Doqmit (Fallout)
Doqmit (ing. Dogmeat) və ya it — postapokaliptik mövzulu rol videooyunlarından ibarət "Fallout" seriyasında it qeyri-oyunçu personaj (NPC). Doqmit ilk dəfə orijinal "Fallout" (1997) videooyununda oyun personaj üçün qeyri-məcburi bir yoldaş kimi təqdim edilmiş, daha sonradan oyunun sikveli olan "Fallout 2" (1998) və başqa videooyunlarda kameo etmişdir. Doqmitin eyni rolu canlandıran başqa versiyaları "Fallout 3" (2008) və "Fallout 4" (2015) videooyunlarından mövcuddur. Personajın bütün inkarnasiyaları müsbət reaksiyaya səbəb olmuş və seriyanın ən yaddan qalan hissələrindən biri olaraq qəbul edilmiş, eləcə də videooyun sahəsindəki ən populyar saydkiklərdən biri hesab edilmişdir.
Doqmit | |
---|---|
ing. Dogmeat | |
Fallout personajı | |
| |
İlk görünmə | Fallout (1994) |
Son görünmə | Fallout Shelter |
Yaradan |
Tim Keyn Cessi Hayniq |
Canlandıran | River ("Fallout 4") |
İrqi | İt |
Evi | Çöllük |
Bacarıqları | İybilmə, qapma |
Məlumat | |
Növü | Saydkik |
Cinsi | Erkək |
Tarixi
"Black Isle Studios"un istehsal etdiyi və "Interplay Entertainment" tərəfindən yayımlanan orijinal "Fallout" videooyununda "Sığınacaq sakini" adlanan oyunçu personaj Doqmit ilə ilk dəfə Canktaun adlı bir şəhərdə qarşılaşır. Doqmitin keçmiş sahibi yerli qanqster Gizmo tərəfindən işə alınan cinayətkarlar tərəfindən öldürülən, Maks Rolatanskiyə yaxından bənzəyən adsız bir şəxs idi. Oyunçu personaj Doqmit bəsləyirsə və ya dəri gödəkçə geyinərsə, Doqmit onun dalına düşəcək və yanında döyüşəcək. Seriyanın kanonuna görə, Doqmit 30 dekabr 2161-ci il tarixində sığınacaq sakini tərəfindən öz öhlədiyinə götürülür və 20 aprel 2162-ci il tarixində onun Ustadın hərbi bazasına hücumu zamanı güc bariyeri tərəfindən öldürülür.[1][2][3] Personaj "Fallout" üçün hazırlanan bir filmdə görünməli idi, lakin layihə sonradan ləğv edilmişdir.[4]
Doqmit "Fallout 2" videooyununda pasxa yumurtası tipli "Qırılmış xəyalların kafesi" adlı xüsusi rastlaşmada qeyri-kanonik bir kameo edir.[3][5] "Fallout 2"-nin oyunçu personajı "Seçilmiş olan" rastlaşma zamanı 13 nömrəli sığınacağın kombinezonunu geyərsə, Doqmito sahiblənə bilər. Bunu videooyundakı bir baq səbəbindən Brickiper xalatı ilə də etmək mümkündür. Oyunçu Doqmiti öldürməyi seçərsə, "Dəli Maks" filmində eyniadlı rolu canlandıran Mel Gibsona istinadən Mel adlı bir adam meydana çıxacaq və Doqmitin intiqamını almağa çalışacaq. Personaj "Fallout" kainatının xaricində də kameo etmişdir. Bunlara "Troika Games" tərəfindən 2001-ci ildə hazırlanmış və istehsal prosesində "Fallout" videooyununun dizayneri Tim Keynində iştirak etdiyi "Arcanum: Of Steamworks and Magick Obscura" və 2004-cü ildə "Fallout" videooyununun prodüseri Brayan Farqonun başçılıq etdiyi "inXile Entertainment" tərəfindən hazırlanan "The Bard's Tale" videooyunları aiddir. "Black Isle Studios" şirkətinin "Van Buren" adlı üçüncü bir "Fallout" videooyun layihəsində Doqmiti geri gətirmək planları yox idi. Hər halda, videooyun sonradan ləğv edilmişdir.[6]
Doqmit adlı tamamilə fərqli[3] bir it personaj "Bethesda Softworks" tərəfindən hazırlanmış və yayımlanmış "Fallout 3" videooyununa əlavə edilmişdir. Videooyununun hadisələri 2277-ci ildə cərəyan edir. Doqmitin keçmiş sahibi itin tapıldığı zibilxanada bir qrup reyder tərəfindən öldürülmüşdü. Doqmit "Fallout 3"-ün oyunçu personajı "Yalnız gəzəyən" tərəfindən sahiblənə bilər. İt oyun boyunca dəyərli əşyaları tapıb oyunçuya gətirə bilər.[7] "Fallout 3" videooyununun "Broken Steel" genişləndirmə dəsti oyun zamanı ölən Doqmiti qeyri-məcburi olaraq onun yenisi ilə əvəz edilməsinə imkan verir. Personajın bu versiyasının sağlamlıq sayğacı orijinalından iki dəfə çoxdur, yəni başlama vahidi 500 əvəzinə 1.000 dəyərindədir.[8] Azarkeşlər tərəfindən yaradılmış və Doqmit üçün zireh yaradan mod "Destructoid" saytı tərəfindən "Bethesda" şirkətinin "The Elder Scrolls IV: Oblivion" videooyunundakı məşhur[9] ödənişli "at zirehi" genişləndirmə paketi ilə müqayisə edilmişdir. Əlavə olaraq, saytda onlar arasındakı fərqin Doqmitin zirehinin "ödənişsiz və işlək" olduğu qeyd edilmişdir.[10]
Doqmitin yeni versiyası "Fallout 4" videooyununa əlavə edilmişdir. Bu videooyunda Doqmit bir alman çoban itidir və ölümsüzdür.[11] Personajın bu versiyası "Fallout Shelter" videooyununda da görünür.[12]
Dizaynı
Doqmit 1981-ci ildə çəkilmiş postapokaliptik mövzulu "Dəli Maks 2" filmindəki Maks Rokatanskinin (Dəli Maks) adsız itindən ilham alınaraq yaradılmışdır. Personajın ilk adı "Doqşit" (ing. Dogshit) idi və bu, 1975-ci ildə çəkilmiş postapokaliptik "Oğlan və iti" filminin açılış səhnəsindən alınmışdır. Burada baş qəhrəman Vik Blad (ing. Blood) adlı itini "Doqmit" adlandırır. "Fallout" videooyununun prodüseri, aparıcı proqramçısı və dizayneri Tim Keynə görə, "videooyununun bədii rejissoru Leonard Boyarski ofisində bu filmi davamlı olaraq izləyirdi" və oyuna bir itin əlavə edilməsinin "bomba" olacağını demişdir. Keyn "Fallout" videooyununun proqramçısı və dizayneri Cessi Hayniqi "Doqmitin yaradılmasına görə təşəkkür ediləcək adam" adlandırmışdır. Hayniq özü demişdir ki, öz fikrinə görə, "Fallout" videooyununun dizayneri Skott Binni personajın adının nə olacağına qərar vermiş və onu sözügedən film səhnəsindən almışdır.[6]
"Fallout" videooyununun dizayneri Kris Teylor 2009-cu ildə "Doqmitin bu qədər populyar bir personaj çevriləcəyini heç gözləmədikləri"ni söyləmişdir. O, "oyunçuya qoşulan qeyri-oyunçu personajların həmişə şiddətli bir sona çatacağını düşündüyü"nü, lakin "oyunçuların xüsusilə də hərbi bazadakı güc sahələrindəki cəhənnəmdən keçərək Doqmiti sona qədər yaşatmaq üçün gördüyü bütün işlərdən xəbərdar olduqda şoka düşdü"yünü qeyd etmişdir.[6] "Fallout 2" və "Fallout: New Vegas" videooyunlarının dizayneri Kris Avellona görə, Doqmit müxtəlif səbəblərdən "mübahisəsiz ən uğurlu NPC yoldaşdır". Ona görə, ilk növbədə, personaj danışmadığı üçün "oyunçular ona istədiyi şəxsiyyəti verə bilər". İkincisi, Doqmit "döyüşdə təsirlidir" və nəhayət, personaj "dəridən qabıqdan çıxaraq sona qədər oyunçu personajın yanında qalan bir itdir".[6]
"Fallout 4" videooyununda Doqmitin hərəkətlərini qeyd alan River adlı real bir alman çoban itidir.[13] 27 iyun 2021-ci il tarixində videooyununun baş dizayneri Col Bercess öz rəsmi "Twitter" hesabında[14] Riverın vəfat etdiyini təsdiqləmişdir.[15][16]
Qəbulu
–Tom Hoggins. "The Telegraph".[17]
"Kotaku" saytının jurnalisti Oven Qud Doqmiti "franşizanın ən simvolik personajlarından biri", eyni zamanda seriyanın "emosional olaraq ən uyğun xüsusiyyətlərindən biri" adlandırmıdşır.[18] Skott Rocers tərəfindən yazılmış "Səviyyə adlamaq!: Möhtəşəm videooyun dizayn bələdçisi" (ing. Level Up!: The Great Video Game Design Guide) kitabında "partiya üzvlərinin insan olmasına ehtiyac yoxdur" mövzusunu müzakirə edilərkən Doqmit nümunə götürülmüşdür.[19] "UGO Team" 2008-ci ildə Doqmitin "Fallout" seriyasındakı "personajların mübahisəsiz çempionu" olduğunu və yalnız onların yox, həm də bütün videooyun sənayesinin sevimli bir it olduğunu bildirmişdir.[3] Elə həmin il "Bit-tech" internet portalının mütəxəssisi Co Martin Doqmiti "bütün zamanların ən yaxşı videooyun qeyri-oyunçu personajı" siyahısında 6-cı yerə layiq görmüşdür. Martin Doqmitin oyunçuların "məhz sağ qalma şansı daha çox olsun deyə bir videooyununun əhəmiyyətli hissələrini yenidən yükləyəcək və təkrar oynayacağı" tək videooyun personajı olduğunu yazmışdır.[20] "The Escapist" yazıçısı Mayk Figel 2009-cu ildə Doqmiti "Fallout" kainatının ən sevilən personajı adlandırmışdır. O, Doqmitin "qayğısız bir çöllükdəki mənəvi bir kompass" olduğunu qeyd etmişdir.[6] Doqmit 2010-cu ildə "The Escapist" internet portalının əməkdaşı Liza Foylz,[21] 2012-ci ildə "PlayStation Official Magazine" jurnalının əməkdaşı Maykl Perri,[22] 2013-cü ildə "Kotaku" saytının əməkdaşı Corco Vas,[23] 2014-cü ildə "Paste" internet portalının əməkdaşı Brayan Teylor[24] və "Bild" qəzetinin işçiləri[25] daxil olmaqla bir çox publikasiya tərəfindən tərtib edilmiş "ən yaxşı videooyun itləri" siyahılarına daxil edilmişdir. "IGN" jurnalisti Rayan MakKeffri "Fallout 4" videooyununda geri qaytarılmasını ən çox istədiyi şey olaraq Doqmiti seçmişdir.[26] "Kotaku" mütəxəssisi Loren Rouz personajı "videooyunların əsl ən yaxşı oyunçuları olan ən yaxşı heyvan yoldaşlardan biri" hesab etmişdir.[27]
Doqmit çoxsaylı publikasiyalar tərəfindən videooyunlardakı ən yaxşı saydkik tipli personajlardan biri kimi qəbul edilmişdir. Personaj orijinal videooyunda "başını bəlaya salmağa meylliliyi, hər hansı bir fənd göstərməyi bacarmaması və sözə qulaq asmamasına baxmayaraq" 2000-ci ildə "GameSpot" internet portalının tərtib etdiyi "ən yaxşı videooyun saydkikləri" siyahısına daxil edilmişdir.[28] O, eyni veb-sayt tərəfindən 2008-ci ildə "bütün zamanların ən böyük oyun saydkiki" adı üçün keçirilən anketdə iştirak edəcək 64 personajdan biri olaraq seçilmişdir.[29] Doqmit 2004-cü ildə oyunçu personaja həddindən artıq sadiq qaldığı üçün "GameSpy" jurnalisti Deyv Kosakın "ən yaxşı videooyun saydkikləri" siyahısında ikinci yerə layiq görülmüşdür.[30] "The Telegraph" 2008-ci ildə onu "videooyun tarixinin ən yaxşı saydkikləri"ndən biri kimi göstərmişdir.[17] "Maximum PC" 2011-ci ildə "görünüşü, cinsi və statistikası seriya boyunca dəyişsə də, Doqmit bir çempionun sədaqətinə və ürəyinə sahibdir" şərhini verərək personajı "25 ən yaxşı oyun saydkiki" adlı siyahısına daxil etmişdir.[31]
"Fallout 4" videooyununda Doqmit obrazını canlandıran River adlı it "The CW" tərəfindən keçirilən "Dünya it mükafatları"nda "2015-ci ilin ən yaxşı videooyun iti" mükafatına layiq görülmüşdür.[32] "ThinkGeek" şirkəti 2018-ci ildə Doqmitin heykəlini hazırlamış, onu satışa çıxarmışdır.[33]
İstinadlar
- Black Isle Studios. "Fallout 2 Manual" (PDF). Fallout 2. Interplay. 30 September 1998. 4 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 July 2021.
- Avellone, Chris. "Fallout Bible 0". Fallout Bible. 25 February 2002. 3 April 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 July 2021.
- UGO's Favorite Fallout Characters Arxivləşdirilib 5 noyabr 2013 at the Wayback Machine, UGO.com, 17 September 2008
- Matt Bertz, Codec Chatter: Assassin's Creed Scribe Corey May Arxivləşdirilib 2017-12-29 at the Wayback Machine, Game Informer, 1 October 2009.
- "Special Encounter: The Cafe of Broken Dreams". Fallout 2 Walkthrough. GameBanshee.com. 2017-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-02.
- Michael Fiegel, The Escapist : Junktown Dog Arxivləşdirilib 2013-01-20 at the Wayback Machine, The Escapist, 21 July 2009.
- Chris Hicks, Three Fallout 3 screens – including Dog Meat | Faithful friend returns in sequel Arxivləşdirilib 2017-06-20 at the Wayback Machine, GamesRadar, 21 April 2008.
- Karen Schrier, David Gibso, Designing Games for Ethics: Models, Techniques and Frameworks, page 33.
- Richard Cobbett, Feature: The best and worst DLC Arxivləşdirilib 2014-12-04 at the Wayback Machine, ComputerAndVideoGames.com, 12 February 2012.
- Conrad Zimmerman, Dogmeat mod for Fallout 3 protects the pooch Arxivləşdirilib 2015-10-01 at the Wayback Machine, Destructoid, 20 July 2009.
- Seitz, Dan. "Good News, Pet-Loving Gamers: Dogmeat Can't Die In 'Fallout 4′". 17 June 2015. 19 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 June 2015.
- Frank, Allegra. "Fallout Shelter introduces Dogmeat and other pets to the vault". Polygon. 10 December 2015. 24 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 June 2021.
- Reynolds, Matthew. "Meet the real life German Shepherd used to motion capture Fallout 4's canine companion Dogmeat". Digital Spy. September 22, 2015. December 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 1, 2021.
- S. Good, Owen. "Rest in peace, River: Fallout 4's Dogmeat and a companion to millions". Polygon. November 2, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 1, 2021.
- Bankhurst, Adam. "River, the Real-Life Dog That Inspired Fallout 4's Dogmeat, Has Passed Away". IGN. June 28, 2021. December 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 1, 2021.
- Yin-Poole, Wesley. "River, the real-life dog who inspired Dogmeat from Fallout 4, has passed away". Eurogamer. June 28, 2021. October 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 1, 2021.
- Tom Hoggins, The greatest sidekicks in gaming history Arxivləşdirilib 2015-10-05 at the Wayback Machine, The Telegraph, 11 October 2008.
- Owen Good, Dogmeat, the Emotional Center of Fallout Arxivləşdirilib 2013-01-03 at the Wayback Machine, Kotaku, 26 July 2009.
- Scott Rogers, Level Up!: The Guide to Great Video Game Design, page 52.
- Top 10 Computer Game NPCs Arxivləşdirilib 2009-01-22 at the Wayback Machine. bit-tech.net. Retrieved on 18 July 2008
- Lisa Foiles. "Top 5 Most Loyal Canine Companions | Top 5 with Lisa Foiles Video Gallery | The Escapist". Escapistmagazine.com. 25 January 2011. 9 August 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 June 2014.
- Michael Perry, The top five PlayStation Dogs Arxivləşdirilib 21 dekabr 2013 at the Wayback Machine, PlayStation Official Magazine, 3 April 2012
- Gergo Vas, The Most Awesome Video Game Dog Companions Arxivləşdirilib 2017-07-10 at the Wayback Machine, Kotaku, 6 March 2009.
- Taylor, Brian. "11 Best Videogame Dogs :: Games :: Lists :: Paste". Pastemagazine.com. 12 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 May 2014.
- "Welthundetag: Die coolsten Hunde in Videospielen". BILD.de. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-02.
- "11 Things We Want in Fallout 4". IGN. 2020-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-02.
- "7 Animal Companions That Are The Real MVPs Of Video Games". Kotaku Australia (ingilis). 23 iyun 2021. 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2021.
- The Ten Best Sidekicks: Dogmeat, GameSpot, 2000. (archived)
- All-Time Greatest Game Sidekick- Current Standings Arxivləşdirilib 17 dekabr 2011 at the Wayback Machine, GameSpot, 2008.
- Dave "Fargo" Kosak, Top Ten Videogame Sidekicks | 2. Dogmeat the Dog, GameSpy, 14 January 2004. (archived)
- 25 of Gaming's Greatest Sidekicks Arxivləşdirilib 2013-03-10 at the Wayback Machine, Maximum PC, 22 November 2011.
- Makuch, Eddie. "Fallout 4's Dogmeat Wins Award for Best Dog – GameSpot". GameSpot. 16 March 2016. 5 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2019.
- Vebster, Andrew. "This Fallout 4 Dogmeat statue looks amazing". The Verge (ingilis). 11 iyun 2018. 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2021.
Xarici keçidlər
- Doqmit – "Fallout" vikisi olan "The Vault" saytında.