Dodo mağara kilsəsi

Dodo mağara kilsəsi (gürc. დოდოს რქა) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir. Kilsənin əsası VI əsrin I yarısında David Qarecinin tələbələrindən biri olan Dodo tərəfindən qoyulmuşdur.

Dodo mağara kilsəsi
gürc. დოდოს რქა
41°17′55″ şm. e. 45°42′16″ ş. u.
Ölkə  Gürcüstan
Şəhər Saqareco
Yerləşir Kaxeti
Aidiyyatı Gürcü Ortodoks Kilsəsi
Sifarişçi Dodo
Tikilmə tarixi VI əsr
Üslubu Gürcüstan memarlığı
Vəziyyəti fəaliyyət göstərir

Tarixi

Kilsənin əsası VI əsrin I yarısında David Qarecinin tələbələrindən biri olan Dodo tərəfindən qoyulmuşdur.[1] Onun tarixi aid olduğu monastırın ümumi tarixi ilə birbaşa əlaqəlidir. XII-XV əsrlərdə tikili monastır və monastır kilsəsi kimi fəaliyyət göstərmişdir. XIII-XVIII əsrlərdə kompleks monqollar, Teymurilər, SəlcuqlularSəfəvilərin hücumlarına məruz qalmış, dəfələrlə yağmalanmış və tərk edilmişdir.[2]

Memarlıq xüsusiyyətləri

Kilsə müxtəlif dövrlərə (VI-XVIII əsrlərə) aid mağaralar kompleksindən ibarətdir. Kilsənin əsas zalı XI-XIII əsrlərə aid edilir. Qayanın küncündə yerləşən kiçik sövmə kilsənin ən mühüm və qədim hissəsi olmaqla ziyarətgah kimi istifadə olunur.[2]

Kilsənin əsas zalı mühüm tarixi və mədəni əhəmiyyətə malik olan freskalarla bəzədilmişdir. Mərkəzi altar freskasında Xeyir-dua verən İsa təsvir edilmişdir. O, sol əlində üzərində gürcü əlifbası ilə yazı yazılmış qapalı kitab tutmuşdur. Məsihdən aşağıda arxangellər Mikayıl və Cəbrayıl, o cümlədən xeruvimlər təsvir edilmişdir.[2]

İstinadlar

  1. "დოდოსრქა". about.ge. 2019-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2019.
  2. "დოდო გარეჯელის ტაძრის სასწაულები". ekofact.com. 2019-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2019.

Ədəbiyyat

  • Чубинашвили Г. Н., Пещерные монастыри Давид-Гареджи, Тб., 1948. (rus.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.