Dreyf
Dreyf – xarici sahələrin təsiri ilə mütəhərrik yük daşıyıcıların nizamlı hərəkətidir. Yük daşıyıcıların dreyfi onların nizamsız (istilik) hərəkətinə əlavə olunur, sürəti isə istilik hərəkətinin sürətilə müqayisədə adətən kiçikdir. Yarımkeçiricilərdəki qeyri-tarazlə daşıyıcılar "paketinin" E elektrik sahəsində hərəkəti zamanı müxtəlif yürüklüyə malik olması səbəbindən keçirici elektron və deşiklərin fəza parçalanması baş verir. Buda dreyf adlanır.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.