Don't Smile at Me
Don't Smile at Me — amerikalı müğənni Billi Aylişin ilk mini-albomu. 11 avqust 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Mini-albomdakı treklər Ayliş və prodüserlik edən qardaşı Finneas O'Konnell tərəfindən yazılmışdır. Albom R&B və caz elementlərini özündə birləşdirən elektropop və bedrum pop rekordudur.
Don't Smile at Me | ||||
---|---|---|---|---|
Yayımlanma tarixi | 11 avqust 2017 | |||
Yazılma tarixi | 2015–2017 | |||
Janr |
|
|||
Müddət | 24:37 | |||
Dil | ingilis dili | |||
Leybl |
|
|||
Prodüser | Finneas O'Konnell | |||
Billi Ayliş albomlarının xronologiyası | ||||
|
Mini-albom 2016-cı ildən 2018-ci ilə qədər yeddi sinqlın buraxılması ilə dəstəkləndi. 2016-cı ildə buraxılmış "Ocean Eyes" və 2017-ci ildə yayımlanmış "Idontwannabeyouanymore" sinqlları ABŞ Billboard Hot 100 və Birləşmiş Krallıq sinqllar hit-paradına daxil olub. "Bellyache" Billboard Bubbling Under Hot 100-də ilk beşliyə daxil oldu, "Copycat" isə hit-paradda 12-ci yerə yüksəldi. Ayliş mini-albomu daha da tanıtmaq üçün 2017 və 2018-ci illərdə Don't Smile at Me Tour və Where's My Mind konsert turlarına çıxmışdır.
Mini-albom musiqi tənqidçilərindən ümumiyyətlə müsbət rəylər aldı, bir çoxu Aylişin musiqisini və ifalarını təriflədi. "Hostage" mahnısı 2019 MTV Video Musiqi Mükafatlarında Ən Yaxşı Kinematoqrafiya nominasiyasına namizəd oldu. "Don't Smile at Me" kommersiya uğuru qazandı, ABŞ Billboard 200-də 14-cü, Birləşmiş Krallıq Albomlar hit-paradında isə 12-ci yerə yüksəldi. Mini-albom bir sıra ölkələrdə, o cümlədən Litvada ilk onluğa daxil olub.
Mini-albomun "Don't Smile at Me: December reissue" adlı yenidən buraxılmış versiyasına Vince Staples ilə birgə ifə olan "&Burn" treki daxil edilmişdir. Mahnı Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən qızıl sertifikata layiq görülüb. Bunun ardınca mini-albomun genişləndirilmiş versiyası "Don't Smile at Me: Expanded edition" işıq üzü görmüşdür. Buraya əvvəllər buraxılmış iki sinql daxildir: Xalid ilə "Lovely" və "Bitches Broken Hearts". "Lovely" treki kommersiya uğuru qazanaraq Billboard-da 64-cü yerə yüksəlib. Hot 100-də və Birləşmiş Krallıq sinqllar hit-paradında 47-ci sıraya çıxmışdır. "Bitches Broken Hearts" ABŞ və Kanadada RIAA və Music Canada (MC) tərəfindən platin sertifikatına layiq görülüb.
Trek siyahısı
Don't Smile at Me – Standard edition | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Müddət | |||||||
1. | Copycat | 3:13 | |||||||
2. | Idontwannabeyouanymore | 3:23 | |||||||
3. | My Boy | 2:50 | |||||||
4. | Watch | 2:58 | |||||||
5. | Party Favor | 3:25 | |||||||
6. | Bellyache | 3:00 | |||||||
7. | Ocean Eyes | 3:20 | |||||||
8. | Hostage | 3:48 | |||||||
26:00 |
Don't Smile at Me – December reissue bonus track[1] | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Müddət | |||||||
9. | &Burn (with Vince Staples) | 2:59 | |||||||
28:59 |
Don't Smile at Me – UK & Irish edition bonus tracks[2] | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Müddət | |||||||
10. | Lovely (with Xalid) | 3:20 | |||||||
11. | Bitches Broken Hearts (producers: F. O'Connell, Fenn) | 2:56 | |||||||
35:16 |
Don't Smile at Me – Japanese edition bonus tracks[3] | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Müddət | |||||||
12. | Bellyache (Marian Hill remix) | 3:41 | |||||||
13. | Copycat (Sofi Tukker remix) | 3:19 | |||||||
14. | MyBoi (TroyBoi remix) | 3:31 | |||||||
45:47 |
Japan complete edition (Disc 2)[4] | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Rejissor(lar) | Müddət | ||||||
1. | Idontwannabeyouanymore (music video) | Eli Born | 3:23 | ||||||
2. | Watch (music video) | Megan Park | 3:19 | ||||||
3. | Bellyache (music video) | Miles and AJ | 3:31 | ||||||
4. | Hostage (music video) | Henry Scholfield | 3:53 | ||||||
5. | Lovely (with Khalid) (music video) |
|
3:19 | ||||||
17:00 |
İstinadlar
- "dont smile at me". iTunes. July 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 14, 2019.
- "dont smile at me (Expanded Edition)". iTunes. July 18, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 15, 2019.
- "Dont Smile At Me [Limited Release]" (yapon). CDJapan. December 19, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 18, 2018.
- "Don't Smile at Me [Japan Complete Edition]". cdjapan. 1 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2020.