Dmitri Peskov

Dmitri Sergeyeviç Peskov (17 oktyabr 1967, Moskva, SSRİ) — Rusiyanın dövlət xadimi. 2012-ci il mayın 22-dən Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi. Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri vəzifəsini icra edir (2005). Rusiya Federasiyası Hökuməti sədrinin mətbuat katibi (2008-2012). Rusiya–Ukrayna müharibəsindən sonra Avropa İttifaqı, ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya və bir sıra digər ölkələr ona qarşı şəxsi sanksiyalar tətbiq edib.

Dmitri Peskov
rus. Дмитрий Сергеевич Песков
Rusiya Prezidentinin mətbuat katibi[d]
Vəzifədədir
22 may 2012-ciildən
Şəxsi məlumatlar
Doğum tarixi 17 oktyabr 1967(1967-10-17) (56 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi
Atası Sergey Peskov[d]
Uşaqları 3 (Nikolay Peskov daxil olmaqla)
Dini Rus Pravoslav Kilsəsi

Təltifləri "Şərəf" ordeni "Dostluq" ordeni "Şərəf nişanı" ordeni "İtaliya qarşısında xidmətlərə görə" ordeni 3-cü dərəcəli "Manas" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

17 oktyabr 1967-ci ildə Moskvada anadan olub. 1983-cü ildə Moskvadakı 1243 nömrəli xüsusi məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra ikinci cəhddə Moskva Dövlət Universitetinin nəzdindəki Asiya və Afrika Ölkələri İnstitutuna daxil olub. 1989-cu ildə “tarixçi-şərqşünas, köməkçi-tərcüməçi” ixtisası üzrə institutu bitirmişdir[1].

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.