Dolfin və Yunion boğazı

Dolfin və Yunion boğazı ing. Dolphin and Union Strait- Viktoriya (ada)sını Şimali Amerika materikindən ayırır. Şimal-qərb yolunun üzərində yerləşir. Kanadanın şimal-qərbində, NunavutŞimal-Qərb əraziləri vilayətləri ərazisində yerləşir. Boğaz Koroneyşen körfəzi ilə Amudsen körfəzini birləşdirir. Eni qərbdə 90 km, şərqdə isə 24 km təşkil edir. Uzunluğu 161 km-dir. Şərq hissədə kiçik adalar və riflər vardır ki, bu səbəbdən boğazdan gündüz keçmək məsləhət görülür[1]. 1824-ci ildə Con Riçard tərəfindən kəşf edilib. Adı isə Dolfin və Yunion qayıqlarının şərəfinə adlandırılıb. İyul ayında buzdan azad olduğu halda, oktyabrda yenidən buzla örtülür. Ən dərin yeri 195 m təşkil edir.

Dolfin və Yunion boğazı
ing. Dolphin and Union Strait
Ümumi məlumatlar
Eni minimum 24 km
Uzunluğu 161 km
Yerləşməsi
69°07′59″ şm. e. 116°00′00″ q. u.
Ölkə  Kanada
Akvatoriyası
Ayırır Viktoriya (ada)sını materikdən
Dolfin və Yunion boğazı xəritədə
Dolfin və Yunion boğazı
Dolfin və Yunion boğazı
Dolfin və Yunionboğazı (Kanada)
Dolfin və Yunion
boğazı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinad

  1. "The Northwest Passage: Arctic Straits. Pharand, D.; Legault, L.H. (1984) Martinus Nijhoff Publishers. ISBN 9024729793. Dolphin and Union Strait p.15". 2014-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.