Doğma torpaq, Azərbaycan (film, 1960)
Doğma torpaq, Azərbaycan | |
---|---|
Janr | tarixi |
Rejissor | Muxtar Dadaşov |
Ssenari müəllifi | Muxtar Dadaşov |
Operatorlar |
Muxtar Dadaşov Əlibala Ələkbərov Vladimir Zbudski |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1960 |
Filmin növü | tammetrajlı sənədli film |
Ölkələr | SSRİ |
İl | 1960 |
Texniki məlumatlar |
6 hissə 2016 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
Film Sovet hakimiyyətinin 40 ili ərzində Azərbaycanın iqtisadiyyat sahəsində və mədəni həyatda qazandığı nailiyyətlər haqqındadır.
Filmdə Şərqin azad olunmuş qadını mövzusuna üstünlük verilmişdir. Burada biz Natəvanın heykəl portretini, rəssam Əzim Əzimzadənin rəsmlərini, xoreoqrafiya məktəbinin gənc balerinalarını, "Sevil" operasından bir səhnəni, "Çinar" rəqs ansamblını, professor Umnisə Musabəyovanı, məşhur pambıqçı Şamama Həsənovanı, şairə Mirvarid Dilbazini görürük.
Neft Daşlarında yanğının söndürülməsi epizodu da filmə daxil edilmişdir. Xalqlar dostluğu mövzusu filmin ana xəttini təşkil edir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Rejissor: Muxtar Dadaşov
- Ssenari müəllifi: Muxtar Dadaşov
- Operator: Muxtar Dadaşov, Əlibala Ələkbərov, Vladimir Zbudski
- Səs operatoru: Əziz Şeyxov
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.