Dizenteriya amöbü

Dizenteriya amöbü[2] (lat. Entamoeba histolytica) — amöblər dəstəsindən ibtidai orqanizm. Amöb dizenteriyasının törədiçisi.

Dizenteriya amöbü
Elmi təsnifat
Ranqsız:
Amorphea
Tip:
Amoebozoa
Yarımtip:
Conosa
İnfratip:
Archamoebae
Fəsilə:
Entamoebidae
???:
Dizenteriya amöbü
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  43907
NCBI  5759
EOL  491174

İlk dəfə 1875-ci ildə rus alimi F. A. Lyoş tərəfindən təsvir edilmişdir. İnsanın bağırsaqlarında çoxalır (bu halda insan sağlamdır, lakin dizenteriya amöbü gəzdirir). Dizenteriya amöbünün bu formasına kiçik forma (forma minuta) deyilir. Ölçüsü 20 mkm-ə qədərdir. Bəzən kiçik forma yoğun bağırsaq divarına keçir və burada çoxalıb yaralar (amöb dizenteriyası) əmələ gətirir. Bu forma toxuma forması adlanır. Ölçüsü 20—25 mkm olur. Kiçik formadan fərqli olaraq ounun sitoplazmasında heç bir törəmə olmur. Yoğun bağırsaqda yara əmələ gəlməsi nəticəsində selik, irin və qan ifraz olunur. Bu zaman yaralardan bağırsaq mənfəzinə düşən dizenteriya amöbünün kiçik formaları, həmçinin toxuma formaları 30 mkm-dək və daha artıq böyüyərək eritrositlərlə qidalanmaq qabiliyyəti qazanır. Dizenteriya amöbünün bu forması böyük vegetativ forma, yaxud eritrofaq adlanır. Xarici mühitə düşən bu forma tez məhv olur.

Dizenteriya amöbünün vegetativ forması xarici mühitdə 15—20 dəq ərzində məhv olur. Sistalar suda, rütubətli torpaqda bir ayadək və daha artıq qala bilir. Dizenteriya amöbü insandan başqa siçovul, meymun, it və pişiklərdə də parazitlik edir. Lakin bunlarda az təsadüf olunur. Bu heyvanlar infeksiya mənbəyi hesab edilmir.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.