Draqan Çoviç
Draqan Coviç (xorv. Dragan Čović; 20 avqust 1956, Mostar) — xorvat əsilli Bosniya və Herseqovina biznesmeni və siyasətçisi. Bosniya və Herseqovina Xorvatiya Demokratik Birliyinin lideri.
Draqan Çoviç | |
---|---|
xorv. Dragan Čović | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 avqust 1956 (67 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, mühəndis |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1998-ci ildən maliyyə naziri və ölkə hökumətinin baş nazirinin müavini vəzifələrində çalışmışdır. 5 oktyabr 2002-ci ildə üçüncü etnik qrup olan xorvatların nümayəndəsi kimi Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü seçilmişdir. O, 2003-cü ilin iyunundan 2004-cü ilin fevralına qədər xorvat icmasından Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri vəzifəsində çalışmışdır. 29 mart 2005-ci ildə Ali Nümayəndə Peddi Eşdovn tərəfindən maliyyə cinayətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə tutduğu vəzifədən uzaqlaşdırılmışdır. OŞ Bosniya və Herseqovina Dövlət Məhkəməsinin qərarı ilə istintaq tədbirləri müddətində, istefasından sonra bir müddət həbsdə qalmışdır. Sonradan ittihamlar aradan qaldırılmışdır. O, 2014-cü il prezident seçkilərində səslərin çoxunu qazanmışdır.[1]
İstinadlar
- "Биография". Archived from the original on 2020-08-24. İstifadə tarixi: 2023-01-24.