Doqquzqurşaqlı zirehlilər
Doqquzqurşaqlı zirehlilər (lat. Dasypus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan cins. Doqquzqurşaqlı zirehlilərin gövdə uzunluğu yarım metri keçmir. Tipik çəkisi 4–8 kq-dır.
Doqquzqurşaqlı zirehlilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Doqquzqurşaqlı zirehlilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Doqquzqurşaqlı zirehlilər bütün fəsilənin növləri arasında öz arealını genişləndirməyi bacaran yeganə canlılardır. Şimali Amerikaya yayılaraq ABŞ-nin cənub bölgələrinə çatdılar və daha da şimala doğru irəliləyirlər[3]. Digər zirehlılar yalnız Cənubi Amerikada yaşayır.
Doqquzqurşaqlı zirehlilər özlərininin qazdıqları yuvalarda yaşayırlar. Çöllərdə, kollarda və dağlarda 3000 metrə qədər yüksəklikdə yaşamaları mümkündür. Böcəklər, göbələklər, meyvələr və bitki toxumları ilə qidalanırlar. Qidalarına kiçik qurbağalar və kərtənkələlər də daxildir. Doqquzqurşaqlı zirehlilərin balaları dekabr ayında görünür. Kiçik zirehlilər zamanla ossifikasiya edən və sərtləşən yumşaq, buynuzlu zirehlə doğulurlar. Bir il içində müstəqil olurlar. Təxminən 4 il yaşayırlar.
Doqquzqurşaqlı zirehlilər ümumiyyətlə 4 eyni əkiz dünyaya gətirmələri ilə böyük elmi marağa səbəb olurlar. Bundan əlavə Doqquzqurşaqlı zirehlilər cüzamın öyrənilməsində tez-tez istifadə olunur. Çünki siçanlarla yanaşı insanlarla əlaqəsi olmayan bu məməlilər bu xəstəliyə həssasdırlar. Göründüyü kimi onunla yoluxma, zirehlilərin aşağı bədən istiliyi ilə asanlaşdırılır. Buda Hansen çubuqları üçün əlverişlidir (Mycobacterium leprae).
Növləri
Cinsə 7 növ daxildir:
- Yeddiqurşaqlı zirehli (Dasypus septemcinctus)
- Qısaquyruqlu zirehli (Dasypus hybridus)
- Şimal zirehlisi (Dasypus sabanicola)
- Kappler zirehlisi (Dasypus kappleri)
- Dasypus pilosus
- Dasypus yepesi
- Dasypus bellus
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2006.
- Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- McDonald, K; Larson, J. "Dasypus novemcinctus". Animal Diversity Web. 2011. 31 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2014.
Xarici keçidlər
- ARKive (ing.)
- Animal Diversity Web (ing.)