Dmitri Buynov
Dmitri Buynov (6 avqust 1859, Bakı – ən tezi 1916) — Bakıda doğulmuş və fəaliyyət göstərmiş memar. O, Bakı real məktəbinin binasının və Müqəddəs Nina qız gimnaziyasının binasının müəllifidir. [1]
Dmitri Buynov | |
---|---|
rus. Буйнов Дмитрий Дмитриевич | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 avqust 1859 |
Doğum yeri | |
Vəfat tarixi | ən tezi 1916 |
Təhsili | Bakı real məktəbi |
İşləri və nailiyyətləri | |
İşlədiyi şəhərlər | Ostroh[d], Bakı, Tbilisi |
Əsas tikililəri | Bakı real məktəbinin binası |
Həyatı və fəaliyyəti
Dmitriy Buynov 6 avqust 1859-cu ildə Bakıda anadan olub. Onun atası 2-ci Bakı xəzinədarlığı şöbəsinin müdiri olub. İlk təhsilini Bakı real məktəbində alıb. 1878-ci ildə Tikinti məktəbinə daxil olur buranı 1884-cü ildə bitirdikdən sonra birinci dərəcəli mülki mühəndis rütbəsi alır. Əmək fəaliyyətinə Volınsk quberniyasında kiçik mühəndis kimi başlayıb. Burada 1884-1886-cı illərdə Ostroq şəhərində Viliyu və Qorın çayları üzərində 5 taxta körpü inşa edir.[2]
1886-cı ildə Bakı quberniya idarəsinin tikinti şöbəsində fəaliyyət göstərməyə başlayır. 1886-1890-cı illər arasında Nikolayev (indiki İstiqlaliyyət) küçəsində Müqəddəs Nina qız gimnaziyası üçün bina inşa edir[3].
1889-cu ildə titulyar məsləhətçi rütbəsini alır. 1893-cü ildə Dmitriy Buynov Bakı quberniya memarı təyin olunur. O, bu vəzifədə 1900-cü ilə qədər fəaliyyət göstərir. 1900-cü ildə Buynov Bakı quberniya mühəndisi təyin olunur və bu vəzifədə 1907-ci ilə qədər fəaliyyət göstərir.
1901-1904-cü illər ərzində Bakı real məktəbi üçün öz verdiyi layihə üzrə yeni binanın tikintisi ilə məşğul olur.
1907-1908-ci illərdə Buynovu işləmək üçün Tiflisə göndərirlər. Burada o Qafqaz canişininin yanında tikinti və yol hissəsi üzrə mühəndis kimi xidmət edir. Bundan başqa o, Canişin idarəetməsinin yanında Texniki şuranın sədri olur. 1909-cu ildə həqiqi müşavir rütbəsini alır. 1916-cı ildə onu Rusiya Qırmızı Xaç Cəmiyyətinin Qafqaz Dairəsinin Təftiş Komissiyasına daxil edirlər.[2]
Həyatının sonrakı dövrləri haqqında məlumat yoxdur.[2]
Həmçinin bax
İstinadlar
- Şamil Fətullayev. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 29. ISBN 975 9952-32-046-6.
- "Буйнов Дмитрий Дмитриевич - гражданский инженер / Buynov Dmitri Dmitriyeviç - mülki mühəndis" (rus. ). ourbaku.com. 6 dekabr 2012. 18 may 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2020.
- О. Буланова. ""Бакинское женское учебное заведение Св. Нины"" (rus). elibrary.az. 30.04.2016. 15.02.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.04.2021.