Dmitri Yermakov
Dmitri Yermakov (rus. Дмитрий Иванович Ермаков, gürc. დიმიტრი ერმაკოვი) — rus fotoqrafı. Dmitri Yermakov əsasən Qafqazda yaşayan xalqların gündəlik həyatları haqqında fotolar çəkmişdir.
Dmitri Yermakov | |
---|---|
rus. Дмитрий Иванович Ермаков | |
| |
Doğum tarixi | |
Doğum yeri | Tiflis , Gürcüstan |
Vəfat tarixi | |
Vəfat yeri | Tiflis , Gürcüstan |
Milliyyəti | Rus |
Fəaliyyəti | Fotoqraf |
Fəaliyyət illəri | 1866–1916 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1845-ci ildə, Tbilisidə doğulmuşdur. Atası italyan Luici Kambaççio, anası isə əslən avstriyalı bir gürcü idi. Atası Yermakova soyadlı bir qadınla evləndikdən sonra anasının soyadı ilə tanınmağa başladı. Təhsilini Ananuridəki Hərbi Topoqrafiya Akademiyasında başa vurmuşdur. 1860-cı illərdə, təhsilini bitirdikdən sonra Tbilisidə özünün "Rembrant" adlı fotostudiyasını açdı. Studiyada Henri Haupt, İ.Aleksandrovski, Aleksandr Roinaşvili kimi fotoqraflarla işləməyə başladı. Bir neçə il sonra Fransa Fotoqrafiya Cəmiyyəti (SFP) üzvü seçildi. 1874-cü ildə Parisdə, 1878-ci ildə isə Moskvada sərgiləri oldu. 1878-ci ildə Rusiya Qafqaz Ordusunda işləməyə başladı. 1910-cu ildə Əhməd şah Qacarın rəsmi fotoqraferi idi. Moskva Arxeologiya Cəmiyyəti Qafqaz bürosunun fəxri üzvü idi.
Yaradıcılığı
Əsasən Qafqaz zonası, habelə Mərkəzi Asiya xalqlarının həyatları haqqında fotolar çəkmişdir. Bir və ya iki köməkçisi vardı. Fotoların keyfiyyətli çıxması üçün böyük kamera və səyyar laboratiya quraşdırmışdı. Evində 25 mindən çox neqativi tapılmışdır. Fotoları Tiflis, Tehran, Moskva, Amsterdam və Parisdəki muzeylərdə sərgilənir.
Ölümü
1916-cı ildə vəfat etmişdir. Ölümündən sonra evi dul xanımı tərəfindən Tbilisi Dövlət Universitetinə satılmışdır.
Qalereya
- Yermakovun atası və övladları
- Rus ordusunda azərbaycanlı hərbçi
- Bakıda neft fontanı
- İranlı dərviş
Mənbə
- John Hannavy (2008), Encyclopedia of Nineteenth-century Photography, səh. 494-5. CRC Press, ISBN 0-415-97235-3