Don 2 (film, 2011)

Don 2 (Don 2: The King is Back; Don 2: Kral Geri Dönür) 2011-ci ildə döyüşdetektiv janrlarında istehsal olunan Bollivud filmidir. Fərhan Axtar həm rejissor, həmdə Amit Mehta və Amriş Şahla birlikdə filmin ssenari müəllifləri sırasındadır. Filmə Riteş Sidvani, Şahrux XanFərhan Axtar prodüserlik etmişdir. Bu film 2006-ci ildə çəkilmiş Don filminin davamıdır. Filmdə əsas rollarda Şahrux Xan, Priyanka Çopra, Lara Dutta, Om Puri, Boman İrani, Kunal Kapur digər rolda Hritrik Roşan kamea görünüşünü ifa edir. Əvvəlki filmin davamı olan bu filmin sujeti belədir: Malayziyadan Avropaya gələn Don hal-hazırda Asiya yeraltı dünyasının kralıdır və O Avropa narkotik kartelini ələ keçirməkdədir. Filmin çəkilişi Hindistan, Tailand, Almaniya, Malayziya və İsveçrədə baş tutub.

DON 2
DON 2
Janr döyüş filmi[1][2][…], cinayət filmi[2][1]
Rejissor Fərhan Axtar
Prodüserlər Riteş Sidvani
Şahrux Xan
Fərhan Axtar
Ssenari müəllifləri Fərhan Axtar
Amit Mehta
Amriş Şah
Baş rollarda Şahrux Xan
Priyanka Çopra
Lara Dutta
Kunal Kapur
Boman İrani
Om Puri
İstehsalçı Reliance Entertainment
Distribütor Netflix
İlk baxış tarixi 23 dekabr 2011
Müddət 144 dəqiqə[3]
Büdcə $ 11 milyon[4]
Gəlir $ 32 milyon (təkcə Hindistanda)[5]
Ölkələr Hindistan Hindistan
Dil Hind dili
Sonrakı film Nə qədər ki varam
Rəng rəngli
Çəkiliş yeri Berlin, Almaniya Federativ Respublikası
IMDb ID1285241
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Don 2 buraxılışından əvvəl müəlliflik hüququ problemlərilə üzləşib. Filmin buraxılışı 25 Oktyabr 2011-ci il tarixində Reliance Entertainment tərəfindən həm 2D, həm də 3D formatlarında gerçəkləşib. Həmçinin filmin TamilTeluqu dilli versiyaları da çəkilib. Buraxıldığı zaman Don 2 Hindistan resepsiyonunda qarışıq olaraq müsbət tənqidi qiymət almasına baxmayaraq, ölkə xaricində ümumi olaraq müsbət nəticə əldə etdi. Film 62-ci Berlin Beynəlxalq Film Festivalında nümayiş olundu.

Film Ən Yaxşı Səs DizaynıƏn Yaxşı Fəaliyyət üzrə iki Filmfare Mükafatı daxil olmaqla, məşhur mükafat mərasimlərində də bir çox mükafatlar əldə etdi.

Film haqqında

Avropa narkotik kartelinin başçıları Asiyada yaranmış yeni təhlükəni müzakirə etmək üçün Fransa Rivierasında toplanırlar. Donun (Şahrux Xan) işləri təhlükəyə düşür, çünki onun narkotika malları müştərilərinə ucuz qiymətə satıla bilər. Başçıların məqsədi Donu öldürməkdir. Don son beş ildir ki, Tailandda yaşayır və o içərisi kokainlə dolu olan gəmiyi ələ keçirmək üçün uzaq bir yerə gedir. Daha sonra O Malayziyaya gəlir və Romaya (Priyanka Çopra) təslim olur. Məzuniyyətə çıxmaq istəyən İnspektor Malik (Om Puri) belə yenidən işinə qayıdır. Don ölüm cəzasına məhkum olur və onun köhnə rəqibi olan Vardanın (Boman İrani) olduğu Malayziya həbsxanasına göndərilir. Don Vardana dostluq təklif edir. Vardan razılaşmanı qəbul edir və onlar məhbusları zəhərləyib habsxanadan qaçırlar. Onlar Sürixə gəlirlər. Don öz etibarlı yoldaşı Ayeşa (Lara Dutta) ilə görüşür.

Rollarda

Narkotik hökmdarı və filmin anlatıcısı. O Asiyada öz hökmranlığını qurdu və Avropada mafiya icmasının fəth etdi. Şahrux Xan 2006-ci ildə çəkilmiş Don filmində də eyni rolu canlandırdı. İlk filmdən fərqli olaraq bu filmdə iki rolda oynamır. Həmçinin o filmdə QorxuQumarbaz filmlərindən sonra mənfi rolu canladırmaqla geri dönür.[6]

İstinadlar

  1. http://www.nytimes.com/2011/12/23/movies/don-2-with-shah-rukh-khan-and-priyanka-chopra-review.html?smid=tw-nytimesmovies&seid=auto.
  2. http://www.imdb.com/title/tt1285241/.
  3. "DON 2 (12A) — British Board of Film Classification". 15 December 2011. 7 April 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2012.
  4. "Big Budget Films". India Today. 31 March 2011. 13 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 December 2011.
  5. "Top Ten All Time Worldwide Grossers". Boxofficeindia. 20 January 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 January 2013.
  6. "SRK excited about world's first 'bad guy sequel' Don 2". Zee News. 31 March 2011. 9 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 December 2011.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.