Donato Bramante

Donato Bramante (əsl soyadı Paskuç ço d’Antonio[4]; 1444[1][2][…]11 aprel 1514[1][3], Roma, Papa dövləti) — italyan memarı, rəssam və şair.

Donato Bramante
ing. Donato Bramante
Donato Bramante
Donato Bramante
Doğum adı Donato di Pascuccio d'Antonio
Doğum tarixi 1444[1][2][…]
Vəfat tarixi 11 aprel 1514[1][3]
Vəfat yeri
Milliyyəti İtalyan
Fəaliyyəti memar, rəssam, mühəndis
Stil Yüksək İntibah
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Rəssamlıq yaradıcılığına A. Manten yanın güclü təsiri olmuşdur (“İsa rüsvayçılıq dirəyi önündə”, Brera qalereyası, Milan; Berqamoda Palasso del-Podesta və Milanda Kasa-Fontananın fasadlarındakı frizlər; Kasa-Paniqarolada “qədim filosofların” təsvirləri olan divar rəsmləri – hazırda Brera qalereyasındadır). Memarlıq yaradıcılığında L.B. Alberti, L. Laurana və siyenalı sənətkar F.di Corco Martininin təsiri hiss olunur. 1472–99-cu illərdə Bramante Milanda hersoq Lodoviko Moronun xidmətində olmuş, burada Leonardo da Vinçinin yaradıcılığı və L. Paçolinin riyaziyyata dair əsərləri ilə tanış olmuşdur. Bu dövrdə Bramantenin sentrik məbəd binasının və antik nümunələrə əsaslanan memarlıq formaları dilinin yaradılması ilə bağlı olan başlıca yaradıcılıq prin sipləri müəyyənləşmişdir. Onun əsərləri üçün divar səthinə işıq-kölgə hərəkiliyi verən polixroniya və heykəltəraşlıq dekorundan istifadə də səciyyəvidir. Bramante 1499-cu ildə Romaya köçmüş, burada onun yaradıcılığı yetkinlik və daha geniş miqyaslılıq kəsb etmişdir.

Fəaliyyəti

Yüksək İntibah memarlığı incisi sayılan və əfsanəyə görə həvari Pyotrun edam olunduğu yerdə (San-Pyetro-in-Montorio kilsəsinin kluatrasında) inşa edilmiş Tempyetto (1502) məbəd-kilsəsi ona məxsusdur. 1503-cü ildən Bramante papa II Yulinin tapşırığı ilə Vatikanda geniş işlər aparmış dır. Ömrünün sonunadək həvarinin qəbri üzərin də əzəmətli sentrik bina kimi düşünülmüş Müq. Pyotrun yeni kilsəsinin tikintisi ilə məşğul olmuşdur (1506–14).

Roma villalarının öyrənilməsinə əsaslanan Vatikanın Belveder və San-Damazo (1503–1505) terraslı həyətləri Bramantenin ən yaxşı əsərlərindəndir. Romada Kançelleriya sarayının tikintisini bitirmiş (1499–1503), Santa-Mariya-della-Paçe kilsəsi həyətinin sıratağını inşa etmişdir. Bramantenin memarlıq fəaliyyəti bir çox memara, dostu Rafael də daxil olmaqla, Mikelancelo və A. Palladioya təsir göstərmişdir. Poetik əsərlərindən dini, məhəbbət və yumoristik mövzularda yazdığı 20-yə yaxın soneti məlumdur.[5]

Əsərləri

Həmçinin bax

İstinadlar

  1. Bruschi A. BRAMANTE, Donato // Dizionario Biografico degli Italiani (it.). 1971. Vol. 13.
  2. Donato Bramante (ing.).
  3. BeWeB.
  4. Joseph Forsyth, Remarks on Antiquities, Arts, and Letters During an Excursion in Italy, in the Years 1802 and 1803, University of Delaware Press, 2001, p. 289.
  5. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana  Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 500–501. ISBN 978-9952-441-03-1.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.