Dolaşalar qayıdıb
Dolaşalar qayıdıb (rus. Грачи прилетели) - Rus rəssamı Aleksey Savrasovun lirik mənəzrə üslubunda 1871-ci ildə çəkdiyi rəsm əsəri. Bu şəklin etüdləri Kostroma quberniyasının Molitvino kəndində çəkilmişdir. Şəkildə zəmanəmizə qədər qalmaqda olan Voskresenskaya kilsəsi təsvir olunub. İşin tamamlanması rəssamın Moskvadakı emalatxanasında aparılıb. 1871-ci ilin axırlarında Dolaşalar qayıdıb əsəri ilk dəfə kütlə qarşısında Səyyar Rəsm Sərgiləri Birliyinin ilk sərgisində nümayiş etdirilib.
Dolaşalar qayıdıb | ||
---|---|---|
| ||
Rəssam | Aleksey Savrasov | |
Tarixi | 1871-ci il | |
Üslubu | Lirik mənzərə | |
Texnikası | Kətan, yağlı boya. 62x48,5 sm | |
Saxlanıldığı yer | Dövlət Tretyakov qalereyası, Moskva |
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.