtimal edilir.[2] Bu əsərdə Dukak bəy barədə məlumat sülalənin ən yaşlı üzvlərindən və genologiya barədə geniş məlumata sahib Əmir İnanc bəy tərəfindən verilmişdir.[3] Məliknamənin günümüzə qədər gəlib çıxmamasına baxmayaraq, bu məsələ ilə bağlı bəzi məlumatlar digər əsərlərdə qorunmuşdur və bu əsərlərə Məliknamədən keçmişdir. Məsələn, İbn əl-Əsirin əl-Kamil fit-Tarix (1231-ci il), İbn HÜseyninin Əkbər əl-Dövlət əl-Səlcuqiyyə (XIII əsrin əvvəlləri), Bar Hebraeusun Xronikon Syriakum (XIII əsrin ortaları), Mirxvəndin Ravzat əş-Şəfa əsərlərində Dukak bəy barədə məlumatlar vardır.[4][lower-alpha 1] Bundan başqa, İbn əl-Adimin “Buğyat ət-Talab fī Tārikh Halab” əsəri birbaşa Dukak bəydən sitat gətirir və ehtimal ki, Məliknamədən götürülüb.[3]

Səlcuqnamə

1175-ci ildə qaralama halına salınmış və III Toğrula həsr edilmiş Səlcuqnamə əsərində Səlcuqun Loğman adlı şəxsin oğlu olduğu bildirilir. Əsərdə nə Dukak bəyin adı çəkilmiş, nə də Loğman bəy barədə məlumat verilmişdir.[5] Səlcuqnamədən bəhrələnilən bir çox əsərdə bu geneologiya yenidən verilmişdir. Bəzi tarixçilər iddia edirlər ki, Loğman Dukak sözünün yanlış oxunuşudur. lakin ola bilər ki, onun müəllifi Zahirəddin Nişapuri hər hansı tarixi şəxsiyyətdən daha çox eyniadlı Quran müdrikinə işarə vurmaq niyyətində idi.[6]

Digərləri

Səlcuqlu hökmdarı Toğrula (1037-1063) xidmət etmiş ibn Hassul Məliknamədən əvvəl yazılmış olduğu əsərində erkən Səlcuqlu tarixini araşdırsa da, Dukak bəyin adını çəkməmişdir.[lower-alpha 2] lakin o, “Məliknamə”də bəhs edilən və Dukaka aid edilən münaqişəni Səlcuqa aid edir.[7][8] Circis əl-Makin tərəfindən yazılmış əl-Amid əl Məcmu əsərində erkən Səlcuqlu tarixi kontekstində Dukak təsvir edilsə də, heç bir qaynağa istinad edilməmişdir.[9]

Etno-siyasi mənsubiyyətlər

Səlcuqlular və beləliklə də, Dukak əsasən Oğuz türklərinin tayfalarından biri olan Qınıqlara aid edilir.[10][lower-alpha 3] Lakin Məliknamədə Dukak Xəzər türkü olaraq təsvir edilir. Bunun tarixi reallığın sədaqətli təsviri, yoxsa Səlcuqların şanlı Xəzər imperiyası ilə əlaqə yaratmaq cəhdi mübahisəli olaraq qalır.[13] Klifford Edmund Bosvorth bunu qəbul etsə də, A. Peakock buna qarşı çıxır və iddia edir ki, imperiya XI əsrdə uydurma əlaqələrin istehsalına yol açmaq üçün ərəb dünyasında az nüfuza malik idi.[14]

Bioqrafiya

Mirxvənd “Məliknamə”dən tam şəkildə nəql edir:

Dukak Xəzər yabqusunun əsas köməkçisi idi.[15]

O, Temuryalığ (Dəmir kaman) sobriketini daşıyıb[lower-alpha 4] və Səlcuqun atası olub.[15] Dukak Yabqunun digər günahsız türk tayfalarına basqın etmək qərarına etiraz etdikdən sonra əsasən türklərdən ibarət yerli zadəganlar arasında şöhrət qazandı; hətta müxalifliyi zamanı Yabquya gürzlə hücum edib onu atından yıxdıqdan sonra da əyanlar onun öldürülməsinə razı olmadığı üçün cəzadan xilas oldu.[15] Bundan sonra yabqu və Dukak bəy öz aralarındakı fərqlilikləri unutdular və Dukak bəy illər sonra yabqu ilə birlikdə yürüşdə olarkən vəfat etdi.

Hebraeus da Dukak bəyi Səlcuqun atası kimi qeyd edir və bildirir ki, o, Xəzər yabqusunun xidmətində olan əla döyüşçü idi.[3] Əl-Adim yazır ki, Dukak Səlcuqun atası və Xəzər türklərinin əsilzadəsi olmuşdur.[3] İbn Hüseyninin və ibn əl-Əsirin yazılarında da təkcə Dukak bəydən Səlcuq bəyin atası kimi bəhs edilmir, həm də əsas detalları dəyişdirsələr də, münaqişəni də təsvir edirlər.[17][lower-alpha 5] Onların bildirdiklərinə görə, Əmir Dukak yabquya türkləri İslam torpaqlarına hücum etmək qərarına etiraz etmişdir.[17][18] Fərqli olan bir digər nüans isə bu müəlliflərin yazısına görə yabqu ilə Dukak bəyin qarşıdurmasında əsilzadələr heç bir rol oynamamış və Dukak bəyin yardımına gəlməmişdirlər.[19][20][lower-alpha 6] Güman edilir ki, iki müəllif də bu hadisəni Məliknamənin fərqli versiyalarından əldə etmişdirlər, çünki bu Məliknamə elə səlcuqilər tərəfindən imperiya daxilində təbliğ etdirilirdi. Beləki, güman edilə bilər ki, səlcuqilər bu münaqişəni dəyişdirərək özlərini ən əvvəldən dindar müsəlman kimi göstərmək istəmişdirlər.[21]

Xatirəsi

Onun ölümündən sonra Səlcuq subaşı oldu və bir qədər sonra öz birliyini qurdu.[13]

Qeydlər

  1. Nə ibn əl-Əsir, nə də ibn Hüseyni Məliknaməyə istinad etməmişdir, lakin Mirxvəndlə müqayisə zamanı ümumi ifadələr və sözlər hiss edilməkdədir.
  2. Tafdil əl-Ətrak əsəri itsə də, giriş hissəsi dövrümüzə qədər gəlib çatmışdır.[7]
  3. VIII əsrdən X əsrə qədər Oğuz türkləri özlərinin ənənəvi torpaqları olan Monqolustandan Mavəraünnəhrə, Volqa boyuna köç etmişdirlər, lakin onların köç etmələrinin əsas səbəbi aydın deyildir.[11] Onlar geniş əraziyə yayılaraq bölgəni idarə etməyə başlamış və öz hökmdarlarına yabqu adı vermişdirlər..[12]
  4. Bu söz, yəqin ki, onun qüdrətinə və təsirinə işarə edirdi.[16]
  5. Həm əl-Əsir, həm də Hüseyni, yəqin ki, türkmən mədəniyyəti ilə tanış olmadıqları üçün Temuryaliğ adının Tuqaq adının mənası olduğunu qeyd edirlər.
  6. Hüseyninin əsərində Dukakın uğurla həbs edildiyi və bu zaman onun yalnız Allaha iman gətirdiyi yazılmışdır.[20] əl-Əsirin əsərində yabqunun adamları ilə Dukakı dəstəkləyənlər arasında döyüşün olduğu, sonda Dukakın tək buraxıldığı yazılmışdır.[19] Hər iki əsərdə də Dukakla yabqunun sonda barışdığı yazılmışdır.[19][20]

Həmçinin bax

İstinadlar

  1. Özaydın, 2009. səh. 8-9
  2. Cahen, 2007. səh. 315
  3. Peacock, 2010. səh. 28
  4. Peacock, 2010. səh. 8-9
  5. Peacock, 2010. səh. 30
  6. Peacock, 2010. səh. 31
  7. Peacock, 2010. səh. 29
  8. Frenkel, 2015. səh. 19, 82
  9. Frenkel, 2015. səh. 84
  10. Peacock, 2010. səh. 17
  11. Peacock, 2010. səh. 18-20
  12. Peacock, 2010. səh. 21-23
  13. Peacock, 2010
  14. Peacock, 2010. səh. 32-34
  15. Peacock, 2010. səh. 27
  16. Lange, 2012. səh. 30
  17. Peacock, 2010. səh. 29-30
  18. Mecit, 2013. səh. 2
  19. Richards, 2010. səh. 31
  20. Bosworth, 2011. səh. 9
  21. Peacock, 2010. səh. 30-32

Mənbə

  • C.E. Bosworth. The History of the Seljuq State: A Translation with Commentary of the Akhbar al-dawla al-saljuqiyya. Routledge. 2011. ISBN 9781138789036.
  • Claude Cahen. The Malik-Nāma and the History of Seljuqid Origins. In Bosworth, C.E. (ed.). The Turks in the Early Islamic World. 2007. ISBN 9781315236711.
  • Yehoshua Frenkel. The Turkic Peoples in Medieval Arabic Writings. Routledge. 2015. ISBN 9781315752952.
  • Christian Lange. Seljuqs: Politics, Society and Culture. Edinburgh University Press. 2012.
  • Songul Mecit(. The Rum Seljuqs: Evolution of a Dynasty. Routledge. 2013. ISBN 9781134509065.
  • A.C.S Peacock. The Great Seljuq Empire. Edinburgh University Press. 2015. ISBN 9780748638277.
  • A.C.S Peacock. Early Seljuq History: A New Interpretation. Routledge. 2010. ISBN 9780415864824.
  • D.S Richards. The Annals of the Saljuq Turks: Selections from al-Kamil fi'l-Ta'rikh of Ibn al-Athir. Routledge. 2010. ISBN 9780415583138.
  • Abdülkerim Özaydın. Selçuk Bey. İstanbul: İslâm Ansiklopedisi - Türkiye Diyanet Vakfı. 2009.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.