Doğma xalqıma (film, 1954)

Doğma xalqıma (rus. Родному народу) — "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş bədii-sənədli film.

Doğma xalqıma
Janr musiqili
Rejissorlar Yan Frid
Hüseyn Seyidzadə
Ssenari müəllifi Həsən Seyidbəyli
Operator Əlisəttar Atakişiyev
Bəstəkar Niyazi
Rəssamlar Cəbrayıl Əzimov
Elbəy Rzaquliyev
A.Freyd
İstehsalçı Bakı Kinostudiyası
İlk baxış tarixi 1954
Filmin digər adı Doğma xalqımıza
Filmin növü tammetrajlı bədii-sənədli film
Müddət 64 dəq.
Ölkələr SSRİ SSRİ
Dillər rusca
azərbaycanca
İl 1954
Texniki məlumatlar 6 hissə
1747 metr
35 mm
Rəng rəngli (ağ-qara kadrlarla)

Məzmun

Film-konsert janrında çəkilmiş film incəsənət ustalarının Azərbaycan Respublikası zəhmətkşlərinə yaradıcılıq hesabatıdır. Bəstəkarlardan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan HacıbəyovƏfrasiyab Bədəlbəylinin əsərləri, "Koroğlu" və "Nərgiz" operalarından, "Yeddi gözəl", "Qız qalası", "Gülşən" baletlərindən fraqmentlər, xalq yaradıcılığı nümunələri filmə daxil edilmişdir.

Film haqqında

"Doğma xalqıma" ilk rəngli Azərbaycan bədii-sənədli filmidir.

Filmin bəzi səhnələri tamamilə ağ-qara çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər

Rollarda

Bülbül — özü; Koroğlu
Rəşid Behbudov — özü
Qəmər Almaszadə
Ağababa Bünyadzadə — Həsən xan
Leyla Vəkilova
Rəfiqə Axundova — gözəl
Maqsud Məmmədov — özü
Sona Aslanova — Nigar
Azad Əliyev
Nəcibə Məlikova — gəlin
Əfrasiyab Məmmədov — təzəbəy
Həsənağa Salayev — Koroğlunun dəlisi
Əli Qurbanov — dənizçi
Kazım Həsənov — vəzir
Şövkət Ələkbərova — özü
Məmmədsadıq Nuriyev — vəzir
Kamil Qubuşov — ccəllad

Mənbə

  • Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 94; 118–120.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.