Dmitri Mendeleyev

Dmitri İvanoviç Mendeleyev (8 (20) fevral 1834[2][3][…], Tobolsk, Tobolsk quberniyası[d], Rusiya imperiyası[2][4][…]20 yanvar (2 fevral) 1907[2][5][…], Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası[5][4][…]) — Rusiya alimi və ictimai xadimi, kimyaçı, fizik, iqtisadçı, texnoloq, geoloq, meteoroloq, pedaqoq, ensiklopediyaçı, kimyəvi elementlərin dövri cədvəlinin yaradıcısı.

Dmitri Mendeleyev
rus. Дмитрий Иванович Менделеев[1]
Doğum adı Дмитрій Ивановичъ Менделѣевъ
Doğum tarixi 8 (20) fevral 1834[2][3][…]
Doğum yeri
Vəfat tarixi 20 yanvar (2 fevral) 1907[2][5][…] (72 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı[2][1]
Dəfn yeri
Həyat yoldaşları
  • Anna İvanova Popova[d] (1882bilinmir)[1],
  • Feozva Nikitiçna Leçeva[d] (18621882)
Uşaqları
Atası İvan Pavloviç Mendeleyev[d]
Elm sahələri kimya[1], fizika, iqtisadiyyat[1], geologiya[1], metrologiya[1], Kimyəvi element[6], Kimyəvi elementlərin dövri cədvəli[6]
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Tanınmış yetirmələri Sergey Prokudin-Qorski
Üzvlüyü
Mükafatları 1-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni Knight of the Order of St. Alexander Nevsky Ağ Qartal ordeni 2-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni "Fəxri legion" ordeni kavaleri
"Kopli" medalı Demidov mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Dmitri Mendeleyev 1834-cü ildə Tobolskda anadan olmuşdur. Onun portretinə və tərtib etdiyi kimyəvi elementlərin dövri cədvəlinə hər bir orta məktəbin kimya kabinetində rast gəlmək olar. Maraqlıdır ki, o, özünün elementlər cədvəlini yuxuda görmüş və bunu öz dostuna danışmışdı:

" Yuxuda bütün elementlərin lazımi qaydada düzüldüyü cədvəl gördüm. Oyanan kimi, gördüklərimi bir parça kağıza köçürdüm. Yalnız bir yerdə düzəliş etmək lazım gəldi. "

Müasirlərinin fikrincə, kimyəvi elementlərin atom çəkisindən asılı olaraq xassələrinin dəyişməsi barədə qanunun Mendeleyev tərəfindən kəşf edilməsi kimya elmini xeyli zənginləşdirmişdir.

Ən maraqlısı budur ki, onun yazdığı 500-dən çox elmi əsərin yalnız 9%-i  kimya elmindən bəhs edir! Ensiklopedik biliyə malik bu insanın elmi fəaliyyəti çoxşaxəli olmuşdur. D. Mendeleyev fizika, metrologiya, hava uçuşları, meteorologiya, kənd təsərrüfatı, iqtisadiyyat, hətta xalq maarifi ilə məşğul olur, neftin emalı üsullarını öyrənirdi. Asudə vaxtında isə çamadan tikirdi! Alim yazırdı: "Özüm də təəccüblənirəm ki, elmi həyatımda nələr etmişəm".

D. Mendeleyev fotoqrafiyaya böyük maraq göstərirdi. Fotoaparatla elmi təcrübələrin müxtəlif məqamlarını çəkirdi. Sonralar incəsənəti təbliğ etmək üçün rəssamların əsərlərinin fotoreproduksiyalarını toplamağa başladı. O, hətta "Qolos" qəzetində mənzərə əsərinin insanın psixikasına, özünü təbiətin bir parçası kimi dərk etməsinə necə təsir göstərdiyi barədə məqalə dərc etdirmişdi.

Elmi fəaliyyəti

Məşhur kimyaçı M. Cua yazırdı: "O, XIX əsrin ən dahi kimyaçılarından biridir; birləşmələrin fiziki konstantına dair çoxsaylı ölçülər aparmışdır (həcmləri, genişlənmələr və s.). Donetsk daş kömür yataqlarını tədqiq etmiş, məhlulların hidrat nəzəriyyəsini işləmişdir. "Kimyanın əsasları"nı yazmışdır (1868–1871) — Bu əsər qeyri-üzvi kimya alimlərinin tədqiqlərinə ciddi təsir etmişdir".[8]

D. Mendeleyev kimya, kimya texnologiyası, fizika, iqtisadiyyat, texnologiya, geologiya, meteorologiya, dirijabl uçuşu, kənd təsərrüfatı, xalq maarifi və istehsalat qüvvələrinin inkişafı ilə bağlı bir çox dəyərli tədqiqatların müəllifidir.

Mendeleyev 1854–1856-cı illərdə kristallarda izofirizm halını tədqiq etmiş, birləşmələrin kristal forması ilə kimyəvi tərkibi arasında əlaqəni müəyyənləşdirmiş, eləcə də kimyəvi elementlərin xüsusiyyətlərinin onların atom kütləsindən asılılığını kəşf etmişdir.

1860-cı ildə duru maddələrin mütləq qaynama temperaturunu və ya "böhran temperaturu" anlayışını kəşf etmişdir.

16 dekabr 1860-cı ildə o yazırdı: "…mənim fəaliyyətimin əsas predmeti fiziki kimyadır".[9]

D. İ. Mendeleyev Rusiyada ilk "Üzvi kimya" (1861) dərsliyinin müəllifidir.

1859-cu ildə piknometr quraşdırır. Cihaz vasitəsilə mayenin qatılığını müəyyənləşdirmək mümkün olur. 1865–1887-ci illərdə məhlulların hidrat nəzəriyyəsini işləyib hazırlayır. Həmçinin, dəyişik tərkibli birləşmələrin mövcudluğu ideyasını irəli sürür.

Qaz mühitünü tədqiq edərək, Mendeleyev 1874-cü ildə ideal qazın ümumi tənliyini tərtib edir. Bu 1834-cü ildə fizik Klapeyronun kəşf etdiyi qazın vəziyyətinin temperaturdan asıllılığı barədə qanuna ciddi əlavə idi. Sonradan bu bərəbərlik Klapeyron-Mendeleyev bərabərliyi adlandırıldı.

1877-ci ildə Mendeleyev neftin ağır led zeppelin yaranması nəzəriyyəsini irəli sürür. Ancaq bu ideya hazırda qəbul edilmir. Həmçinin neftin hissə-hissə ötürülməsi təklifini irəli sürür. O, Rusiyanın Sankt-Peterburq şəhərində 20 yanvar 1907-ci ildə 72 yaşında vəfat etmişdir. Vəfatından sonra da dövri cədvəl dəyişməz halda bu dövrə gəlib çatmışdır.

İstinadlar

  1. https://www.biography.com/people/dmitri-mendeleyev-9405465.
  2. Чугаев Л. Менделеев, Дмитрий Иванович (rus.). // Новый энциклопедический словарь СПб: 1915. Т. 26. Мацеевский — Молочная кислота. С. 263–269.
  3. Чельцов И., В. К. Менделеев, Дмитрий Иванович (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1896. Т. XIX. С. 82–85.
  4. Погодин С. А. Менделеев Дмитрий Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1974. Т. 16 : Мёзия — Моршанск. С. 67–69.
  5. Mendeléeff, Dmitri Ivanovich (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911.
  6. Çex Milli Hakimiyyət Məlumat bazası.
  7. NNDB (ing.). 2002.
  8. Джуа М. История химии.: — М. Мир, 1966.
  9. Младенцев М. Н., Тищенко В. Е. Дмитрий Иванович Менделеев, его жизнь и деятельность. М.—Л., 1938. Т. С. 254–256

Mənbə

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.