Dritero Aqolli

Dritero Aqolli (13 Oktyabr 1931 – 3 Fevral 2017) - Albaniya şairi və yazıçısı. 1973-cü ildən Albaniya Yazıçılar və Rəssamlar Birliyinin prezidenti idi.

Dritero Aqolli
Dritëro Agolli
Doğum tarixi
Doğum yeri Qoritsa, Albaniya
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Tirana, Albaniya
Vəfat səbəbi ağciyər xəstəliyi[d]
Vətəndaşlığı Albaniya
Milliyyəti alban
Təhsili
Fəaliyyəti ədəbiyyat
Fəaliyyət illəri 1958-ci ildən
Əsərlərinin dili alban
Janrlar roman, şeir
İmza
dritero.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Aqolli 1931-ci ildə Albaniyanın Qoritsa vilayətininin Menkulas kəndində anadan oldu. Orta təhsilini 1952-ci ildə Erqiridə tamamladıqdan sonra 1957-ci ildə Leninqrad Universitetindən məzun oldu. O dövrdə sosialist rejimlə idarə olunan Albaniyaya qayıaraq "Zëri i Popullit" ("Xalqın səsi") qəzetində işləməyə başladı. Eyni zamanda Tirana Universitetində dərs verirdi. 1973-1992-ci illərdə Albaniya Yazıçılar və Sənətçilər Birliyinin prezidenti oldu.[1]

Aqolli realist əsərləri ilə tanınır. Ən məşhur əsəri "Komissar Memo" romanıdır.

Şair də olan Drietro Aqollinin şeirlərinin əsas mövzusu insanlıq problemləri və təbiətdir.

Aqolli 3 fevral 2017-ci ildə Tiranada 85 yaşında uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.[2]

Əsərləri

  • "Yolumdan ayrıldım" (Në Udhë Dola, 1958)
  • "Asfalt yolda addımların" (Hapat E Mija Në Asfalt, 1961)
  • "Dağ yolları və qaldırımlar" (Shtigje malesh dhe trotuare, 1965)
  • "Komissar Memo" (Komisari Memo, 1970)
  • "Yoldaş Zilonun yüksəlişi və düşüşü" (Shkëlqimi Dhe Rënja E Shokut Zylo, 1973)
  • "Silahlı adam" (Njeriu Me Top, 1975)
  • "Gecikən gəzgin" (Pelegrini i Vonuar, 1993)
  • "Zaman dilənçisi" (Lypësi i Kohës, 1995)
  • "Çılğın insanlar" (Njerëz Të Krisur, 1995)
  • "Babalarımızın ruhu" (Shpirti i Gjyshërve,1996)
  • "Əcnəbi yaxınlaşır" (Vjen Njeriu İ Çuditshëm,1996)
  • "Çığlaq at minicisi" (Kalorësi Lakuriq, 1996)
  • "Atam və özüm üçün balladalar" (Baladë për tim atë dhe për vete, 1997)
  • "Şeytan qutusu" (Arka e Djallit, 1997)
  • "Gecəyarısı dəftəri" (Fletorka e mesnatës,1998)
  • "Ağır zəng" (Kambana e Largët, 1998)

Biblioqrafiya

  • Akademia e Shkencave e Shqipërisë (2008) (in Albanian), Fjalor Enciklopedik Shqiptar (Albanian encyclopedia), Tirana, ISBN 978-99956-10-27-2
  • Robert Elsie, Historical Dictionary of Albania, New Edition, 2004, ISBN 0-8108-4872-4
  • Shefki Hysa, "The Diplomacy of self-denial" (Diplomacia e vetëmohimit), publicistic, Tirana, 2008, ISBN 978-99956-650-3-6
  • Namik Selmani, "Salute from Chameria" publicistic, (2009), Tirana, ISBN 978-99956-33-28-8

İstinadlar

  1. "Biography in Albanian". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-10.
  2. "Albanian writer Dritero Agolli dies at 85". Global Times. 4 February 2017. 9 February 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 February 2017.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.