Diyallı

DiyallıAzərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.

Diyallı
40°46′22″ şm. e. 48°13′51″ ş. u.
Ölkə  Azərbaycan
Region İsmayıllı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 780 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.016 nəf.
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3115[1]
Diyallı xəritədə
Diyallı
Diyallı
Diyallı xəritədə
Diyallı
Diyallı

Diyallı İcra Nümayəndəliyinə daxil olan kəndlər-Diyallı,Yuxarı Diyallı,Sədiyan və Güyüm kəndləri

Diyallı rayon mərkəzindən 10 km şərqdə Əyriçayın sahilindən 4 km aralı İsmayıllı-Şamaxı şose yolu kənarında, Niyaldağ silsiləsinin ətəyində yerləşir. Əhalisi taxılçılıq, bağçılıq və heyvandarlıqla məşgul olur. Kənddə orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi fəaliyyət göstərir.[2]

Etimologyası

Toponim: di tatca “iki”(Oqtay İsmayıllının fikrincə yunanca) və yal komponentlərindən ibarət olub, “iki yallı yerdə salınan kənd” mənasındadır.[mənbə göstərin] Həqiqətən də kəndin şimalında iki qoşa zirvə, yal vardır.[mənbə göstərin] Toponim öz adında coğrafi mövqeyi əks etdirmişdir.[mənbə göstərin] Cənubi Azərbaycan ərazisində də eyniadlı yer və vadi qeydə alınmışdır.[mənbə göstərin]

Lətifə Əliyevanın “Diyalli” kitabından götürülmüş məlumata əsasən, indiki Diyallının ilk sakinləri eramızdan əvvəl İraqdan köçmüş və kəndin adını özləri ilə gətirmişlər. Bu ilk köçkünlərin Dəlcə çayının qolu olan Diyala çayı ətrafında-Diyala mahalında yaşayan türk-şumerlər olduğuna inanılırdı. Rəvayətə görə, onlar ərəb-yəhudi tayfalarının hücumları nəticəsində buraya gələrək kənd salmışlar.[mənbə göstərin]

Əhali

1859-1864-cü ilə olan məlumata əsasən Diyallı kəndində 91 evdə 282 nəfəri kişilər, 225 nəfəri isə qadınlar olmaqla 507 nəfər sünni təriqətli müsəlman Azərbaycan türkü yaşayırdı.[3] Əhalisi 1620 nəfərdir ki onun da 819 nəfəri kişi, 801 nəfəri qadındır.

Tanınmışları

  • Bəxtiyar Məmmədov — Kimya elmləri doktoru, professor
  • Elnur Qədirli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin.
  • Oqtay İsmayıllı (Fərzəliyev) — Məşhur şair

Şəhidləri

  • 1. Əflatun Ərziman oğlu Həsənov 1974-22.07.1993[4]
  • 2. Tarıverdi Alverdi oğlu Hacıyev 1968-30.01.1994[4]
  • 3. İlham Qurbanlı oğlu Mirzəliyev 1965-18.04.1994[4]
  • 4. Aqil Vaqif oğlu Məmmədov 1971-14.06.1993[4]
  • 5. Tural Ətraf oğlu Şıxızada 2002-30.05.2020
  • 6. Orxan Xancan oğlu Lətifli 1996-19.07.2020
  • 7.Elnur Rəcəb oğlu Qədirli 1997-27.07.2020
  • 8.Azər Mürsəl oğlu Kərimov
  • 9. Ədalət Ramazan oğlu Qasımov 1981-23.01.2000

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Kəndlərimiz
  3. Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 31
  4. Qarabağ müharibəsində şəhid olmuş İsmayıllı övladları — ismayilli.cls.az saytı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.