Dominikan ordeni

Dominikan ordeni (lat. Ordo Praedicatorum; qısaldılmış OP), Fransada Dominik de Quzman adlı bir kastiliyalı keşiş tərəfindən təsis edilmiş Roma-Katolik kilsəsi ordenidir. 22 dekabr 1216-cı ildə Papa fərmanı Religiosam vitam vasitəsilə Papa III Onori tərəfindən təsdiq edilmişdir. Dominikanlar olaraq adlandırılan orden üzvləri, ümumiyyətlə, adlarından sonra OP hərflərini göstərirlər (Ordinis Praedicatorum - Vaizlər Ordeni). Ordenə üzvlüyə frerlər, rahibələr, fəal bacılar və laitilər daxildir.

Dominikan ordeni
lat. Ordo Praedicatorum
Loqonun şəkli
Növü Dini orden
Yaranma tarixi 1216 - indiyədək
Ölkə
Tabedir Vatikan
Qərargah Santa Sabina bazilikası, Roma
Himayədarları Müqəddəs Dominik, Mariya Maqdalena, Sienalı Katerina
Şüarı Laudare, benedicere, praedicare (Həmd etmək, xeyir-dua vermək, təbliğ etmək)
Rəngləri qara
Komandanlıq
Komandir Jerar Timoner
op.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İncili təbliğ etmək və bidətə qarşı çıxmaq üçün qurulan ordenin tədris fəaliyyəti və onun sxolastik təşkilatı onu Avropada orta əsrlərin intellektual həyatının ön sıralarında yerləşdirmişdi.[1] Orden bir çox aparıcı ilahiyyatçı və filosof yetişdirməklə öz intellektual ənənəsi ilə məşhurdur.[2] 2018-ci ildə ordendə 5747 Dominikan frer, o cümlədən 4299 keşiş var idi. Ordenə 2022-ci ildən etibarən Jerar Timoner rəhbərlik edir.[3] Mariya MaqdalenaSienalı Katerina ordenin himayədarlarıdır.

İstinadlar

  1. Pierre Mandonnet - Catholic Encyclopedia (1913)/Order of Preachers
  2. Marshall, 2011
  3. Lomonaco, 2019

Mənbə

  • Marshall, Taylor. "Scoreboard for the Doctors of the Church". Taylor Marshall (ingilis). 2011-02-24. 2015-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2015.
  • Lomonaco, Amedeo. "Il filippino Gerard Timoner III eletto nuovo maestro dei domenicani" [The Filipino Gerard Timoner III elected new Dominican master]. Vatican News (italyan). 13 July 2019. 13 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 July 2019.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.