Dorilər
Dorilər (q.yun. Δωριεῖς) — əsas qədim yunan tayfalarından biri.
Mənşəyi
Yunan mifologiyasına görə, dorilərin əcdadı Dor hesab olunur. E.ə. XIII əsrin sonu – XII əsrin əvvəllərində dorilər, ehtimal ki, Frakiya-İlliriya mənşəli, qərbi yunan dialektlərində danışan digər tayfaların tərkibində Mikena sivilizasiyasının mərkəzləri yerləşən Orta Yunanıstana və Peloponnesə soxulmuşlar. Bu hadisə "dorilərin basqını" adlandırılır.[1]
Tarixi
Dorilərin tayfa qrupları Peloponnes, Egey dənizinin cənub adaları, Kiçik Asiyanın şimal-qərb hissəsində məslunlaşmışdılar. E.ə. VIII–VI əsrlərdə baş tutan böyük yunan kolonizasiyası gedişində Adriatik dənizinin şimal sahillərində, Cənubi İtaliya, Siciliya, boğazlar zonası və Qara dənizyanında dorilərin polisləri meydana gəlmişdir. Bu polislər arasında ən məşhur, hərbi cəhətdən uzun müddət yunan dövlətlərinin ən güclüsü Sparta idi. Antik müəlliflər Spartada uzun müddət saxlanılmış sadə həyat tərzini, döyüşçü şəraiti və vətəndaşların intizamını məhz dorilərə xas xüsusiyyət hesab edirdilər. Dori polisləri üçün ilk növbədə istehsalın aqrar sektorunun inkişafı səviyyəsi idi. Eyni zamanda, dori dövlətləri arasında Korinf, Egina, Meqara kimi ticarət-sənərkarlıq mərkəzləri də var iid. Siciliyada əsrlər boyunca Sirakuza aparıcı rol oynamışdır. Qara dənizyanı boğazlar zonasında Bizanti (indiki İstanbul) və Krımda Xorsenes (indiki Sevastopolun yerində) dorilərin koloniyaları idi.[1]
İstinadlar
- Dorilər // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 7-ci cild: Dərman – Enoftalm (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2016. səh. 243–244. ISBN 978-9952-441-12-3.
Əlavə ədəbiyyat
- Drews, Robert. The End of the Bronze Age: Changes in Warfare and the Catastrophe CA. 1200 B.C. Princeton, New Jersey: Princeton University Press. 1993. ISBN 0-691-04811-8. Five editions between 1993 and 1995.
- Hall, Jonathan M. Ethnic Identity in Greek Antiquity. Cambridge University Press. 2000. ISBN 0-521-78999-0.
- Hall, Jonathan M. Dorians: Ancient Ethnic Group // Wilson, Nigel (redaktor ). Encyclopedia of Ancient Greece. New York: Routledge Taylor & Francis Group. 2006. 240–242. ISBN 0-415-97334-1.
- Liddell, Henry George; Scott, Robert. Jones, Henry Stuart (redaktor ). A Greek-English Lexicon (qədim yunan və ingilis). Oxford: Clarendon Press. 1940.
- Karl Otfried Müller, Die Dorier (1824) was translated by Henry Tufnel and Sir George Cornewall Lewis and published as The History and Antiquities of the Doric Race, (London: John Murray), 1830, in two vols.
- Pomeroy, Sarah B.; Stanley M. Burstein; Walter Donlan; Jennifer Tolbert Roberts. Ancient Greece: A Political, Social, and Cultural History. Oxford University Press. 1999. ISBN 0-19-509742-4.
Xarici keçidlər
- Hinge, George, Scythian and Spartan Analogies in Herodotos' Representation: Rites of Initiation and Kinship Groups // Bilde, P.G.; Højte, J.M.; Stolba, V.F. (redaktorlar ), The Cauldron of Ariantas (PDF), Aarhus, 2003, 55–74, 19 October 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib, İstifadə tarixi: 5 August 2011.
- Killen, John T. "Religion at Pylos: The evidence of the Fn Tablets" (PDF). Aegeum. Liège: Université de Liège (21). 2000: 435–443. 7 August 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 11 November 2006.
- Rutter, Jeremy B. "Lesson 25: The Linear B Tablets and Mycenaean Social, Political, and Economic Organization". Prehistoric Archaeology of the Aegean. Trustees of Dartmouth College. 2000.