Doqmatizm

Doqmatizm alm. Dogmatismus; fr. Dogmatisme; ing. Dogmatism; osm. tr. nassiye; ər. صٔ خٍ ; dogmatisme] – Doqmatizm - ehkamlara, dəyişməz anlayışlara, dəqiq şərtləri nəzərə almayan düsturlara söykənən, həqiqətin konkretlilik prinsipini rədd edən idrak metodudur.Doqmatizm hansısa düşüncə başlanğıclarını aksiom kimi danılmaz edib sonra, tutalım, dinlə, fəlsəfə ilə bağlı bütün doğruların yalnız onların üstündə durmasına inanmaqdır. Doqmalara (ehkamlara) əsaslanan qeyri-tənqidi təfəkkür; ehkamçılıq. Doqma [alm. Dogma; fr. Dogme; yun. Dogma; osm. tr. nass; ər. ضَ; yun.dogma – fikir, təlim, qərar] - ehkam, bir fəlsəfə məktəbində mənimsənilən, doğru ehtimalı ilə irəli sürülən ideya. Doğruluğu sınanmadan mənimsənilən təlim isə doqmatizm [yaxud ehkamçılıq] deyirlər.

Mənbə

  • Adilə Nəzərova, “Fəlsəfə terminlərinin izahlı lüğəti”
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.