Dmitri armudu
Dmitri armudu (lat. Pyrus demetrii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
Dmitri armudu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Maleae Yarımtriba: Malinae Cins: Növ: Dmitri armudu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təbii yayılması
Mərkəzi Zaqafqaziyada yayılmışdır.
Botaniki təsviri
Hündürlüyü 5 m-dək, şarşəkilli çətirli və boz qabıqlı kiçik ağacdır. Zoğları uzun, iti iynəlidir. Meyvələri hamar-şarşəkilli, çılpaq, qonur, tək, qalın meyvə saplaqlarında yerləşir.
Ekologiyası
İşıqlı qarışıq meşələrdə, daşlı-qayalı quru yamaclarda, aşağı və orta dağ qurşaqlarında, çay vadilərində rast gəlinir. Soyuğa quraqlığa, küləyə, işığa davamlıdır. Torpağa tələbkar deyildir.
Azərbaycanda yayılması
Naxçıvan MR-da yayılmışdır.
İstifadəsi
Kənd təsərrüfatı əhəmiyyətli bitkidir. Səhiyyədə və qida sənayesində geniş istifadə olunur. Gələcəkdə meşə salmada isifadəsi məqsədyönlüdür.
İstinadlar
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.