Dr Pepper
Dr Pepper — Dr Pepper Snapple Group, daha sonra Keurig Dr Pepperin sahibi olduğu, 1880-ci illərdə Çarlz Alderton tərəfindən istehsal edilən içki. İlk dəfə 1885-ci ildə satışa təqdim olunmuşdur. Rəngi Coca Cola ilə bənzərlik göstərir. Kalori dəyəri 150-dir.[1]
Dr Pepper | |
---|---|
Növü | Qazlı içki |
İstehsalçı | Keurig Dr Pepper |
Mənşəsi | |
Yaradıldığı il | 1885 |
Rəngi | Karamel |
drpepper.com | |
Vikianbarda əlaqəli mediafayllar |
İçki 1880-ci illərdə Vako, Texasda əczaçı Çarlz Alderton tərəfindən yaradılmış və ilk olaraq 1885-ci ildə satışa təqdim edilmişdir. Dr Pepper ilk dəfə 1904-cü ildə Amerika Birləşmiş Ştatlarında satılıb və hazırda Avropa, Asiya, Şimali Amerika və Cənubi Amerikada da satılır. Avstraliyadan yanaşı, Yeni Zelandiya və Cənubi Afrikaya idxal edilən bir məhsuldur.
Adının tarixi
İçki adının kökləri haqqında nəzəriyyələr boldur. Adın seçilməsinin əsas səbəbi, içkinin yaradılması zamanı məşhur olan, sağlam olduğu təsəvvürünü çatdırmaq üçün məhsul adlarına Dr. daxil edilməsidir.
Tez-tez istinad edilən bir nəzəriyyəyə görə, içinin adı həkimlərdən birinin adına özəl seçilib, digər nəzəriyyəyə görə Çarlz T. Morrison, Pepper üçün Morrisona ilk işini vermiş olduğu üçün doktoru şərəfinə içki içmiş olur.[2]
Tarixi
Tərkibi ilk dəfə Bruklin təvəllüdlü əczaçı Çarlz Alderton tərəfindən Morrisonın Vakodaki Old Korner Aptekində kəşf edildi. Yeni içkini test etmək üçün, ilk öncə rəğbətini qazanmış mağaza sahibi Veyd Morrisona təklif etdi. Qısa müddət sonra Aldertonun yeni içəcəyini ətrafdıklar öyrəndi və bir "Vako" sifariş verməyə başladı. Alderton, bu içkini, Doktor Pepper (daha sonralar "Dr Pepper" olaraq stilizə edilmiş) adlandırdı.
Koka-Kolada olduğu kimi, Dr Pepperin tərkibinin kommersiya bir sirri olduğunu və iddiaya görə tərifin iki ayrı Dallas bankındakı kassalarda iki yarıya bölünmüş halda tutulduğu iddia edilirdi. 1951-ci ildə, Dr Pepper, Koka-Kola şirkətini 750.000 ABŞ Dolları qarşılığında ittiham edib və Koka-Kola xərcinin altında satıldığını və ticarətin məhdudlaşdırdığını bildirib.
1972-ci ildə Dr Pepper, Koka-Kola şirkətini, Koka-Kola tərəfindən "Peppo" adı verilən bir spirtsiz içki olması söylənən ticari marka pozulması səbəbi ilə ittiham edib. Koka-Kola, ticari marka pozuntu etdiyi təsbit edilən Doktor Pibbi yenidən adlandırdı. İçki daha sonra Mr Pibb olaraq dəyişdirilib.
Dr Pepper 1980-ci illərin əvvəlində iflas edib və şirkətin məhv olmaması üçün bir investisiya qrupunu təşviq etdi. Bir neçə il sonra, Koka-Kola, Dr Pepperi almağa çalışdı, ancaq Federal Ticarət Komissiyası (FTC) tərəfindən əngəlləndi. Həmin dövrdə, 7UP, Dr Pepperi quran eyni investisiya şirkəti tərəfindən Filip Morrisdən satın alındı. Koka-Kola birləşməsinin uğursuz olması üzərində, Dr Pepper və 7UP birləşdi.
Növləri
- Heritage Dr Pepper
- Pepper Free
- Diet Dr Pepper
- Caffeine Free Dr Pepper
- Diet Caffeine Free Dr Pepper
- Dr Pepper Zero
- Dr Pepper Red Fusion
- Cherry Vanilla Dr Pepper
- Diet Cherry Vanilla Dr Pepper
- Dr Pepper Berries & Cream
- Diet Dr Pepper Berries & Cream
- Diet Cherry Chocolate Dr Pepper
- Dr Pepper Cherry
- Diet Dr Pepper Cherry
- Dr Pepper "Made with Real Sugar"
- Dr Pepper Vanilla Float
- Cherry Dr Pepper Zero
- Dr Pepper TEN
İstinadlar
- "Dr Pepper". Dr Pepper Snapple Group History (ingilis). 2019-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2019.
- "History and Timeline". Dr Pepper (ingilis). 2019-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2019.