Domen adı

Domenİnternet şəbəkəsində domen adları fəzasının sahəsidir.[1]

Domen adı dedikdə domenin simvolik adı nəzərdə tutulur. Domen adı bir domen daxilində istənilən hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil olunur və İnternetdə nəşr edilmış hər hansı veb-saytın ünvanını göstərir.

Məsələn, az.wikipedia.org domen adı üçüncü səviyyəli az domeninə aiddir, o da öz növbəsində ikinci səviyyəli wikipedia domeninə, wikipedia isə birinci səviyyəli org domeninə aiddir.

Saytların rəqəm şəklində verilmiş İP ünvanlarını yadda saxlamaq çox çətin olduğundan DNS sistemi vasitəsi ilə bu ünvanlar domen adları ilə əvəz olunur.

Beləliklə, domen adı – istənilən İnternet istifadəçisinin sayta müraciətinə şərait yaradan ünvandır.

Domen adına qərar verdikdən sonra domen yoxlamaq mərhələsinə gələ bilərsiniz. Biznesinizin üçün satın almağı düşündüyünüz domen adlarının boş olub-olmadığını burada yoxlamalısınız. Daha sonra isə satın alma mərhələsinə keçə bilərsiniz.

Domen yoxlamaq yeni domen adı alarkən ilk mərhələdir. Adətən domen adları sizin bizesinizi ifadə edən əsas açar söz və ya biznesinizin adı ilə eynilik təşkil edir. Bu da sizin asan yadda qalan olmanız və daim xatırlana biləcək bir ad seçiminiz üçün ən başlıca səbəbdir. Bunları nəzərə aldıqdan sonra onlayn veb adresinizin sonluğu haqqında qərar verə bilərsiniz. Bu zaman da sizə tövsiyə olaraq deyə bilərik ki, əgər biznesinizdə müxtəlif ölkələri hədəfləyirsinizsə .com sonluğuna müraciət edə bilərsiniz, yox əgər təşkilatı bir sahədirsə .org sizin üçün daha faydalıdır. Bu misalları daha da uzada bilərik amma burdan yola çıxaraq qeyd edirik ki, hər domen sonluğu sizin üçün müxəlif məqamlarda faydalı olacaqdır.

Xarici keçidlər

İstinadlar

  1. "Kimi seçə domen sayt üçün". 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-29.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.