Dozular

DozularAzərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2006-cı il tarixli, 215-IIIQ saylı Qərarı ilə Xanlar rayonunun Dozular kəndi Çaylı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Dozular kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]

Dozular
40°31′51″ şm. e. 46°28′17″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 674 m
Saat qurşağı
Dozular xəritədə
Dozular
Dozular

Toponimikası

Kəndin keçmiş adı Birgöz Dozular olmuşdur. XIX əsrə aid sənədlərdə Yelizavetpol qəzasında birgözdozular adlı maldar elatın adı çəkilir. Oykonim mənşəcə sofulu tayfasının tirələrindən biri olan dozuların adını əks etdirir.[2]

Coğrafiyası və iqlimi

Kənd Kürəkçayın sahilində, dağətəyi ərazidə yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 533 nəfər əhali yaşayır.[3]

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.