DoReDoS

DoReDosMoldovanın Rıbnitsa şəhərindən olan Marina Cundiet, Yevgeni Andriyanov və Sergey Mıtsanın yer aldığı musiqi triosu. Onlar "My Lucky Day" mahnısı ilə Moldovanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəyə finalda 10-cu yeri qazandırmışdırlar.[1][2] Qrup daha öncə 2015 və 2016-cı illərdə Moldovanın Avroviziya Mahnı Müsabiqəsi üçün seçim turlarında iştirak etmişdir. Onlar 2017-ci ildə Yurmalada keçirilən Yeni Dalğa musiqi festivalında qələbə qazanmışdırlar.[3]

DoReDos
DoReDoS 2017-ci ildə
DoReDoS 2017-ci ildə
Əsas məlumatlar
Üslub Folk pop
Fəaliyyət illəri 2011–h.h.
Ölkə  Moldova
Şəhər Rıbnitsa
Leybl Bis
Heyət Marina Cundiet
Yevgeni Andriyanov
Sergey Mıtsa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaranma tarixçəsi

DoReDoS Filipp Kirkorov ilə

DoReDos 2011-ci ildə Dnestryanıda yerləşən Rıbnitsa şəhərində qurulmuşdur. Onlar 2017-ci ildə Yurmalada keçirilən Yeni Dalğa musiqi festivalında Moldovanı təmsil etmiş və nəticədə qələbə qazanmışdırlar. Bunun ardınca qrup üzvləri Moldova hakimiyyəti tərəfindən təltif olunmuşdurlar. 2018-ci ilin mart ayından DoReDos Bis albom şirkəti ilə əməkdaşlıq etməyə başlamışdır. Onlar Filipp Kirkorovun bəstələdiyi "My Lucky Day" mahnısı ilə Moldovanı Avroviziya 2018-də təmsil edərək, ölkəyə finalda 10-cu yeri qazandırmışdırlar.

Diskoqrafiya

Sinqllar

Mahnı adı İl
"Maricica" 2015
"FunnyFolk" 2016
"My Lucky Day" 2018

İstinadlar

  1. "Moldova: DoReDos to Eurovision 2018". Eurovoix. 24 fevral 2018. 2018-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-25.
  2. "Moldova: DoReDos win O Melodie Pentru Europa with "My Lucky Day"". Wiwibloggs. 24 fevral 2018. 2018-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-25.
  3. "Results". New Wave. 13 sentyabr 2017. 2018-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-25.
Əvvəlki:
SunStroke Project
"Hey, Mamma!"
Moldova Avroviziya Mahnı Müsabiqəsində

2018
Sonrakı:
Anna Odobesku
"Stay"

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.