Doboy

Doboy (bosn. Doboj, serb. Добој / Doboj, xorv. Doboj) — Serb Respublikasında, Bosniya və Herseqovinanın şimalında yerləşən şəhər. Bosna çayının sahilində yerləşir. Böyük dəmiryol qovşağı hesab olunur.

şəhər
Doboy
bosn.xorv. Doboj
serb. Добој
Gerb
Gerb
44°43′51″ şm. e. 18°05′28″ ş. u.
Ölkə  Bosniya və Herseqovina
Region [[Serb Respublikası]]
Rayon Doboy
Başçı Obren Petroviç
Tarixi və coğrafiyası
Əsası qoyulub 28 iyun 1415-ci il
Sahəsi 648 км²
Mərkəzin hündürlüyü 141 m
Saat qurşağı UTC+1
Əhalisi
Əhalisi 26987[1] nəfər (2013)
Milli tərkibi bosniyalılar (40,56 %)
serblər (29,13 %)
yuqoslavlar (15,87 %)
xorvatlar (9,87 %)
Rəqəmsal identifikatorlar
Telefon kodu +387 53
Poçt indeksi 74000
Doboy xəritədə
Doboy
Doboy
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Doboy haqqında ilk məlumat 1415-ci ilə aid olub, Dubrovnisa respublikasının sənədlərində qeydə alınmış. Ancaq ərazidə aşkar edilən arxeoloji qazıntılara əsasən ilkin daş dövründə belə bu ərazi yaşayış məskəni olmuşdur. Bizim eranın I ci yüzilliyində müasir Doboy ərazisində roma hərbi düşərgəsi (kastrum) mövcud olmuş. Yaxınlıqda isə Canabea yaşayış məntəqəsi aşkarlanmış. Slavyanların VI əsrdən sonra bu bölgəyə gəlməsi nəticəsində Canabea Usor banovinasının ərazisinə daxil edilmiş.

Birinci dünya müharibəsi illərində Doboy ərazisində serblər üçün ən böyük avstriya həbs düşərgəsi yerləşirdi. Düşərgədə 46 min insan qeydə alınmış.

İkinci dünya müharibəsində Doboy vacib partizan hərəkatı mərkəzi hesab olunurdu. Şəhər 1945-ci il 17 apreldə azad edilmiş.

Bosniya müharibəsi zamanı şəhərə serblər nəzarət edirdilər. Deyton müqaviləsi nəticəsində Doboy və şəhərin əksər icması Serb Respublikası ərazisinə daxil edilmişdir.

Əhalisi

Doboy icmasının (munisipalitet) əhalisi 1991-ci ilin məlumatına görə 102 549 nəfərdir. Milli tərkibcə bosniyalılarserblər üstünlük təşkil edir. Doboy şəhərinin əhalisi 1991-ci ildə 27 498 nəfər idi. Bosniyalılar 11 154 (40,56 %), serblər 8 011 (29,13 %) , 4 365 (15,87 %) nəfər özünü yuqoslav kimi elan etmiş, xorvatlar isə 2 714 (9,87 %) nəfərdir.

Müasir dövrdə şəhər əhalisinin sayında serblər üstünlük təşkil edir. 2013-cü ilin əhalinin siyahıəya alınmasına görə şəhər əhalisi 26 987 nəfər, icma isə — 77 223 nəfərdir[1].

Şəkillər

İstinadlar

  1. Попис становништва, домаћинстава и станова у Босни и Херцеговини 2013 на територији Републике Српске — Прелиминарни резултати, Републички завод за статистику, Бања Лука, 2013. Arxivləşdirilib 2014-01-24 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.