Divyaka-Karavasta Milli Parkı

Divyaka-Karavasta Milli Parkı (alb. Parku Kombëtar Divjakë-Karavasta) ― Albaniyanın qərbində, Adriatik dənizinin sahilindəki Myzeqe düzənliyindən keçən yerləşən milli park. Park bataqlıqlar, sahil çəmənlikləri, daşqın hövzələri, qamışlıqlar, meşələr və çaylar kimi özünəməxsus xüsusiyyətləri ehtiva edən 222,3 km² ərazini əhatə edir.[2][3][4] Divyaka-Karavasta Milli Parkı əhəmiyyətli quş və bitki növlərinin mövcudluğu səbəbindən beynəlxalq əhəmiyyətli quş və bitki zonası elan edilmişdir.[5][6]

Divyaka-Karavasta Milli Parkı
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi
  • 222,3 km²
  • 22.230,2 ha[1]
Yaradılma tarixi 19 oktyabr 2007
Yerləşməsi
40°55′27″ şm. e. 19°29′35″ ş. u.
Ölkə
Divyaka-Karavasta Milli Parkı xəritədə
Divyaka-Karavasta Milli Parkı
Divyaka-Karavasta Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aralıq dənizindəki ən böyük laqunlardan biri olan Karavasta laqunu Ramsar konvensiyasına əsasən beynəlxalq əhəmiyyətli bataqlıq ərazisi qəbul edilmişdir.[7][8] Karavasta laqunu Adriatik dənizindən böyük bir qum zolağı ilə ayrılır və Şkumbini və Seman çayları tərəfindən gətirilmiş çöküntülərdən əmələ gəlmişdir.[9][10] Dənizin yaxınlığında yerləşən park aralıq dənizi iqlimininə daxildir və illik temperaturu fevral ayında12 °C (54 °F), avqust ayında isə 24 °C (75 °F) arasında dəyişir.[9]

Ərazinin özünəməxsus iqlimi olduqca müxtəlif florafaunanın inkişafına səbəb olmuşdur. Ərazi biocoğrafik baxımdan tamamilə Paleoarktik Aralıq dənizi meşələri biomunun İlliriya yarpaqlı meşələri ekoregionuna aiddir.[11] Milli parkın faunası 228 növ quş, 25 növ məməli, 29 növ sürünən və 29 növ amfibiya ilə təmsil olunur.[12] Park əsasən, dünya miqyasında nəsli kəsilməkdə olan və son dərəcə nadir görünən qıvrımlələk qutanın dünyadakı populyasiyasının 5%-nə ev sahibliyi etməsi ilə diqqət çəkir.

Parkdakı bataqlıqlar yosunlarıntoxumlu bitkilərdən qırtıckimilərin növləri ilə zəngindir. Meşələr aşağı çay vadilərinə və dəniz sahillərinə uyğun olaraq enliyarpaqlı və iynəyarpaqlı ağac növlərinin qarışığından ibarətdir.[13][14] Meşələr tülkü, çaqqalcüyür də daxil olmaqla çox sayda heyvana sığınacaq verdii üçün əhəmiyyətlidir.

Park yerli balıqçılıq kooperativinin istismar etdiyi, iqtisadi cəhətdən dəyərli olan balıq növləri üçün vacib kürütökmə mühiti təmin edir.

Divyaka-Karavasta Milli Parkı təbii mənzərəsinin gözəlliyi, yerli iqtisadiyyatda rolu və turistik cazibəsi ilə tanınır. Park tədqiqatçılara geniş çeşidli vəhşi həyat təqdim edir.

Kosovo albanlarından olan iş adamı Behcət Patsolliyə məxsus inşaat şirkəti olan Mabetex tərəfindən parkın daxilində yeni bir kurort kompleksi layihəsi təklif edilmiş və ekoloqlar və yerli hakimiyyət orqanları buna şiddətlə qarşı çıxmışdır.

Coğrafiya

Parkda tipik yaşayış sahəsi.

Divyaka-Karavasta Milli Parkı strateji cəhətdən Adriatik dənizinin cənub-şərq sahilindədir. Park əsasən 40°-55° şimal enlikləri və 19°-29° şərq uzunluqları arasında yerləşir. Milli Park Albaniyanın cənub-qərbindəki Fier rayonunda 222,3 km² ərazini əhatə edir.[15]

Park Qodulla və Karavasta laqunlarının və şimalda Şkumbini, cənubda isə Seman çaylarının estuarilərinin qorunması üçün nəzərdə tutulmuşdur.[16] Əsasən qum və lil gətirən çayların axını parkdakı su hövzələrində çoxsaylı kiçik adalar və dar dillər əmələ gətirir. Parkın cənub hissəsində yerləşən çay hövzəsi bataqlıqlardan ibarətdir və kiçik gölməçələrin olması ilə xarakterizə olunur.[17]

A panoramic view above the Lagoon of Karavasta.

Biomüxtəliflik

Flora

Parkın meşələri İtaliya şamı ilə zəngindir.

Park biocoğrafik baxımdan tamamilə Paleoarktik Aralıq dənizi meşələri biomunun İlliriya yarpaqlı meşələri ekoregionuna aiddir. Parkın ərazisindəki müxtəlif geologiya, hidrologiya və spesifik iqlim şəraitinin birləşməsi əksəriyyəti milli qoruma dərəcəsində əhəmiyyətli olan növlərin və bu növlərin yaşayış yerlərinin yaranması ilə nəticələnmişdir.

Dəniz sahili boyunca, həmçinin çaylar və laqunlarda sahil qumluğuna və qum təpələrinə rast gəlinir. Onlar bənzərsiz bir bitki həyatı və kiçik heyvanların və böcəklərin sağlam populyasiyasını təmin edir.

Parkın meşələri iynəyarpaqlı ağaclardan enliyarpaqlı ağaclara qədər dəyişir.[4] Meşə ehtiyatının böyük bir hissəsi ilk növbədə Karavastanın şimalındakı qumlu çimərliklər və Skumbini çayının estuarisi arasında yerləşir. Şam ağacları, Hələb şamıİtaliya şamı kimi növlərlə təmsil olunan parkın dominant xüsusiyyəti olaraq qalır.[18][19][20] Parkda həmçinin ardıc, söyüd, palıd, qızılağaç, qarağacgöyrüş kimi fərqli ağac növləri də var.[18]

Fauna

Nəsli kəsilməkdə olan qıvrımlələk qutan parkda qeyd edilmiş bir çox quş növündən biridir.

Xüsusi yerləşməsi və müxtəlif növ yaşayış yerlərinin mozaik yayılması nəticəsində mövcud olan suyun mövcudluğu heyranedici bir faunaya səbəb olmuşdur. Parkın faunası 228 növ quş, 25 növ məməli, 29 növ sürünən və 29 növ amfibiya ilə təmsil olunur.[12]

Park ölkənin təxminən 15-i dünya miqyasında nəsli kəsilməkdə olan 228-dən çox yerli və köçəri quşdan ibarət qarışıq populyasiyaya sahib ən qabaqcıl quşçuluq zonasıdır.[4][21] Bu xüsusiyyəti parkın ən əhəmiyyətli və vacib ekoloji dəyərini əks etdirir. Su-bataqlıq əraziləri və sahillər Adriatik marşrutu ilə AvropaAfrika arasında köç edən quşlar üçün sığınacaq rolunu oynayır.[22][23] Onlar arasında ən ikonik quş son dərəcə nadir olan qıvrımlələk qutandır. Bu növ Adriatikİon dənizi boyunca yeganə sahil sığınacağı olan Karavasta laqunu üçün endemikdir.[24][25]

Parkdakı sıx meşə və kolluqlarda 25 növ məməli var. Onları müşahidə etmək o qədər də asan deyil, çünki insan varlığını duyan heyvanlar həmişə gizlənir və ya qaçır. Meşələr çaqqal və dünyada ən yayqın tülkü növü və dünya miqyasında nəsli kəsilməkdə olan qırmızı tülküyə sığınacaq verir.[12] Bataqlıqlarda və meşəlik ərazilərdə Avropa cüyürüadi susamuru kimi nəsli kəsilməkdə olan növlər də var.

Qalereya

İstinadlar

  1. Nationally designated areas (CDDA) (ing.).
  2. "Zonat e mbrojtura detare e bregdetare në Shqipëri" (PDF). al.undp.org (alban). səh. 17. 2017-10-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-15.
  3. "Vlerësimi Strategjik Mjedisor për Planin e Integruar Ndersektorial te Bregdetit" (PDF). planifikimi.gov.al (alban). səh. 44. 2017-10-28 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-10-27.
  4. "The Karavasta-Divjaka complex" (PDF). 37.139.119.36:81 (ingilis). səh. 1. 2021-08-31 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-04-15.
  5. BirdLife International. "Karavasta Lagoon". datazone.birdlife.org (ingilis). 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-15.
  6. IUCN, Ümumdünya Təbiəti Mühafizə Fondu, Plantlife. "Important Plant Areas of the south and east Mediterranean region" (PDF). portals.iucn.org (ingilis). səh. 75. 2019-02-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-15.
  7. "THE PRINCIPAL ASPECTS OF THE LIMNIOLOGICAL REGIME OF KARAVASTA LAGOON SYSTEM" (PDF). itc.upt.al (ingilis). 2018-06-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-04-15.
  8. "Raport Paraprakë Vleresim Ndikimi Në Mjedis" (PDF). akm.gov.al (alban). səh. 12. 2021-08-31 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-04-15.
  9. Ramsar konvensiyası. "KARAVASTA LAGOON MANAGEMENT PLAN". archive.ramsar.org (ingilis). 2015-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-15.
  10. "The ecological status of Karavasta Lagoon: closing the stable door before the horse has bolted?" (PDF). hal.archives-ouvertes.fr (ingilis). səh. 4. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-15.
  11. "The landscape of Divjakë-Karavasta National Park in information among youth" (PDF). researchgate.net (ingilis). səh. 5. 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-15.
  12. "The Karavasta-Divjaka complex" (PDF). 37.139.119.36:81 (ingilis). səh. 35. 2021-08-31 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-04-15.
  13. "Zonat e mbrojtura detare e bregdetare në Shqipëri" (PDF). al.undp.org (alban və ingilis). səh. 18. 2017-10-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-15.
  14. "The landscape of Divjakë-Karavasta National Park in information among youth" (PDF). researchgate.net (ingilis). səh. 6. 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-15.
  15. "Rrjeti i zonave të mbrojtura në Shqipëri" (PDF) (alban). Albaniyanın Turizm və Ekologiya Nazirliyi. səh. 1. 18 sentyabr 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 sentyabr 2020.
  16. "Karavasta Lagoon Management Plan" (PDF). Ramsar konvensiyası. 19–23. 18 sentyabr 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 sentyabr 2020.
  17. Agjencia Kombëtare e Planifikimit të Territorit. "Osumi Panoramas". səh. 5. 18 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2020.
  18. Dhimitri, Jostina; Sinani, Albina; Todi, Junilda. "The landscape of Divjakë-Karavasta National Park in information among youth". səh. 6.
  19. "Karavasta Lagoon Management Plan" (PDF). Ramsar konvensiyası. səh. 24. 18 sentyabr 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 sentyabr 2020.
  20. "Protected area gap assessment, marine biodiversity and legislation on marine protected areas" (PDF). Tirana: BMT-nin İnkişaf proqramı. Mart 2010. səh. 32. 15 sentyabr 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 sentyabr 2020.
  21. "Karavasta lagoon". BirdLife International. 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2020.
  22. "Adriatic Flyway". Euronatur. 18 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2020.
  23. Sackl, Peter; Ferger, Stefan W. "Adriatic Flyway–Bird Conservation on the Balkans" (PDF). Euronatur. 2021-05-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2020.
  24. "Karavasta Lagoon Management Plan" (PDF). Ramsar konvensiyası. səh. 39. 18 sentyabr 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 sentyabr 2020.
  25. Munari, Cristina; Tessari, Umberto; Rossi, Remigio; Mistri, Michele. "The ecological status of Karavasta Lagoon (Albania): closing the stable door before the horse has bolted?". 18 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2020.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.