Dizaq qəzası

Dizaq qəzası — Qarabağ bəylərbəyliyinə daxil olan qəza.

Haqqında

Dizaq "qalaça" deməkdir. Dizaq qəzasının ərazisinə Füzuli bölgəsinin xeyli kəndi daxil idi. Bu kəndlər əsasən dağlıq hissədə yerləşən şenliklərdir.

1593-cü ildə Dizaq qəzasının Dizaq nahiyəsinə 82 kənd aid edilirdi (Füzuli bölgəsinə aid olan).[1]

Səfəvilər hakimiyyəti zamanında, bəylərbəylik dönəmində Dizaq qəzasının və nahiyəsinin kəndləri Osmanlı qaynaqlarındakı ilə eynidir.

Dizaq qəzası XVII yüzilin sonlarında ləğv olundu. Qəzanın kəndlərinin əksəriyyəti Dizaq nahiyəsinin tərkibinə verildi.

Həmçinin bax

  1. Gəncə-Qarabağ əyalətinin icmal dəftəri, İstanbul, Başbakanlıq Arxivi, № 699
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.